Qaradağ rayonunda minik maşını yük maşınına çırpılıb - Ölən var
Baxiş sayı:
Dərc olunub:
30/05/2019 - 23:50
Bakının Qaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ONA xəbər verir ki, Sahil qəsəbəsində baş vermiş qəza zamanı "BMW" markalı minik maşını "KaMAZ" markalı qoşqulu yük maışınına çırpılıb.
Nəticədə minik maşınının sürücüsü 1986-cı il təvəllüdlü Quliyev Rəşad Əbülfəz oğlu hadisə yerində dünyasını dəyişib. Sükan arxasında sıxılıb qalmış sürücünü oradan çıxarmaq üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub və minik avtomobilinin sürücüsü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Yol qəzasının təfərrüatları araşdırılır.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.