“ORTA AYLIQ ƏMƏKHAQQI HƏTTA ERMƏNİSTANDAN DA AZDIR...” – “AZAL-ın vurduğu zərər...” +VİDEO

Deputat Fazil Mustafa Milli Məclisin bugünkü iclasında bir sıra ciddi məsələlərə toxunub. Deputat deyib ki, büdcənin gəlirləri artsa da, büdcə gəlirlərinin 28 milyard dollar olduğu 2014-cü illə müqayisədə azdır:

“Azərbaycanda orta əmək haqqı Estoniyadan, hətta Ermənistandan azdır. Azərbaycanda hər 1000 nəfərə 130, Ermənistanda 154 pensiyaçı düşür. Əmək pensiyalarının məbləği Rusiyadan 2 dəfə azdır”-deyə F.Mustafa bildirib.

Deputat qaz limitinin artırılmasını isə təqdir edib: “Elektrik enerjisi ilə bağlı da əhali üçün limit aradan qaldırılmalıdır. Azərbaycanda turizm sektorunda da geriləmə var, 13 faiz azalma qeydə alınıb. Gürcüstan Azərbaycanla müqayisədə turizmdən 600 milyon dollar çox gəlir götürüb. AZAL-ın Azərbaycanda bu sahəyə vurduğu zərər əvəzolunmazdır”.

Deputat Azərbaycanda rus dili təhsilinə 100 milyon manat civarında vəsait ayrıldığını xatırladıb: “Niyə biz xarici ölkənin dilinin öyrənilməsi üçün büdcədən vəsait ayırmalıyıq? Mən xarici dillərin öyrənilməsinin tərəfdarıyam. Amma biz bunu niyə büdcə vəsaitləri hesabına təmin etməliyik? İngilis və digər xarici dillərlə bağlı olduğu kimi, rus dili ilə bağlı da özəl təhsil müəssisələri bu işi görə bilər”. (Modern.az)

635x100

Şərhlər

Texnoloq 2019-05-31 15:30:19

İqtisadiyyatımızın verdiyi həqiqi Orta Aylıq Maaş xaricilərin hasilata ödədikləri Maaş çıxıldıqda doğru olar. Bu da doğru hesab deyil. Son beşillikdə işləyənləri heç 70%i il boyu yox, cəmi bir neçə ay(VOEN lə və s.) çalışdırılır və orta maaş həmin aylara bölünür. İlin aylarına bölünsə daha da az olacaq. Bəli, Cənab MV alıclıq qabiliyyəti aşağı düşən əhali əsasən qənaət edir. Aşağı həddə dözməyən ailələr də digər statistiki nəticələrlə aşkarlanır.

Azər 2019-05-31 15:30:19

Çox hörmətlı Fazil bəy.Sahil Babayev deyir ki biz bu yaxınlarda təklıflərimizi verəcəyik .Niyə bu haqda ictimaityyətin fikrini pyrənmırlər.Azı sadə inaanlarin da təklıflərinə qulaq asmaq lazımdir.Gəlir vergisini daha ədalətlı etmək.minumum əmək haqqini artirmaq lazımdır

Arif Əliyev 2019-05-31 15:30:19

Vətəndaş-a niyə demirsən Azərpoçtun işçiləri 800-1500-2500man alır?niyə demirsən artıq rabitəçilər nazir müavini saxtakar ali abdullayevi görəndən sonra Vidadi Zeynəlovun ölülərinə min rəhmət deyirlər bu saxtakar özü kimi saxta savadsız birini gətirib Azərpoçta direktor bu azmış kimi bu yazıq kasıb təşkilatda 10-nə yaxın departament yaradıb bəle poçtda islahatlar çox vacibdir amma bu sahənin mütəxəsislərilə bunu etmək lazımdır yoxsa özlərı heç bir poçtdan anlayışı yoxdur bunlar necə bu sahədə iş apara bilər

vetendas 2019-05-31 15:30:19

hormetli fazil bey sizden cox xais edirik ki millet vekili kimi azerpoct ve rabiute nazirliyine.bu qurumdaki emek haqqi barede sorgu gonderesi ki onda emek haqqinin verilmesindeki herc mercliye ozbasinaligi goresiniz poctun esas gelir getirenleri 160-170 manata mehkum edilibler.amma rehberlikdekiler 1500-2500 maas aliralr.emek nazirliyi hara baxir

dadaşyev 2019-05-31 15:30:19

A Fazil müəllim,a qardaş,sən tarixçi adamsan,bilmirsən ki,şərq xalqlarını idarə etməyin ən sadə üsulu onları bir qarın ac,bir qarın tox yaşatmaqdı?Maaş az olan cəmiyyətlərdə 5 manat üçün işverənlərin və anasının əmcəyini kəsənlərin sayı artar.Nəticədə hamı bir-birindən xoflu olar.Gözüqıpıqları idarəetmək üçün isə yavaşca bir barmaq silkələmək də yetər.

omer 2019-05-31 15:30:19

Mence Fazil beyi rus dilinin tedrisi deyil,bucceden ayrilan pullar maraqlandirir..biźim rusdilli vetendaslarimiz var ve onlarin ovladlarinin pulsuz tehsil almaq aqlaridir..qaldiki rus dilinde tehsil alanlar hecde rusa bas eyenler deyil..bizim rus dilli milli qehramanlarimiz var..rus ve ya turk dilinde oxuyan uwaqlara nezer yetirseniz cox vetenperver olduqlarini gorersiz

zaur 2019-05-31 15:30:19

YƏQİN Kİ AZƏRBAYCANDA MAAŞ HƏDDİNİ .... MÜƏYYƏN EDİR...

vətəndaş 2019-05-31 15:30:19

dəfələrlə artiq neçə aydır ki bizdə əmək haqqinin və pensiyanln məbləğinin az olması barədə yazılır amma elə bil divara deyirlər vəziyyət doğrudan da pisdir poçt işçıləri 160-170 man maaş alırlar

Cabir 2019-05-31 15:30:19

Fazil bəy yeni yuxudan ayılıb.Ay yazıq,30 ildir bu belədir.Bəs niyə indiyə kimi səsin çıxmayıb? Yoxsa indi sənə deyiblər ki, bu mövzunu qaldlr?

hərbici pensiyacı 2019-05-31 15:30:19

hörmətli fazil müəllim. hər şey bir tərəfə indi məmurlar prezidentin 1 ci qrup əlillərə 100 manat prezident təqaüdü təyin etməsindən istifadə edərək 1 ci qrup əlillərə verilən pensiyadan 22ya 23 manat məbləgində pul tutmuşlar. həmin pulun tutulmasını müxtəlif bəhanələr gətirib gah bankamat kartının əvəzinə gah qaytarılacaq gah deyirlərki 23 manatın əvəzinə pensiyanız 100 manat artıb. bəyəm prezident əlillərə təqaüd verirki onun 22manatını may ayı ücün dsmf məmurları mənimsəsinlər.

Köhnə azərbaycanlı 2019-05-31 15:30:19

Fikrimcə kimsə evladını rus dilli məktəbə yönəldirsə, bu heç də rus dilinə hörmətdən irəli gəlmir.Bütün valideynlər istəyir ki onların evladları orta və ali məktəbi bitirib yaxşı, pullu yerdə işlə təmin olunsun.Bu səbəbdən də rus bölməsində təhsilə bu qədər önəm verilir.Azərbaycan neft ölkəsidir və neftçi kimi müşahidə edirəm ki ölkəmizdəki neftlə bağlı xarici şirkətlərdə işləyən işçilərin 85%-i rus sektorunu qurtaran insanlardır.Bu insanlar da Azərbaycan vətəndaşlarıdır, lakin soruşmaq istəyirəm ki niyə az.bölməsini bitirənlərə deyil onlara üstünlük verilməlidir.Bu hal tək neft səhəsində deyil digər sahələrdə də mövcuddur.Fikrimcə bunun da başlıca səbəbi rəhbər vəzifələrdə oturan məmurlərın böyük əksəriyyətinin rus dilində təhsil alanlar olmasıdır.Deməli rus dilinə olan sevgi yuxarıdan idarə olunur.Bir də ki rus dilinə ayrılan vəsait ingilis dilli məktəblərə ayrılarsa bu dildə təhsilə daha çox önəm verilər.Əlbəttə texniki ali təhsil alan tələbələrin xarici dil bilməsi çox vacibdir.Fikirimizi hara yönəltsək də təhsil sisteminin yarıtmazlığının üstünə gəlib çıxacayıq, çünki ən azından orta məktəblərin az.bölməsində kifayyət qədər rus və digər xarici dillər tədris olunur, amma tədrisin keyfiyyəti çox aşağıdır.Fikrimcə texniki fənlər orta və ali məktəblərdə ingilis dilində tədris edilməlidir.Misal kimi keçmiş türk litseylərini və Ali Neft Məktəbini göstərmək olar.

t.ədalət 2019-05-31 15:30:19

Rus dilinə sevgi bizi yenidən müstəmləkəyə çevirəcək.Rus dilinə,işğalçı rus ordusunun təbliğatına (9 May) xeyli büdcə vəsaiti ayrılır.Azərbaycanı soyqırımlar poliqonuna çevirən rus ordusuna,onun "şərəfinə" bağlı adamlar (Respublika Veteranlar Təşkilatı) haqqında düşünməyin vaxtı çatıb.Öz ordumuz ola-ola keçmiş rus ordusunun təbliğatı yalnız casusların istəyidir.Xalq bu adamlara qarşı olmalı,onların fəaliyyətinin dayandırılmasına çalışmalıdır.

Mehman 2019-05-31 15:30:19

Bizim tehsil sistemiiz xarici dil bilen gencler yerine,ana dilini bilmeyen gencler yetishdirir.

Vətəndaş 2019-05-31 15:30:19

Hər şey minimum maaşa bağlı olsa onda məmurlar və deputatlar məcbur olub onu qaldırarlar

sual 2019-05-31 15:30:19

Fazil qağa öıkədə hansı iş yerinə gedirsən ki işə qəbul olunasan birinci sual belədir rus dilini mükəmməl bilirsiniz? Belə olurmu ya?

Şamaxılı 2019-05-31 15:30:19

Afərin Fazil müəllim.Nəhayət ki Vahid Axundov və Əli Məsimli kimi xalqın problemlərindən danışan deputatların sayı artır.Uşaq pulunu daha çox qbartmaq lazımdı.Bir də Sizə bir məsləhətim var rus dilinə belə münasibətə görə Bakıda yaşayanlar sizdən inciyərlər ha.Axı Bakida rusca danışmaq dəbdədi.....

Rəsula 2019-05-31 15:30:19

Düz buyurursunuz Rəsul bəy. Rus dilinin yerinə ərəb dili tədris etmək lazımdır,fars dilini də əlavə etmək olar. Şükürlər olsun ki,nəhayət məktəblərdə din dərsləri veriləcək. Oradan da tərəqqiyə (tərəqqi də ərəb sözüdür) bir addım qalır.

Fazil-ə 2019-05-31 15:30:19

Fazil bəy.Sizn orta əmək haqqı müqayisəniz əhalinin əsas kütləsiniə aid deyil.Çünki,bildiyiniz kimi deputaların maaşlarının ii dəə artırılması.dövlət qulluçularının br qisminin əmək haqlarının dəfələrlə artırılması dediyiniz orta əmək haqqının süni artmasına səbəb olubHesaba alsanızki.bu artımları bu göstəriciyə aid etməklə şişirdlmiş rəqəmalınıb ki, bu da əhalinin əsas qisminin vəziyyətinin yaxşılaşdırılması yx.sadəcə aldatmacadır.Çünki 125 deputat,üstəgəl icra başçıları və digər fərqləndirilən vəzifələr .

freedom 2019-05-31 15:30:19

salam menim gozel milletim limitler temiz goturulse 1000 manata geder maasdan hec bir vergi tutulmasa maas ve pensiyalar ferg goyulmadan 50 % galdirilsa rusdilli mekteblerin 70 % baglansa yerine basga diller oyrenilse helelik pis olmaz goresen bunlara negeder pul lazimdi?

EJDER 2019-05-31 15:30:19

BALI,WIROKO WAQAYET AZEBIJAN...HA HA HA BUDUR ANALOQU OLMAYAN INKIWAF...YALANLARLA BAW ALLADIRIQ...WUBHESIZ,HEQIQET PARILDAYACAQDIR...ESAS FORMULADU,WARADA...CAMAAT ZIBILLIKDE EWELENIR...BIRI NAQIL DANIWIR.MALAdes

Vuqar 2019-05-31 15:30:19

Fazil muəllım lənkəranın Lıman şəhərinin yarısına hələ də qaz çəkilməyib

Rəsul 2019-05-31 15:30:19

ardı -respublikada öyrədilməsinin genişləndirilməsi və s.haqqında sərəncam imzaladı.Moskvada deputat səviyyəsində deyilən sözün bizim məmurumuza təsiri məni dəhşətə gətirdi.Axı hansısa xarici dilin öyrədilməsinə Azərbaycan büdcəsindən milyonlar niyə ayrılmalıdır?Bəs digər dillərin öyrədilməsinə pul niyə ayrılmır?Bakının mərkəzində Azərbaycan məktəbindən çox rus məktəbləri fəaliyyət göstərir.Haradasız Azərbaycan ziyalıları?Niyə səsiniz çıxmır?Rusun başımıza açdığı oyunlar nə tez yaddan çıxdı?

Rəsul 2019-05-31 15:30:19

Bir neçə il əvvəl Rusiya dövlət dumasının deputatının müsahibəsini oxudum.O təccüb və acıqlı şəkildə bildirirdi ki,Azərbaycanda səfərdə olarkən bizimlə görüşən Azərbaycan ordusunun zabiti bizimlə tərcüməçi vasitəsi ilə danışırdı və rus dilini bilmirdi,çünki Türküyədə hərbi təhsil almışdı.Rus deputat həyasızcasına bildirirdi ki,buna qətiyyən yol vermək olmaz,rus dilində danışanlar Rusiyanın həmin respublikalarda dayağıdır.Üstündən bir neçə ay keçmədi Təhsil naziri Mikayıl bəy rus dilinin respublikada daha da

vaqif 2019-05-31 15:30:19

HÖRMƏTLİ Fazil bəy. sabunçu rayonu ZABRAT kərpicni yaxud istixana ərazisində yollar və kanalzasiya bərbad haldadir.çox xahiş edirik kömək edəsiniz

Fariz 2019-05-31 15:30:19

Fazil mellim, UWAQ PULU haqda da statistikani deyin zehmet olmasa.Bizim vetenimizden bawqa butun olkelerde verilir.Heqiqeten analoqu olmayan neft-qaz olkesiyik.

TARİX 2019-05-31 15:30:19

FAZİL M-M YAZİLANLAR AZƏRBAYCANA ŞƏRƏF GƏTİRMİR.BELƏ DAVAM ETSƏ TEZLİKLƏ RUS DİLİNƏ OLAN QAYĞI SAYƏSİNDƏ AZƏRBAYCAN RUS DİLLİ ÖLKƏYƏ CEVRİLƏCƏK. MİLLİ KİMLİYİMİİYİMİZ,QURUR MƏNBƏYİMİZ OLAN DİLİMİZƏ QARŞI MÜNASİBƏT ACINACAQLIDIR.MANQURTLAŞMIŞ BƏZİ MƏMURLAR BİLMİRLƏR Kİ,ÖZÜNƏ,DİLİNƏ,DİNİNƏ HÖRMƏT ELƏMƏYƏN XALQA HEC BİR XALQ HÖRMƏT ETMİR.ERMƏNİSTANDA BİR RUS MƏKTƏBİ OLMADIĞI HALDA BAKIDA RUS DİLİNDƏ MƏKTƏBLƏR YÜZLƏRLƏDİR.M.Ə.SABİR DEMİŞDİR: KİM NƏ DEYƏR BİZDƏ OLAN QEYRƏTƏ, QEYRƏTİMİZ BƏLLİDİR HƏR MİLƏTƏ...

AZƏR 2019-05-31 15:30:19

elektrik limitini heç olmasa 300-dən 400 -qaldirib 400 kvt-dən yuxarını 11 qəpikdən 10 qəpiyə endirsələr yaxşı olardı HƏmçinin 180-6oo manatdan az maaş alanlarin maşını artırsinlar yaxud vergiləri azaltsinlar

VƏTƏNDAŞ 2019-05-31 15:30:19

hörmətli Fazil müəllim.NEYNƏMƏK LAZIMDIR Kİ BİZDƏ DƏ maaşLar artsın.?bəs bu məmurlar nə duşunurlər 250 man maaşalıram 2 uşaqim pulluda oxuyur neyniyək bəs biz kimə deyək dərdimizi minimum əmək haqqi ən azı 300 manat olmalıdir MAAŞI QALDİRA BİLMİRLƏRSƏ HEÇ OLMASA 500 MAN MAAŞA QƏDƏR GƏLİR VERGİSİNİ 14 FAİZDƏN 5-6 FAİZƏ ENDİRSİNLƏR DƏ. nəyi və kimi gözləyirik

Türkoğlu 2019-05-31 15:30:19

Büdcədən rus dilinin öyrədilməsinə o qədər pulun ayrılması dəhşətdir. Azərbaycanı sevməyənlər bizi yenə rusun əl altısı etməyə çalışırlar.Qarabağı işğal edən və onun silah gecünə azad edilməsinə imkan verməyən Rysiyaya yaltaqlanmağın mənası yoxdur.Artıq bəzi idarələrdə Azərbaycan türklərindən işə götürmək üçün rus dilini bilməyi tələb edirlər.Rus məktəblərinin çoxaldılması Azərbaycanın müstəqilliyinə ən böyük təhlükədir.Fazil Mustafadan başqa heç bir deputatın səsinin çıxmaması çox şeydən xəbər verir.

elil 2019-05-31 15:30:19

Deputat Fazil Mustafa bəy, analoqsuz inkişafınızın .... çıxır deyəsən yavaş-yavaş!

Son yazılar