“NEFTİN QİYMƏTİ DÜŞSƏ, DEVALVASİYA QAÇILMAZ OLACAQ...” – “Necə demək olar ki, büdcə sosialyönümlüdür?”

“Dövlət büdcəsinin illik hesabatı ilə tanış olmuşam. Hesab edirəm ki, keçən büdcə ili ərzində neftin qiymətinin yüksək olması, 60-70 dollar arasında dəyişməsi imkan verib ki, inflyasiya 2,3 faiz həcmində olsun. Bu çox müsbət haldır. Manatın kursunun sabit qalması pozitiv bir əlamətdir”.

Bunları Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin plenar iclasındakı çıxışında, “2018-ci il dövlət büdcəsinini icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili, eyni zamanda qeyd edib ki, hesabatla tanış olduğu zaman bəzi rəqəmlər ona inandırıcı görünməyib: “Vətəndaşlarımızın da bu rəqəmlərə inanacaqlarını düşünmürəm. Məsələn, hesabatda göstərilir ki, istehlak qiymətinin indeksi - inflyasiya 2,3 faiz təşkil edib. Ümumilikdə isə hesabatda qeyd olunur ki, məhsulların və xidmətlərin qiyməti 10,6% azalıb. Yəni bunu yazanlar ya özləri bazara getmirlər, ya da bazara gedənlərdən bu barədə obyektiv məlumat almırlar. Başqa bir mühüm məqam isə ondan ibarətdir ki, hesabat ilində xarici ticarət dövriyyəsində qeyri-neft məhsullarının ixracı real ifadədə 1 faiz artıb. Hər halda artımın olması müsbət haldır. Amma düşünürəm ki, bu sürətli inkişafımız üçün yetərli deyil. Məsələn, hesabatda qeyd olunur ki, tikintidən gələn gəlirlər 137 milyon, ticarətdən gələn gəlirlər 61 milyon manat təşkil edib. Amma yeni dəyər yaradan qeyri-neft sektorunda olan istehsal və emal müəssisələrinin ödədiyi vergilərdən nə qədər gəlirin əldə olunduğu barədə konkret rəqəmlər yoxdur. Bəs, qeyri-neft sektoruna, yəni yeni istehsal və emal müəssisələrinin yaradılmasına nə qədər investisiya qoyulub? Nə qədər güzəştli kreditlər verilib, sahibkarlar tərəfindən nə qədər investisiya yatırılıb? Bu barədə də məlumat yoxdur. İstehsal və emal müəssisələrinin yaranması bizim üçün son dərəcə önəmlidir.

Bir mühüm məsələyə də diqqət çəkmək istəyirəm: Hörmətli Ziyad Səmədzadə də öz çıxında dedi ki, ləğv olunan müəssisələrin sayına nisbətdə 1,9 dəfə yeni müəssisələr yaradılıb. Amma bu müəssisələrin xidmət, ticarət, yaxud istehsal və emal müəssisələri olduğu barədə məlumat verilmədi. Bütün istiqamətlər ilə bağlı detallı məlumatın verilməsi real mənzərənin göz önündə olması üçün son dərəcə vacibdir”.

Millət vəkili hesabatda diqqət çəkən digər məqamlara da toxunub: “Məsələn, hesabatda qeyd olunur ki, tikinti sektoruna 5 milyard xərclənib, 2 milyard 235 milyon manat xarici borc qaytarılıb. Bu borclar da əsasən tikintiyə xərclənib. Bundan başqa, Prezidentin ehtiyat fondundan 301 milyon manat, dövlət büdcəsinin ehtiyat fondundan 464 milyon manat xərclənib ki, bunlar da əsasən tikinti ilə bağlıdır. Beləliklə, 2018-ci ildə 23 milyard 100 milyonluq büdcənin tikinti ilə bağlı xərclərinin həcmi 8 milyard 100 milyon manata gəlib çıxıb. Təhsilə 2 milyard 12 milyon, səhiyyəyə 732 milyon, sosial təminat üçün 1 milyard 300 milyon, elmə isə 122 milyon manat xərclənib. Bütün bunların hamısı ümumilikdə tikintiyə xərclənən vəsaitin 50 faizini təşkil etmir. Onda necə demək olar ki, büdcə sosialyönümlüdür?

Mən bu rəqəmləri niyə xatırladıram? Ona görə xatırladıram ki, artıq 2020-ci ilin dövlət büdcəsinin üzərində iş gedir. Hökumət uşaqpulunun verilməsi, əməkhaqlarının, pensiyaların artırılması ilə bağlı ciddi qərarlar qəbul etməlidir. Məndən öncə çıxış edən deputat həmkarlarımın qaldırdığı məsələlərə hökumət diqqətlə yanaşmalıdır. Xüsusilə də Fazil Mustafanın səsləndirdiyi rəqəmlərin üzərində ciddi düşünmək lazımdır. Hamımız bilirik ki, neftin qiyməti daha çox iqtisadi faktorlardan deyil, siyasi faktorlardan asılıdır. Bundan başqa, bölgədə müharibələr də olar bilər. Mən ona görə bu məsələlərin üzərinə gəlirəm ki, əgər neftin qiyməti aşağı düşsə manatın kursunu indiki kimi saxlamaq mümkün olmayacaq, devalvasiya qaçılmaz olacaq, ölkəmiz ciddi maliyyə problemləri ilə üz-üzə qalacaq. Görün nə qədər səhmdar cəmiyyətlər var və bunlar 3 milyonluq proqnozu cəmi 50 faiz yerinə yetirirlər. Bunları dövlət niyə özəlləşdirmir, niyə bu qurumları dövlət mülkiyyətində saxlayırıq? Ona görə də hökumətin ciddi islahatlar aparmasına ehtiyac var”.

635x100

Şərhlər

Oxucu 2019-05-31 19:35:47

Qüdrət bəy siz xalqın halına biganə qalan deputatlardan deyilsiz.Xahiş edirəm, yazdığım bu problemin həlli ilə yaxından tanış olun.Deməli bir işçı hər hansı bir dövlət və ya özəl müəsisədə işləyib,işdən çıxib. Onun əmək haqqından DSMF-na ayırmalar tutulub ancaq DSMF-na ödənməyib İşçi pensiya üçün müraciıt edir ona deyirlər ki sənin işlədiyin müəsisə DSMF- na borcu var və bu şəxsə pensiya hesablanmır və ya pensiyası artırılmır. Burda kimdir günahkar borcu vaxtında tələb etməyən DSMF, yoxsa bədbəxt işçi.

Azəri 2019-05-31 19:35:47

devalvasiyanın qabağını almaq üçün talançıların öğurladıqlarını alıb millətin ehtiyat fondunu bərpa etmək gərəkdir

Dürüst 2019-05-31 19:35:47

Ümumi sözlərlə,konkretlikdən uzaq! Kitablardan kğçürüb baş aldatmaqla məşğuldur.

Geber 2019-05-31 19:35:47

Hörmətli yoldaş Qüdrət Həsənquliyev ! Sizləri cəmiyyətin düşünən kəsimi idealist zümrəsinə aid etdiyimdən bu yazini yaziram . Baxmayaraq , ki Azpolitika saytinin eyni zümrəsindən olan yazarlar tərəfindən bir iki dəfə iqtisadiyyatda savadsizliqda suçlanmişam. Sizlərə cənab deyil , yoldaş deyə müraciyyətimin səbəbi elə cənab və yoldaş yəni dollar cənabdirsa manar isə yoldaş kimi yazsam başadüşünüləndir. Bizlər yoldaş olanda başadüşülən :biri birimizin qarşisinda hörmətli idik ? yoxsa yoldaşi yəni özümüzü devalivasiya edib cənab dollar olanda ?, kiminsə sözu kiminsə yaninda hal hazirda boğazindan keçir ? və yaxud da kiminsə kimə rəhmi ğəlir ? və yaxud arvad kişinin pulsuzluğuna 1989-ci ildə olduğu məsafə qədər dözür ? Yazdiqlarimin arxasinda bəlkə min səhifə elmi praktik dəqiq instruksiya vardir , ki necə tərəzinin özünü aldatmaqla :- Qərbin bizim tək ölkələri savadsizliqimizdan sui istifadələrlə itirilmiş iqtisadi meyyarini tapaq və elə onun tərəzisinin içindəçə elə məharə tlə quraşdiraq , sunu intellekt nağillari deyil , təbii və əsl cənab dollar sican tələsində qoylan pendirin qirağini xəbərsiz yeyək. Çunku bu elə bir tələdir , ki yalniz pendiri yemək olur tərəzini yox meyyari yox. Yazduqlarima bir misal : Ağir daşdan yapşan atmaq ücün deyil , ğücünü itirmək ücün , ağilsizliqla əlaqəli tamahindan xərcləıyəcək

Azər 2019-05-31 19:35:47

Qüdrət müəllım.Lənkəranın Lıman şəhərinin yarısında hələ də qaz yoxdur.kömək edin xahış edirik

pensiyacı 2019-05-31 19:35:47

qüdrət müəllim. hansı ölkədə 1 ci qrup əlillərə prezident əlavə təqüd təyin etdikdə sonra dsmf məmurları onları soyurlar.may ayı ücün 1ci qrup əlillərə verilən təqaüddən adambaşına 22 ya 23 manat tutublarki səbəbini hec cür izah edə bilmirlər.dsmf məmurları hamını soydular yedilər doymadılar indidə düşüblər əlillərə veriləcək prezident təqüdünün üstünə. niyə hər invalidə 100 manat təqaüd veriləcəyi halda onun 23 manatınımay ayının təqüdündən zorla alıb. bu nə deməkdir. məmurlar yeməlidir.bəlkə siz biləsiz.

kamil 2019-05-31 19:35:47

Devalivasiyasiya mutleq olmalidir.Bizim esas gelirimiz xarici valyutada oldugundan hec ferq etmez.Manatin kursunu saxlanmasina xerclenen pulu vermek lazimdir emek haqqi ve pensiyaya.Neticede adamlarin aliciliq qabiliyyeti artacaq,daxili istehsal artacaq ,mallarin deyeri xarici valyutada ucuz olacaq ,eksport artacaq.Basqa arqumenti olan varsa buyursun.[AMB nin arqumenti xaric]

Vətəndaş 2019-05-31 19:35:47

Yeni devalvasiya bu millət üçün ölüm deməkdir.

Son yazılar