Problemli kreditlər üçün büdcədən ayrılan məbləğ açıqlandı

Maliyyə Nazirliyi prezident İlham Əliyevin problemli kreditlərin həlli ilə bağlı fərmanı ilə əlaqədar olaraq dövlət büdcəsindən ayrılan vəsaitlərlə bağlı son məlumatları açıqlayıb. Nazirlikdən verilən məlumatda deyilir:

“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası olaraq Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsinin müvafiq xərc maddəsindən fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiyaların ödənilməsi üçün altı tranş çərçivəsində ümumilikdə 600,1 mln. manat ayırılaraq maliyyələşməsi həyata keçirilib.

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Maliyyə Nazirliyinə təqdim olunan siyahı əsasında

18.04.2019-cu il tarixində 350.8 mln. manat,

06.05.2019-ci il tarixində 53.5 mln. manat,

14.05.2019-cu il tarixində 26,3 mln. manat,

15.05.2019-cu il tarixində 42.6 mln. manat,

23.05.2019-cu il tarixində 46.2 mln. manat

və son olaraq bu gün, 31.05.2019-cu il tarixində 80,6 mln. manat məbləğində vəsaitlər bankların, ləğvetmə prosesində olan bankların və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı müxbir hesablarına köçürülüb.

Beləliklə, bu günkü tarixə Maliyyə Nazirliyi tərəfindən fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiyaların 91,4%-i bankların, ləğvetmə prosesində olan bankların və poçt operatorunun Mərkəzi Bankdakı hesablarına köçürülməsi təmin edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixində imzaladığı Fərmanda baş vermiş devalivasiyalar nəticəsində dəymiş zərərlə bağlı fiziki şəxslərə hesablanmış kompensasiya məbləğinin 3 aydan gec olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi tapşırılmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar