“Mən Paşinyanı öldürməyə çağırmamışam” - Deputat təkzib edir

Milli Məclisin deputatı Aydın Mirzəzadə təcili bəyanatla çıxış edib. Millət vəkilinin rəsmi bəyanatı virtualaz.org-un redaksiyasına daxil olub. “Mən parlamentin iclasında Paşinyanın aradan götürülməsinə çağırış etməmişəm. Təəssüf ki, KİV sözlərimi təhrif edib”, - bəyanatda deyilir.

Xatırladaq ki, bu gün bəzi KİV-lər Aydın Mirzəzadənin çıxışını yayıb və bildiriblər ki, guya həmin çıxışında deputat Azərbaycan ordusunun batalyon komandiri, mayor Aqil Ömərovun qətlinə qisas olaraq snayperləri baş nazir N.Paşinyanı və müdafiə naziri D.Tonoyanı aradan götürməyə çağırıb.

“Mən cəbhə zonasında yerləşən Ermənistan və Azərbaycan silahlı qüvvələrinin snayperlərini nəzarətə götürməyə çağırmışam. Demişəm ki, snayperlər hara gəldi atəş açmamalıdırlar. Elə vəziyyət yarana bilər ki, cəbhə zonasına dövlət başçıları və hökumət üzvləri gələ bilərlər. Misal üçün, qoşunların təmas xəttinə Paşinyan gələ bilər. Birdən snayperlər atəş açar. Bu, faciəyə gətirib çıxara bilər. Eyni şey Azərbaycan nümayəndələrinə də aiddir. Bir daha təəssüf edirəm ki, mənim sözlərim düzgün qəbul edilməyib və təhrif olunub”, - deputat bildirib.

635x100

Şərhlər

fikrət 2019-05-31 21:10:19

ZAKİR HƏSƏNOV DEYİRDİ BİR ƏSĞƏR ÖLƏRSƏ 10 ERMƏNİ ƏSĞƏRİ ÖLƏCƏK EYYYY ZAKİR BU SƏNİN SÖZLƏRİNDİ

fikrət 2019-05-31 21:10:19

ay vəkil düz deyirsən səni pis başa düşüblər bu bi savadlar !!! nə badə atəş acasiz bir erməni ölməməlidir yoxsa faciə baş verər AMMA BİZİMKİLƏRİ QOY QİRSİNLAR sizi hardan ğətirib başimiza bəla etdilər ?

X 2019-05-31 21:10:19

Allah sene rehmet elesin Kerbelayi Demisen demisen idide tupurduyunu.... Kec bu terefe

Kğhnə azərbaycanlı 2019-05-31 21:10:19

Məncə təkzib lazım deyildi.Prezdendimiz yaxşı demişdi ki, əgər erməni əsgəri Azərbaycan ərazisində ölmək istəmirsə getsin Ermənistanda qulluq etsin.Yəni baş nazir N.Paşinyanın və müdafiə naziri D.Tonoyanın Azərbaycan ərazisində nə işi varki onlara snayper gülləsi dəysin.O məşhur misalda deyildiyi kimi "tülkünün dəmir yolunda nə işi var ki onu qatar da vursun".Lakin ürək parçalayan odur ki snayper gülləsi öz qanuni ərazimizdə bizim əsgər və zabitimizə dəyir.

Mehman 2019-05-31 21:10:19

"Misal üçün, qoşunların təmas xəttinə Paşinyan gələ bilər. Birdən snayperlər atəş açar. Bu, faciəyə gətirib çıxara bilər."Aydin bay,bu ne mentiqsiz fikirdir?Dushmen terefi esger ve zabitlerimizi qirir.Hec bu haqda dusunmursuz.Ancaq bizim snayperlere tapsirirsiz ki,"BIRDEN POSSIvYAN CEBHE XETTINDE OLA BILER".Daha size sozum yox.Sualim var size.Sual?-Bir MM deputati kimi niye Qarabaq meselesini deqiqlikle hacan hell olacaq?Inanmiram ki,cavab yazasiniz.

kamil 2019-05-31 21:10:19

Aydin muellim lap duz demisen.

Son yazılar