Reyesin ölümü ilə bağlı matəm elan olunub, avtomobilinin şəkli yayılıb

Qəzada dünyasını dəyişən İspaniya millisinin sabiq futbolçusu Antonio Reyesin avtomobilinin şəkli yayılıb.

ONA-nın məlumatına görə, “Atletiko”, “Sevilya”, “Real”, “Espanyol” və “Arsenal” kimi klublarda oynamış futbolçunun uğradığı qəzadan az sonra maşının hansı vəziyyətə düşdüyü məlum olub.

35 yaşında ölən Reyeslə birlikdə maşında olan iki yaxın qohumu da dünyasını dəyişiblər. Qəzaya səbəb kimi avtomobilin yüksək sürətlə idarə olunması iddia edilir.

Qeyd edək ki, hadisə ilə bağlı Utrerdə iki günlük matəm elan olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar