Politoloq Ukraynanı bölməyi təklif edir - Üç müstəqil dövlətə...

İnsanların sülh və əminamanlıq şəraitində yaşaması üçün Ukraynanı üç müstəil dövlətə bölmək lazımdır. Ancaq dünya birliyi ölkələrin ərazi bütövlüyünü önə çəkir və anlamır ki, bugünkü Ukrayna həyati qabiliyyətli deyil. Bu barədə «NewsFront» internet-kanalın efirindən politoloq Oleq Xaviç bəyan edib.

Qeyd etmək yerinə düşər ki, siyasi analitik Xaviç Ukraynanın federallaşmsının və onun qərb hissəsinin muxtariyyətinin tərəfdarı kimi məşhurdur. O, 2017-ci ildə dəyirmi masada rumın azlığının (Bukovində) hüqunlarının pozulması barədəki çıxışına görə, Donbasda antiterror əməliyyatı vetereranları tərəfindən hücuma məruz qoulub. Bundan sonra Xaviç polis tərəfindən saxlanıb, sonra isə Ukrayna təlükəsizlik xidmətinin əməkdaşları onun mənzilində axtarış aparıblar.

Ekspertin sözlərinə görə, Sovet İttifaqının dağılmasından sonra o, belə fikirə gəlib ki, Ukrayna dövləti özünün indiki sərhədləri daxilində mövcud ola bilməz. İnsanların normal yaşaması üçün Ukrayna sadəcə, minimum 3 ölkəyə bölünməlidir - «Yeni Rusiya», «Kiçik Rusiya» və Qərbi Ukrayna - ekspert sonuncunu köhnə Avstriya adı ilə Ruteniya adlandırıb.

«İnsanların sadəcə, normal yaşaması üçün Ukravyna dövləti üç müstəqil dövlətə bölünməlidir - «Kiçik Rusiya», «Yeni Rusiya» və Ruteniya. Əgər bu hissələr ayrılarsa -dinc yolla ayrılma arzuolunandır - o zaman onların hər birinin hamını qane edə bilən gələcək həyatını necə qurması, hansısa siyasət qurması barədə danışmaq olar» - deyə, ekspert bildirib.

Bunun ardınca siyasətçi danışıb ki, bu gün Ukrayna vahid sərhədlər daxilində əhali qruplarının yalnız bir-birinə nifrətini qoruyub saxlayır. Ona görə də, nə qədər ki, dünya birliyi Ukraynanın ərazi büğövlüyünü önə çəkir, sakinərin bir hissəsinin o birisinə nifrəti artacaq...

«Mən, hər şeyi udan həmin nifrətin zəifləyəcəyinin perspektivini görmürəm. Çünki o, zəifləyəcəyi anda dövlət dağılacaq» - deyə, ekspert qeyd edib.

AzPolitika.info

635x100

Şərhlər

Geber 2019-06-01 23:15:50

Sovet Məkaninin 75 -85 ci illər dönümündə 20 yaş həddində olan nəsil : hal hazzirda qərar qəbul edən 45-65 yaş həddində üzdə olan aktiv siyasətçilər elə həmin keçmiş sovet ğəncləridir . 70-ci illərdə Qərbdən sovet ğənclərində : xippi həyat tərzi jins şalvar Bitlz musiqisi sonradan disko + Rembo və karate illyüziyalari , 90-2000 ci illərdə daha təhlükəli sadələşdirilmiş viruslarinin beyinlərə transfer olunmasi ilə nöqtələndi . SSSR-inin çökmə dövründən sonraki sürüşmələri : mövcud dovlət prinsiplərinin tormoz yolunun tükənməsi sonda istənilən hakimiyyətin sakral hipnotik qüvvəsinin sifirlanmasina ğətirib çixartdi : izahi isə dövlət və sosiuma sərsəm münasibətlərin olmasi fakti , Rusiyada Elsin bizdə Elçibəysayaq dövlətçilik fenomenlərinin dağidici təsirlərini indi də heç kəs inkar edə bilməz . Söhbət tabunun yəni dövlət sənindir və sənin üçündür prinsipinin əksini bilmək haqdaa qadağa arxetipinin məhf olmasidir. Beləki SSSR-i məkani SNQ –ilə əvəzlənəndə əlləxsus ki , Kremldə yeni dövlətin praktik nəzəriyyəsini həyata keçirdən kadrlar : xippi və tvist rəqqaslari səviyyəsində olan keçmiş xippiilər Qaydar Elsin Çubays vəsairlərin indi də üzdə qalanlardir . Xippi siyasətşilər dedikdə : elə bu politoloqun sayiqlamalari mövzünün adina sübutdur , ki xippi təxəyüllü insanlar evdən qaçib meşədə yeni həyat rüşeyimi quran insanlar , lap milliyardi varsa əğər Londona qacdi və yaxud kasib xippi qaşqinlar üçün Almaniyadaki miqrantlarn düşərğəsinə ğirdi , bunlar eyni ağildan olan xippilər alişqanli bərbəzəkli şamlarda yanan pərvanələrdir .. Sonda isə feysbok etikasi ilə Qərbin Yuqoslaviya və Kosovoda formalaşdirdiği sərsəm politoloji standart paket xəritəsini Ukraynanin əyninə biçmək həvəsləri , məqalənin predmeti olsa da belə əsasi deyildir.

Son yazılar