Mütəxəssislər kosmosda oksigen istehsal etməyi öyrəniblər - Reaktor yaradılıb

Yeni tədqiqatın sayəsində alimlər insanarın uzunmüddətli kosmik uçuşlarının həyata keçirilməsinə doğru bir adım da irəli atıblar.

Amerikalı alimlər astronavtlar üçün oksigen istehsal edən reaktor yaradıblar. Yaradıcıların sözlərinə görə, yeni kəşf sayəsmində karbon qazını (karbon-dioksid) emal etmək və molekulyar oksigen almaq mümkün olub. Bu barədə «Nature Communications» jurnalında söhbət açılır.

Uzaq məsafələrə uzunmüddətli kosmik uçuşların əsas problemlərindən biri də kosmonavtların nəfəs alması üçün lamzımi miqdarda oksigenin daşınmasıdır. Təəssüf ki, kosmosda praktiki olaraq, oksigen yoxdur. Ona görə də oksigen tədarükünü hələ Yerdə ikən görmək lazım gəlir.

Bu yaxınlarda Kaliforniya texnologiya institutunun (KalTex) mütəxəssisləri problemin həllini tapıblar. Onlar, sadə dildə ifadə etsək, karbon qazından karbonu («C») ayırırlar və nəticədə, iki molekul oksigen alınır.

Təəssüf ki, hələlik reaktorun faydalı iş əmsalı (FİƏ) çox aşağıdır - hər 100 karbon qazı molekulundan cəmi 1-2 oksigen molekulu alınır. Amma alimlər təsdiqləyirlər ki, indiki mərhələdə yalnız belə texnologiyanın iş prinsipini göstərmək yetər. Gələcəkdə yeni kəşf daha miqyaslı tədqiqatlarda istifadə oluna biləcək...

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar