700 bal toplayan abituriyentlər hara yox oldu? - Davamı ağlamalı olacaq

1992-ci ildən bəri tətbiq olunan test üsulu ilə tələbə qəbulunun tarixində ən aşağı göstərici bu il qeydə alınıb. Yüksək bal toplayan yoxdur.

MHəmişə ilin bu günləri toplanması mümkün 700 balın 700-nü də toplayan vunderkindlərin adını tanıyar, tanımaza-bilməzə onlarla qürur duyardıq (vətən övladlarıdır, millətin gələcəyidir deyə).

Jurnalistlər o uşaqlardan, müvəffəq abituriyentlərdən müsahibələr götürərdilər, hamı onların necə də aydın zəkaya malik olduqlarını, irəlini düşündüklərini, ölkəyə yararlı kadr olmağa hazırlaşdıqlarını görərdi.

Son 27 ildə ilk dəfədir ki, maksimum bal toplayan olmadı.

Ancaq bu gözlənilirdi. Hələ keçən il Dövlət İmtahan Mərkəzi qurulmuş İsveçrə saatı kimi işləyən testlə qəbul mexanizminin ora-burasını söküb-yığanda, "təkmilləşdirəndə” aydın idi ki, bu mexanizm pozulacaq və onun mənfi nəticəsi özünü növbəti imtahan ilində göstərəcək.

Budur, ölkənin "vunderkind övladları” yoxa çıxıb.

Bəs bu necə oldu? Təcrübə göstərir ki, builki abituriyentlər keçənilkilərdən (eləcə də 10, 20 il öncəkilərdən) daha çox oxuyur, daha çox hazırlaşırlar.

Buna əmin olmaqdan ötrü şəhərin hər tərəfində səhərin altoranlığında əliçantalı abituriyentlərin repetitor yanına getdiyini görmək yetər. Bir səhər o başdan deyil, axşam saat 7-8-də, hətta 9-da belə repetitor yanından qayıdan abituriyentlərə rastlaşmaq mümkündür.

Tələbə olmaq istəyən gənclər oxuyurlar, özlərinə cəfa verirlər, gözlərinin nuru gedir, arıqlayıb çöpə dönürlər. Valideynlər hər ay 200-600 manat aralığında əlavə xərc çəkərək övladlarının ali məktəbə bilik gücünə daxil olmasını təmin etməyə çalışırlar.

Hazırlıq kurslarına və fərdi repetitorlara ödənilən məbləğin arasında disbalans o üzdəndir ki, şəhərin mərkəzi ilə şəhərətrafı qəsəbələr arasındakı tariflər eyni deyil. Üstəlik, adları "bunker müəllimi” kimi çıxmış, həqiqətən də öhdələrinə götürdükləri abituriyentlərin maksimum bal toplamasını təmin edən müəllimlər öz əməklərinin qiymətini elə maksimum həddə müəyyən ediblər.

Valideynlər bu durumdan çox da narazı deyil. Onların başlıca məqsədi odur ki, övladları maksimum bal toplasın və ən yaxşı universitetlərin ən yaxşı fakültələrinə daxil olsunlar ki, ali məktəbdən məzun olduqdan sonra işsiz qalmasınlar.

Bəs DİM-in məqsədi nəydi ki, saat kimi işləyən mexanizmi korladı və builki abituriyentlər maksimum bal toplaya bilmədilər? İndi bizim gözümüzü 700 bala dikməyimizlə deyil, bu, o deməkdir ki, 650-690 bal toplayanlar da azalıb. 500 bal toplayanlar 450 ilə kifayətlənib, 400 bal toplayası gənclər isə 300-dən də aşağı ballarda dayanıblar.

Bəzi müşahidəçilərin fikrincə, DİM-i bu islahata vadar edən başlıca səbəb ildən-ilə 700 və 650-690 bal toplayan abituriyentlərin sayında artım olmasıydı.

Belə çıxırdı ki, abituriyentlər maksimum bal toplamağın çəmini tapmış, sirrini çözmüşdülər və DİM "islahat” keçirərək, bu uğur düsturunu onların əlindən almaq istədi.

Dərindən düşünəndə isə aydın olur ki, bu işdə heç bir sirr-filan yox idi, sadəcə, gənclər özlərindən əvvəlki abituriyentlərin də təcrübəsini əxz etmiş, təhsil alarkən boşluq buraxmır, hansı fənləri necə mənimsəməyi, hardan başlayıb, harda bitirməyi öyrənmişdilər. Bu, onlara aylarla yuxusuz gecə keçirmək, tətil, istirahət bilməmək hesabına başa gəlir. Heç də asan deyil. Heç kim durduğu yerdə 700 bal toplaya bilməz. Bundan ötrü bir dərsi bəlkə də 700 dəfə oxuyub-danışmaq lazımdır.

Ancaq DİM dövlət sifarişi ilə qəbul olunanların sayının minumum olmasını təmin etmək üçün belə bir "islahat” keçirdi və budur, "islahat”ın meyvəsi göz önündədir. Maksimum ballar dövlət sifarişinə düşənlərin minimum sayda olmasına qurban verilib.

Zatən, illərdir bir gizli mübarizə gedirdi ki, son 27 ildə ölkədə ən uğurlu islahat kimi tarixə düşən test üsulu ilə qəbula necə barmaq eləsinlər və qəbul məsələsi sovet dövründə olduğu kimi, müəllim tamahı və vicdanının öhdəsinə qalsın. O vaxtlar vicdansız müəllimlər o qədər əlaçı şagirdə "bala, get, gələn il gələrsən” deyə, ağlada-ağlada evə yola salırdılar ki.

Test üsulu ilə qəbul isə o ağlaşmaya son qoymuşdu.

Belə görünür ki, yavaş-yavaş əski əyyamlara dönürük. Bu, hələ jurnalıdır. Davamı ağlamalı olacaq. (Musavat.com)

635x100

Şərhlər

Kənar adam 2019-06-02 00:21:39

Önəmli olan keyfiyyətdir, kəmiyyət yox. Yüksək bal keyfiyyətli mütəxəssis demək deyil.

helime 2019-06-02 00:21:39

Chox isterdik ki,Prezident bu meseleye qarishsin,ebbelki kimi,yalniz test olsun-achiq suallarsiz.,fantastik tehsil haqqlari ashagi salinsin.Gorun,bu gun bir sade adam DINin.DTX-in akadermiyasina yaxin dushe bilir?Oradaki ozbashinaliq,sherhsiz ushaqlari kenarlashdirmaq,musabiqeye buraxmamaq,yalniz "ozlerinin "balalari uchun yerler teshkil etmek ve s meselelere bir adamn mudaxile ede bilir? Yoxlasinlar kimler oxuyur orada? Bir fehlenin,kolxozchunun ovladi oxuyur orada?XEYR!!!!Oxuya bilmez!

helime 2019-06-02 00:21:39

tehsili berbad gune qoyublar,Elbette,kasiin ushagi gedir yusek bal toplayir ve memurlarin "savadli" ovladlarinin yerini tutur.memurda mecburdu ushagini ukraynada,dagistanda orda-burda oxutsun.Illerdir basha salirlar ki,bu dollarlar xarice axir.Niye evvelki vaxta qayitmayaq ,axi?nehayet onlari "eshitdiler",onlarin ovladlari uchun gozel sherait yaradilir.Gelen ilden achiq bazar olacaq(ali mektebe qebulun insan faktorundan asili olmasi bashqa bir mena dashimir),Ele bu ildede bele olacaq ,chox guman

Oxucu 2019-06-02 00:21:39

Mən məktəbdə oxuyarkən iki fənn müəllimim vardı. Biri hər yolla şagirdi inandırmağa çalışırdı ki, sən istəsən oxuyub savad sahibi ola bilərsən. Hətta dərsi bilmirəm deyəni belə yazı taxtası önünə çağırıb , ona istiqamət verib , dərsi təkrar başa salaraq ona qiymət yazıb həvəsləndirərdi. Digər müəllim isə elə bil səbəb və sübut axtarırdı və şagirdi aşağılayıb ona səndən oxuyan olmaz get " uçilişə" deyərdi. Halbu ki, ikinci müəllimin fənni bu gün heç tədris olunmur. Mən birinci müəllimin həvəsinə və ikinci müəllimin acığına oxuyub yaxşı bir mühəndis oldum və xalqa xidmət edirəm.

Oxucu 2019-06-02 00:21:39

Tək bu deyil, bu gün çox sayda qurum var ki, orada çalışan məmurların işi insanlara problem yaratmaqdır. Gün gündən elə kriteriyalar fikirləşib ortaya çıxarırlar ki, onları yerinə yetirmək daha çətin olsun və beləliklə rüşvət və korrupsiyaya zəmin yaransın.Sonrası bəllidir..., insanı incit pulunu al.

Ekspert 2019-06-02 00:21:39

Bu Təhsil Naziri təhsildə baş verən bütün proseslərə kommersiya gözü ilə baxır.Kommersant adamdır başqa nə gözləmək lazımdır ki? Onların son zamanlar mətbuata verdiyi acıqlamaları diqqətlə izlədikdə elə bil Təhsil Nazirliyinə hüquq- mühafizə orqanı statusu veriblər.Təhsildə irələyiş və islahat ancaq rus dili tədrisinin ölkədə irəli cıxmasıdır.

Veteran 2019-06-02 00:21:39

Sehv etmiremse bu il "kurikulum" la tehsil alan wagirdlerin ilk buraxiliwidir. Mene ele gelir bu netice beh-beh ile teqdim olunan "kurikulum"un "behre"sidir! Duwunurem hele bundan da beter olacaq!

İcbari Tam 2019-06-02 00:21:39

A.sözü-Aşağı, qatıxlıdan da aşağı. Xüsusilə, Kürə iddiaçıları və islam aləmində hər bir vəzifə öncə təkmilləşir, sonra sızmalar baş verir. Bundan çıxış yolu hər yüksək vəzifə müddətinin ən uzağı 5 ildən və ya hər illik hesabatdan sonra dəyişməsi şəffaflığa zəmanətdir. Bu qüsurlar əsassız təhsil-attestasiya islahatından və DİM monarxlığından gözlənilən nəticədir.

Sus 2019-06-02 00:21:39

Bunları eşidib, görəndə adam Dəhşətə gəlir.Bizim elm və təhsilimiz elə günə salınıb ki,hətda düşmən ölkəyə çatmaq üçün bizə 50 il lazımdır(əgər inkişafa başlasaq)vaxt lazımdır.Bu məsuliyyəti kim boynuna götürəcəK-yaqin ki, heç kəs.Rus məktəblərinə 100 milyn manat ayırmaq, elə bu demək idi.Yəni ızünüzə nifrət edin.Yaqin mənim bu fikrimi azpolitika ya verməyəcək, ya da ki, qol-qanadınını qırıb, özünəməxsus şəkildə verəcək.

Cəmşid Dərələyəzli 2019-06-02 00:21:39

Birincisi bu təhsil nazirinin üzündən kasavatlıq yağır. Bundan nə gözləmək olar. İkincisi təhsil Azərbaycanda biznes şəbəkəsinə çevirilib. Təhsili düzəltmək üçün öncə təhsili biznes şəbəkəsindən qurtarıb dövlətin inhisarına qaytarmaq lazımdır

vətəndaş 2019-06-02 00:21:39

bu meşşanlar test üsunu ləğv edir yerində rüşvətə yol açan bir üsul yaradacaqlar

t.ədalət 2019-06-02 00:21:39

Təhsil eksperti Etibar Əliyevin dediyinə görə təhsil nazirliyində hər şey qaydasıbnda gedir..

Son yazılar