Polis bölməsinə gətirilmiş şəxs özünə orda bıçaqla xəsarət yetirib

Binəqədi polis idarəsində 1 nəfər özünə xəsarət yetirib.

"Report" xəbər verir ki, 1977-ci il təvəllüdlü Cabbarov Emin İsgəndər oğlu özünü bıçaqlayıb.

Onu dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə gətiriblər.

Yaralıya qarnının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Bildirilir ki, Emin Cabbarov cinayət işi törətdiyinə görə, polis tərəfindən saxlanılaraq bölməyə aparılıb. Onun cibində bıçaq olduğundan özünə xəsarət yetirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar