Azad Rəhimov "Formula 1"in ən görkəmli şəxsləri siyahısına düşüb - 10 milyonlar "boşuna getmədi"

Nüfuzlu "Paddock Magazine" nəşri 2019-cu ildə "Formula 1" üzrə ən görkəmli 100 şəxsin adlarını açıqlayıb."Report"un məlumatına görə, siyahıya Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov da düşüb.

80-ci sırada yer alan nazir "Formula 1" təqvimində ən yeni yarışın - Azərbaycan Qran-prisinin arxasında duran insan kimi təqdim olunub. Bildirilib ki, Azərbaycanın dünyada təmsil olunmaq üçün dürüst mandatı var. Amma 54 yaşlı funksioner ötən illə müqayisədə 3 pillə geriləyib.

Siyahıda birinci yerdə "Formula 1" yarışlarını təşkil edən "Liberty Media"nın rəhbəri Çeyz Kerri qərarlaşıb. "100-lüy"ə hazırkı pilotlardan 7-si də düşüb. Onların arasında ən yüksək - 21-ci yer "Mercedes" pilotu, 5 qat dünya çempionu Lüis Hemiltona məxsusdur.

"Ferrari" pilotu, 4 qat dünya çempionu Sebastyan Fettel 33-cü, "Red Bull"un lideri Maks Ferstappen 44-cü, Hemiltonun komanda yoldaşı Valtteri Bottas 49-cu, "Ferrari"nin yeni pilotu Şarl Lekler 53-cü yerdə gedir. 2007 mövsümünün dünya çempionu Kimi Raykkonen 63-cü, "Reno" pilotu Daniel Rikkardo 72-cidir.

Qeyd edək ki, Azərbaycan Qran-prisinin promouteri Azad Rəhimovun oğlu Arif Rəhimovdur.

Hər il Azərbaycan Qran-prisinin keçirilməsinən 10 milyonlar xərclənir. Bunun müqabilində Azad Rəhimovu "Formula 1"in ən görkəmli şəxsləri siyahısına salıblar. Çoxdurmu?

Azpolitika.info

635x100

Şərhlər

fikrət 2019-06-02 17:25:23

cox sevindiricidir büdcəni yenə talan elə azad kefində ol bəzi bəzi jurnallara düşəcəksən oqlunla birlikdə xalq isə sənə (yaxi sözlər deyər xeyir dua verər ) kefində ol

kamil 2019-06-02 17:25:23

Yeqin cekisine gore.

dadaşyev 2019-06-02 17:25:23

Villa dedim,yadıma bir şey düşdü.Deyirəm respublikadakı villaları xalq adına müsadirə eləyib pionerlagerə çevirək ki,uşaqlarımız gecələr tonqal ətrafında kartoşka peraşkisi yeyə-yeyə gitara çalıb oxusunlar "Mən mülki-cahan,cahan mənəm,mən mən mən mən" filan.Hər lagerə də o villa sahibinin adını verək,xatirə lövhəsi asaq "28 dəfə hacı olub","büdcədən 480 milyon kredit götürüb,çaparaq Parisdə 80 milyona Lans klubu alıb","Devalvasiya qoymadı ki Xəzər adaları üçün büdcədən 5 milyard dartsın" və sair və ilaxır.

dadaşyev 2019-06-02 17:25:23

Kağızdakı 100 milyondan faktiki xərclənən 20 milyonu çıx,80 milyon qalar,səksəninci yerin işarəsi kimi,türklər demiş "yani".Vallah mənə büdcədən duru yerindən 100 milyon yox ee,21 milyon versələr Ayın görünməyən tərəfində heykəlimi qoyaram öz əllərimlə.Bir heykəltəraşa min manata daşdan heykəlimi düzəltdirrəm,Aya getməyin xərci də NASA-nın turistik kosmik gəmisində 20 milyondu,gedib heykəlimi Ayda qoyub qayıdaram.Qalan 999 minə də Sarayda villa tikdirrəm,olaram mən də bir kişi.

dadaşyev 2019-06-02 17:25:23

Orta aylıq əmək haqqı neftsiz-qazsız ermənistandakından da az olan bir respublikada büdcənin tam yüz milyonunu ac millətin gözü görə-görə Bakının küçələrinə səpələmək nə vaxtdan görkəmli şəxsiyyət olmağın göstəricisi olub?

Vətəndaş 2019-06-02 17:25:23

Azad Rəhimovun hansısa siyahiyə salınması ölkə büdcəsinə neçə milyonlara başa gəldi? Bunun fərqində olmalı olan hökumət bu büdcə talanına necə biganə qmldığını hiss edirmi? Bu illərlə sərf edilən milyonlar ehtiyac içində olan Azərbaycan xalqına nə verdi? Bir-iki adamın həvəsinə sərf edilən vəsait üçün hökumət niyə məsuliyyət hiss etmir?Axı bu büdcə dağıdılmasından başqabir şey deyil!

dadaşyev 2019-06-02 17:25:23

davamı;Təbii ki,Formulanın xaricdəki təşkilatçıları,yəni onu bizə sırıyan beynəlxalq pulsağanlar 100 milyonun 80 milyonunun qırağından,böyür-bucağından kifayət qədər yeyiblər deyə bunu görkəmli adam eliyiblər.Ac millət isə sazı köynəyindən çıxarıb aldı əlinə,görək nə dedi:"Sən beləysənmiş balam,ay bərəkallah sənə.Ağzuva olsun qadam,ay bərəkallah sənə".

Bashirov Qarib 2019-06-02 17:25:23

Çox sevindik.İldə budcəmizdən yuz milyonlarla pul xərcləməyinə dəyərmiş.Azad muəllimi mötəbər siyahiya salırlar, oglu da təçkilatçılıq və ayrılan yuz milyonların xərclənməsi qabiliyyətinə görə hansısa siyahıya salınmalıdır.Yoxsa insafsızlıq olar.Xalqımıza bu böyuk sevinci yaşatdıqlarına görə hər ikisinə də minnətdar olmalıyıq.Yalnız İRƏLİ.

Son yazılar