Messi Ronaldonun hegemonluğuna son qoydu - ÇL-də

Çempionlar Liqasında 2018/2019 mövsümünün ən yaxşı bombardiri müəyyənləşib.

Qol.az-ın məlumatına görə, bu, "Barselona"nın hücumçusu Lionel Messidir. Argentinalı futbolçu 10 matçda 12 qol (1-i penaltidən) vurub. Duşan Tadiç ("Ayaks") 9 qolla 2-ci, Robert Levandovski ("Bavariya") 8 qolla 3-cü olub.

Son altı mövsümdür ÇL-in ən yaxşı bombardiri olan "Yuventus"un futbolçusu Kriştiano Ronaldo isə bu dəfə 6 qolla Serxio Aquero ("Mançester Siti"), Mussa Mareqa ("Portu") ilə birgə 5-7-ci pillələri bölüşdürüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar