Lənkəranda yol qəzasında bir nəfər ölüb, bir nəfər xəsarət alıb

Lənkəranda yol qəzasında bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

"Report"un Cənub bürosunun verdiyi məlumata görə hadisə Ələt-Astara magistralının 185-ci km-də Lənkəran rayonunun Liman şəhəri ərazisində baş verib. Liman şəhər sakini 1984-cü il təvəllüdlü İxtiyar Fətulla oğlu Şüşəxanov idarə etdiyi 99 BP 220 dövlət qeydiyyat nişanlı "Mersedes" markalı mikroavtobusla eyni istiqamətdə hərəkətdə olan Cəlilabad rayon sakini İlkin Rzayevə məxsus 90 PN 921 dövlət qeydiyyat nişanlı "Laguna" markalı minik avtomobili ilə toqquşub. Toqquşmadan sonra istiqamətini dəyişən "Mersedes" yol kənarındakı beton səkinə və dəmir hasara çırpılıb. Nəticədə "Mersedes"də olan sərnişin Liman şəhər sakini 1983-cü il təvəllüdlü Vüqar Əvəz oğlu Rzayev aldığı xəsarətlərdən yerindəcə keçinib. "Mersedes"in sürücüsü İ.Şüşəxanov isə qapalı kəllə beyin travması. sol diz sümüyünün açıq sınığı diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar