ABŞ-da banklardan külli miqdarda pul oğurlayan erməni cinayətkar dəstə ifşa edilib

Dərc olunub: 02/06/2019 - 22:14

65cf3f4a023111ABŞ-da yüzlərlə pasportdan istifadə edərək “Amerika Bankı” və “Wells Fargo”dan 1,5 milyon dollar oğurlayan 8 erməni əsilli şəxs həbs edilib.

ONA-nın “armeniasputnik.am” saytına istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanları Ara Malxasyan (48), Smbat Xeçumyan (38), Sveta Xeçumyan (45, Smbatın bacısı və Malxasyanın həyat yoldaşı), Arutyun Petrosyants (30), Artur Arutyunyan (34), Xaçatur Çobanyan (38), Civan Axnazaryan (49) və Arman Qriqoryanı (37) həbs edib.

Dələduzluqda ittiham olunan dəstənin daha bir üzvü – 29 yaşlı Artak Oxoyan vəkili vasitəsi ilə təslim olmağa razılaşdığını bildirib.

ABŞ Miqrasiya və gömrük orqanlarının apardığı araşdırma zamanı məlum olub ki, dəstə üzvləri yüzlərlə Ermənistan vətəndaşının pasportları barədə məlumat əldə edib, bunun əsasında öz fotoşəkilləri ilə saxta pasportlar düzəldərək 36 bank hesabı açıblar. Daha sonra isə başqa hesablardan pulları açdıqları hesablara köçürüb, Las-Veqas və digər şəhərlərdəki bankomatlar vasitəsi ilə çıxarıblar.

Saxlanılan şəxslər təsdiq ediblər ki, “Amerika Bankı”ndan 1,5 milyon dollar oğurlamaq üçün 331 Ermənistan pasportu əsasında saxta pasport düzəldiblər. Hesablara köçürdükləri 1,5 milyon dolların isə 1,12 milyon dollarını bankomatlar vasitəsi ilə çıxara biliblər.

Cinayətkarlar eyni sxem əsasında “Wells Fargo”dan 370 min dollar oğurlayıblar.

ABŞ qanunvericiliyinə əsasən, həmin şəxsləri 30 ilə qədər həbs cəzası gözləyir.






loading...


Fikrinizi bildirin