"Bu gün müqavimət göstərməkdən başqa yolumuz yoxdur" - İran prezidenti

“Müzakirə üçün, ABŞ qarşılıqlı hörmət yolunu seçməlidir”.

ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani bu gün tibb işçiləri ilə görüşündə ABŞ dövlət katibi Mayk Pompeonun “heç bir ilkin şərt olmadan İranla müzakirə etməyə hazırıq” sözlərinə münasibət bildirərkən deyib.

H.Ruhani vurğulayıb ki, əgər həqiqətən getdikləri yolun səhv olduğunu anlasalar, o gün müzakirə masası arxasında hər bir məsələni müzakirə etmək olar.

“Düşmənlər bəzən elan edirdilər ki, İranla müzakirə üçün şərtləri var və İran öncə bu şərtləri qəbul etməlidir, müzakirə masası arxasında oturub danışıq aparılsın. Əlbəttə, son günlər təkidlə vurğulayırlar ki, danışıqlar üçün heç bir şərtləri yoxdur. Bizi hədələdikləri zaman özlərini hərbi güc hesab edirdilər, indi müharibə etmək niyyətində olmadıqlarını bildirirlər. Deyirlər ki, istəyimiz budur ki, İranın atom bombası olmasın ki, bu sözlər əsassızdır”.

H.Ruhani bu həssas dönəmdə İranın yeganə yolunun müqavimət olduğunu bildirib. “Əgər müqavimətdən başqa bir yol olardısa, açıq şəkildə elan edərdim, lakin bu gün müqavimət göstərməkdən başqa yolumuz yoxdur”.

“ABŞ indi və bundan öncəki illər İrana bu həddə təziyiqlər etməyidini iddia edirlər”, deyən H.Ruhani bildirb ki, bu gün yaranmış şərait digər zamanlardan ağırıdır.

“Onların bu təzyiqlər üçün müxtəlif hədəfləri var. Bir tərəfdən deyirlər, İslam Respubliası sistemini bəyənmirlər və xalq onların bəyəndiyi bir sistemi seçməlidir. Digər tərəfdən İran xalqının hərəkətlərini bəyənmədiklərini deyirlər. Və bu hərəkətlərin dəyişməsini istəyirlər”.

H.Ruhani qeyd edib kİ, müzakirə şərtlərini və imzalanmış sazişi pozan tərəf adi normaları qəbul etməlidir, bu normaları qəbul etməzsə, bizim müqavimətdən başqa yolumuz yoxdur: “Müavimət üçün vəhdət etməliyik. Xalqımız mövcud şəraiti bilir və şübhəsiz ölkə və məsul şəxslərin seçdiyi yol düzgün yoldur”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar