RUSİYANIN TAQƏTDƏN SALINMASI – Moskvanı gərginləşdirməyin və xərclərini artırmağın yolları

Rusiya ilə rəqabətin müəyyən mənada qaçılmaz olduğunu diqqətə alan “RAND Corporation” araşdırma mərkəzi Rusiya üçün “xərclərin artırılması üsulları” ilə bağlı dəyərləndirmələr aparıb. Onların hesablamalarına görə, bu, Rusiyanın gücünün hədsiz gərginləşməsinə və ölkənin resurslarını səfərbərliyə gətirə bilər. “RAND Corporation” ekspertlər komandası iqtisadi, geosiyasi, ideoloji, informasiya və hərbi variantlar üzərində işləyiblər.

Rusiya üçün xərclərin hansı sahələr üzrə necə artırılması aşağıdakı kimi təsnifatlandırılır:

1) Xərclərin iqtisadi tədbirlərlə artırılması

ABŞ-da enerji istehsalının genişləndirilməsi Rusiya iqtisadiyyatına neqativ təsir göstərə bilər. Daha ciddi ticarət və maliyyə sanksiyalarının tətbiqi də həmçinin Rusiya iqtisadiyyatını çöküşə aparar.

- Avropanın digər tədarükçülərdən qaz idxal etməsinin artırılması.

- Rusiyada yaxşı təhsil görmüş gənclərin və ixtisaslı işçi qüvvəsinin mühacirət etməsinə yönəlik həvəsləndirici təkliflərin irəli sürülməsi.

2) Xərclərin artırılmasının geosiyasi tədbirləri

- Ukraynaya öldürücü silahların verilməsi yoluyla Rusiya xarici siyasətinin ən zəif nöqtəsinə təzyiq etmək.

- Suriya müqavimət hərəkatına göstərilən dəstəyin artırılması.

- Belarusda liberallaşma həyata keçirilməsinə yardım göstərmək. Ancaq çox ehtimal ki, bu uğurla nəticələnməyəcək və bu tədbirlər Rusiyanın güclü cavabı ilə qarşılaşacaq. Belə olan halda Avropadakı ümumi təhlükəsizlik sferası pisləşə bilər və ABŞ üçün isə, bu geriyə addım atmaq anlamına gələcək.

- Cənubi Qafqazdakı əlaqələri genişləndirməklə Rusiya üçün iqtisadi rəqabət mühiti yaratmaq. Amma bu coğrafi və tarixi baxımdan asan olmayacaq.

- Rusiyanın Orta Asiyadakı təsirini zəiflətmək çox çətindir və bu ciddi maliyyə xərcləri tələb edəcək.

3) Xərclərin artırılmasının ideoloji və informasiya tədbirləri

- Rusiya seçki sisteminə olan etibarın sarsıdılması. Dövlət nəzarəti əksər KİV-lər üzərində çox güclü olduğu üçün bunu həyata keçirmək elə də asan deyil.

- Kreml rejiminin ictimai maraqları güdmədiyi barədə təsəvvür yaratmaq. Əsasən geniş miqyaslı korrupsiyaya diqqət ayırmaq və dövlətin legitimliyini daha çox şübhə altına qoymaq.

- Ölkə daxilində etiraz hərəkatlarını və digər qeyri-zorakı müqavimət formalarını həvəsləndirmək.

- Rusiyanın beynəlxalq imicinin dağıdılması, onun nüfuzunun və təsirinin aşağı salınması istiqamətinə yönəldiriləcək, bununla da Kremlin Rusiyanın keçmiş şöhrətini dirçəltmək bəyanatı heçə endiriləcək.

4) Kosmik sfera və aviasiya istiqamətində xərclərin artırılması

- Rusiyanın əsas strateji hədəflərini vurmaq üçün bombardmançı təyyarələrin yenidən qruplaşdırılması uğur üçün böyük imkanlar verir.

- Bombardmançılarla müqayisədə qırıcıların öz hədəflərinə daha yaxın olmasına xüsusi diqqət vermək lazımdır. Çünki onların uçuşları Moskvanı bombardmançılardan da çox narahat edəcək.

– Avropa və Avropa regionunda əlavə taktiki nüvə silahının yerləşdirilməsi Rusiyadakı həyəcanı artıracaq və bu isə, öz növbəsində Hava Hücumundan Müdafiə vasitələrinə çəkilən investisiyanı əhəmiyyətli dərəcədə artıracaq.

- Həmçinin, Rusiya strateji güclərini rəqabətə hazırlamağa məcbur etmək olar.

- Raket Əleyhinə Müdafiə və kosmik silahlara investisiya qoymaq Moskvanı müdafiə tədbirləri görməyə vadar edəcək, amma ola bilər ki, bu, Amerikaya nisbətən Rusiyaya daha ucuz başa gəlsin.

5) Hərbi dəniz sektorundakı xərclərin artırılması tədbiri

- ABŞ-ın bu istiqamətdəki mövqeyinin genişləndirilməsi Rusiyanı bu sahəni daha artıq maliyyələşdirməyə vadar edəcək.

- Qara dəniz akvatoriyasına nəzarəti gücləndirmək. Krımdakı bazalarını müdafiə etmək üçün Rusiya əvvəlkindən də artıq xərc çəkməli olacaq.

6) Həm aviasiya, həm də yerüstü güclərlə həyata keçirilən silahlı əməliyyatlara çəkilən xərclərin artırılması

- ABŞ silahlı qüvvələrinin Avropadakı iştirakını gücləndirmək.

- NATO-nun Avropada keçirdiyi hərbi təlimlərin miqyasını genişləndirmək və bu təlimlərin sayını artırmaq.

7) ABŞ ordusunun bu işlərə cəlb olunması. ”Rusiyanın taqətdən salınması” tapşırığı birbaşa ABŞ ordusunun üzərinə qoyulmamalıdır. Bunun üçün ABŞ ordusu nə etməlidir?

- ABŞ ordusu Rusiya ilə əlaqədar özünün analitik və linqvistik ekspert işini qurmalıdır.

- Ordu investisiya haqqında düşünməli və digər xidmətləri də aktiv şəkildə maliyyələşdirməlidir, məsələn, taktiki raket komplekslərini.

- Ordu Rusiya ilə gərginləşdirmədə birbaşa iştirak etəməsə də, o, hər halda əsas rol oynamalıdır.

Ümumiyyətlə isə Rusiyanın taqətdən salınması variantları müəyyən mənada risk də daşıyır.

Nəticə:

Rusiyanın taqətdən salınmasının ən yaxşı üsulu - bu ölkənin zəif nöqtələrinə, qorxduğu yerlərə və güclü tərəflərinə birbaşa təsir etməkdir. Rusiyanın ABŞ-la istənilən rəqabətində başlıca zəif tərəfi onun iqtisadiyyatıdır. Onların iqtisadiyyatı böyük deyil və o, enerji daşıyıcılarının ixracından asılıdır. Rusiya liderlərini ən çox narahat edən sahə ölkədə sabitlik və rejimin əbədiliyinin təmin edilməsiylə bağlıdır. Rusiyanın ən güclü tərəfləri isə, hərbi sahə və informasiya sferasıdır.

“RAND Corporation - (ABŞ)” (İxtisarla)

635x100

Şərhlər

Türk 2019-06-04 09:00:27

Buna yalnız ağıldan azlar inana bilər.Rusiyanı taqətdən salmaq mümkün deyil.

Son yazılar