"Milli Məclislə bağlı yanlış fikirlər yayılır" - Hadı Rəcəbli

"Bəzi hallarda Milli Məclislə bağlı yanlış fikirlər yayılır. İnanın, elə an olmur ki, şəhid ailələrini, maddi imkanı zəif olanları düşünməyək".

"Report"un xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Onun sözlərinə görə, bu, qanunlarda da nəzərə alınır: "Təbii ki, bu addımların arxasında Prezident İlham Əliyevin siyasi iradəsi dayanır. Prezidentin və Birinci vitse-prezidentin istəyi zaman-zaman həyata keçir".

H.Rəcəbli qeyd edib ki, Azərbaycanda şəhid ailələrinə daim diqqət və qayğı göstərilir:

"Vətən uğrunda canından keçənlər bizim üçün əzizdir".

635x100

Şərhlər

fikrət 2019-06-03 22:50:51

hadi müəlllimmm xoş ğelmisizzzz

Pensioner 2019-06-03 22:50:51

“Milli Məclislə bağlı yanlış fikirlər yayılır” – Ha di Rəcəbli deyir. Hadi adam səni mətbuatda, ya küçədə görəndə əsəbləşməyə bilmir. Sənin necə xarici aləmin var və eləcə də daxilin var. Niyə qoymursunuz insanlar dərdini çəksin, niyə harınlaşıb adamlara sataşırsız...180 manatla yaşamaq olar, niyə ağzına gələni danışırsan, sən tərzdə olan adamlar niyə..... Bax indi sənin şəklini sözlərini görüb bir daha əsəbləşdum. Allah bəlanızı versin.

AZƏR 2019-06-03 22:50:51

180 MANAT AXI ÇOX AZDIR .MİNİMUM ƏMƏK HAQQİ TƏCİLİ ARTMALIDİR.axı budcədə vəsait var.TOY VAR.HÜZUR VAR.UŞAQİN OXUMAQ PULU .insanlar bir birinə qonaq getmirlər pulsuzluqdan.minumum isteklak səbətinə də yenidən baxmaq lazımdır çay düyü.yuyucu vəsaitlər son 2 ildə dəfələrlə qiyməti artib .bir maqazalara girin baxın

pensioner 2019-06-03 22:50:51

Hadı kişi maddi imkanları zəif olanlar haqqında düşünməyə Səlimlə birlikdə başlamış və nəticədə pensiyalar haqqında təzə qanun kəşf etmişdilər.

dadaşyev 2019-06-03 22:50:51

Milli Məclis barədə yanlış fikirlər yayılmır ee,Milli Məclisdə oturdulanlardan birisi də sənin kimi tragikomik deputatdı deyə millət oradan çıxan qərarlarda həmişə nəsə bir qəmbərqulu axtarmağa vərdiş eliyib.

Vətəndaş 2019-06-03 22:50:51

Yanlış tərtib olunmuş Milli məclisə nə fikir yayılmalıdır ki? Təsadüfi adamlar,yaltaqlar,biznesmenlərdan tərtib olunmuş siyahi deputat olanda bunu düşünməli idiniz.....

dadaşyev 2019-06-03 22:50:51

Deyib qəzetdə nə yazırlar?Deyib nə bilim nə yazırlar.Deyib bəs oxumursan?Deyib adə oxuyuram,oxumuram,sənə nə,otpuskaya çıxmısan,2 aylıq deputat maaşıvu al,yeri get Lənkəranda kefivü çək dəəəə,əh.

Hadı Rəcəbova 2019-06-03 22:50:51

Yaltaqlığın təcəssümü! Elə ona görədir ki, pensiyaların məbləği digər ölkələrdən çox aşağıdır.Bazar qiymətləri isə xeyli yuxarısır.Hadının ... hüdudu yox, bunun müqabilində utanası ....İnsan nə qədər yalan danışar?...

dadaşyev 2019-06-03 22:50:51

Bəzi qaynaqlardan sızan məlumatlara görə respublikamızda elə adamlar var ki,ağzını açan kimi düşünürsən ki,bu adam mütləq uşaqlıqda atdan yıxılıb,başı dəyib daşa-quma,beyni silkələnib...

Son yazılar