"Azərbaycanda banklar daha çox pul alveri ilə məşğul olur" - Vahid Əhmədov

Azərbaycanda sahibkarlar banklardan kredit almaqda böyük əziyyətlər çəkir.

APA -nın məlumatına görə, bu barədə millət vəkili, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Sahibkarlar gününə həsr olunan "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransda çıxış edərkən bildirib.

Onun sözlərinə görə, banklar sahibkarlarla çalışmağa maraqlı olmalıdır. Amma banklar tərəfindən kreditlər çox yüksək faizlə verilir.

“Azərbaycanda banklar daha çox pul alveri ilə məşğul olur, real sektora kreditlərin verilməsindən isə çəkinir”, - deyə V. Əhmədov bildirib.

635x100

Şərhlər

elman maxmudov 2019-06-04 11:42:27

Ay yoldas maclisin uzvu avvala biznesa sarait yaradin islamaya sonra banklara yol gostarin

VƏTƏNDAŞ 2019-06-04 11:42:27

çox maraqlıdır.Millət vəkilləri də şikayət edirlər deməli qanunlar işləmir BİRİ DEYİR ƏMƏK HAQQILAR azdır BİRİ DEYİR bank faizi çoxdur.O BİRİ DEYİR POSTERMİNALLAR AZDİR

Son yazılar