Abbas Abbasov Artur Rəsizadəyə tərif yağdırdı

“Mənə uzun illər sizinlə işləmək xoşbəxtliyi nəsib olub və mən o illəri xüsusi səmimiyyətlə xatırlayıram”

“Azerros” Ağqsaqqallar Şurasının sədri Abbas Abbasov yenidən baş nazir postuna təyin edilməsi münasibətilə Artur Rəsizadəni təbrik edib. “Qafqazinfo” qurumun rəsmi saytına istinadən xəbər verir ki, təbrikdə deyilir :

“Şübhəsiz ki, sizin məsuliyyətli postda dövlət fəaliyyətiniz Azərbaycanın sosial-iqtisadi sahədə davamlı inkişafına və cəmiyyətdə stabilliyin yaranmasına yardım edəcək .

Əminliklə ifadə edirəm ki, Rusiya ilə Azərbaycan arasındakı dostluq və qarşılıqlı hörmətə əsaslanan əlaqələr gələcəkdə də davamlı şəkildə geinşlənəcək və qardaş xalqlarımızın xeyri naminə möhkəmlənəcək.

Mənə uzun illər sizinlə işləmək xoşbəxtliyi nəsib olub və mən o illəri xüsusi səmimiyyətlə xatırlayıram.

Siz əsl peşəkarsınız və sizin insani, işgüzar xarakteriniz həm Azərbaycan, həm də Rusiya rəhbərliyi tərəfindən layiqli hörmət qazanıb.

Sizə möhkəm can sağlığı, əmin-amanlıq, xoşbəxtlik və dövlət fəaliyyətinizdə uğurlar arzulayıram”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar