DİM 26 İLLİK YOLUNDAN SAPIR? - Abbaszadə qəbul etmir, ancaq...

Xalq “təhsil mafiyası”nın əvvəl-axır test üsulu ilə qəbulu aradan qaldırıb “sovet qəbulu”na dönüləcəyinə görə narahatdır

1992-ci ildən bəri tətbiq olunan test üsulu ilə tələbə qəbulunun tarixində ən aşağı göstərici bu il qeydə alınıb. Yüksək bal toplayan yoxdur. Bu barədə musavat.com saytının veb redaktoru Xalid Kazımlı bir neçə gün bundan öncə “700 bal toplayan abituriyentlər hara yox oldu?” başlıqlı köşə yazısında məlumat verib.  Həmkarımız faktlarla çıxış edib və  yazıb:“Həmişə ilin bu günləri toplanması mümkün 700 balın 700-nü də toplayan vunderkindlərin adını tanıyar, tanımaza-bilməzə onlarla qürur duyardıq (vətən övladlarıdır, millətin gələcəyidir deyə). Son 27 ildə ilk dəfədir ki, maksimum bal toplayan olmadı.

Ancaq bu gözlənilirdi. Hələ keçən il Dövlət İmtahan Mərkəzi qurulmuş İsveçrə saatı kimi işləyən testlə qəbul mexanizminin ora-burasını söküb-yığanda, ”təkmilləşdirəndə" aydın idi ki, bu mexanizm pozulacaq və onun mənfi nəticəsi özünü növbəti imtahan ilində göstərəcək".

Müəllif  hesab edir ki, DİM dövlət sifarişi ilə qəbul olunanların sayının minimum olmasını təmin etmək üçün belə bir “islahat” keçirdi və budur, “islahat”ın meyvəsi göz önündədir: “Maksimum ballar dövlət sifarişinə düşənlərin minimum sayda olmasına qurban verilib. Zatən, illərdir bir gizli mübarizə gedirdi ki, son 27 ildə ölkədə ən uğurlu islahat kimi tarixə düşən test üsulu ilə qəbula necə barmaq eləsinlər və qəbul məsələsi sovet dövründə olduğu kimi, müəllim tamahı və vicdanının öhdəsinə qalsın. O vaxtlar vicdansız müəllimlər o qədər əlaçı şagirdə ”bala, get, gələn il gələrsən" deyərək, ağlada-ağlada evə yola salırdılar ki".

Məleykə Abbaszadə ile ilgili görsel sonucu

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu il heç bir abituriyentin 700 bal toplamaması ilə bağlı qurumun ünvanına səsləndirilən ittihamlara cavab verib.

DİM-in saytında dərc olunan

X.Kazimlı isə sözügedən cavab məqaləsindəki detallarla tam razılaşmır. Onun bu mövzuya dair qələmə aldığı, "Ah eylədiyim sərvi-xuramanınız üçün deyi, gələcəyimiz üçündür" başlıqlı ikinci məqaələsində qeyd edir ki, DİM rəhbəri yazdığı məqalədə 1992-2018-ci illər arasında 700 bal toplayanların statistikasını verib və buradan  belə aydın olur ki, abituriyentlər 700 balı toplamağa uzun illərdən sonra ilk dəfə 2007-ci ildə nail olublar. Sonra ardı gəlib: 2008, 2009, 2010, 2011, 2012, 2013, 2014, 2015, 2016, 2017, 2018-ci illərdə toplam olaraq 111 abituriyent 700 bal toplayıb. Ötən il 29 (rekord) abituriyent 700 bal toplayıb: “Bu il isə belə oldu. Demək, ortada bir tənəzzül qeydə alındı. Bu isə heç də təhsil sferasının günahı deyil. Çünki universitetə hazırlaşan abituriyentlər ötən il də hazırlıq kurslarının, fərdi repetitorların xidmətindən yararlanırdılar, bu il də elə edirlər, hətta daha artıq səy göstərir, daha artıq əziyyət çəkirlər. Demək, imtahanın təşkilində tətbiq edilən yenilik abituriyentləri daha da çətinə salıb, onların yükünü daha da artırıb”.

Redaktor qeyd edib ki, DİM-in son açıqlaması bir çox həqiqətləri ortaya qoyub: “Buradan belə anlaşılır ki, 2018-ci ildə göstərilən rekord nəticə (650-dən artıq bal toplayanların bütün gözləntiləri aşması) DİM-i məcbur edib ki, abituriyentlərin yolunu daşlığa, tikanlığa salsınlar və onlar çox bal toplaya bilməsinlər. Məqsəd çox bal toplayanların azaldılması olub. Bu isə DİM-in 26 ildən bəri gəldiyi yoldan hələlik bir balaca sapmasını göstərir. İmtahanların pullu olması, dövlət sifarişi ilə pulsuz oxuyacaq tələbələr üçün ayrılan yerlərin ilbəil azaldılması - bunlar xoşagəlməz təmayüllərdir.

İctimaiyyətin narahatlığı da ona görədir ki, son 27 ilin ən dürüst, şəffaf, qanuni işləyən mexanizmi korlanmasın, neqativ hallara yol açmasın, “arxa qapıdan” və böyük çirkli pullarla tələbə adı qazanaraq yuxarı başa keçənlərə fürsət yaratmasın.

Xalq arasında belə bir əndişə var və builki nəticələr o əndişəni xeyli şiddətləndirib. Onlar “təhsil mafiyası”nın əvvəl-axır test üsulu ilə qəbulu aradan qaldırıb “sovet qəbulu”na dönüləcəyinə görə narahatdırlar. İndilikdə başqa söz demirəm, təki axırı yaxşı olsun, gələn il abituriyentlər yüksək bal toplamaq ənənəsini bərpa etsinlər. Görünür, onlar maksimum nəticə göstərməyin çəmini tapmaq, sirrini çözmək üçün bir neçə il səylə çalışacaqlar.

700 bal toplayanların çoxluğundan isə qorxmaq lazım deyil. Onlar çempion, birinci olmaq istəyən uşaqlardır və mütləq rekorda can atacaqlar".

635x100

Şərhlər

Cavan 2019-06-05 10:20:01

Test üsulunun alternativi yoxdur.Ancaq keçirilən qəbul imtahanlarını da rüşvətə çevirmək istəyənlər fəallaşmaqdadırlar.Belə bir cəhd 1993-cü ildə olsa da mərhum prezdentimiz Heydər Əliyev buna imkan vermədi.Məleykə xanıma gəldikdə isə onu hazırkı məmurların ən yaxşısı elan etmək olar.Test üsulu dəyişdirilsə Azərbaycan təhsilində nələrin baş verəcəyini fikirləşmək belə dəhşətdir.Təhsil bazara dönəcək və vicdansız məmurlar xalqın balalarının təhsil almasına imkan verməyəcəklər.

turan 2019-06-05 10:20:01

Test üsulunu sovet qəbul sisteminə çevirmək xalq üçün,gələcəyimiz üçün böyük faciə ola bilər.Mən şəxsən Məleykə xanıma inanıram ki,bu qadın imkan verməz təhsil mafiyasına ki,belə bir antixalq iş görsünlər.

valideyn 2019-06-05 10:20:01

Nə qədər ki,Məleykə xanım DİM-dədir kasıb valideynlərin savadlı balaları rahat yata bilər.O xanım kasıbların haqqının yeyilməsinə icazə verməz.Şəxsən əmin olmuşam.Allah ona can sağlığı versin,o yeganə vicdanını,ədalətliliyni itirməmiş məmurdur.

Aeks 2019-06-05 10:20:01

Bu qurum her il lazımi "strukturlara" ayı xidmeti göstermekle hele ki, suyun üzünde qala dilir. Bir-iki defe kapriz müqabilinde " heyatı başa" düşdüyünden indi lap "ağıllanıb". İmkanı olan qırağa üz tutsun. Bu real variantdır. Sisteme qarşı gücsüzsüz. Xala-xala söhbetlerile besdi göz yorursuz.

ZAUR 2019-06-05 10:20:01

MƏLEYKƏNİN YIĞDIĞI SƏRVƏTİ HEÇ S-400LƏR DƏ DAĞIDA BİLMƏZ- QOY GETSİN PENSİYAYA. YERİNƏ İSƏ LÜTÜN, ACGÖZÜN BİRİNİ TAPIN QOYUN Kİ HAMI RAHAT OLSUN.

Vətəndaş 2019-06-05 10:20:01

Xalqın kasıb təbəqəsinin də bəhrələnib ali təhsil almaq imkanı yaradan test üsulunu bu meşşanlar ləğv edib nə etmək istədiklərini başa düşmək çətindir. Yəqin ki elə bir üsul olacaq ki, rüşvət almaq imkanları olsun və kasıb yoxsul kimsəsizləri bu imkandan da məhrum edəcəklər.

TARİX 2019-06-05 10:20:01

ADAM BİR YERDƏ NƏ QƏDƏR İŞLƏYƏR.MƏLEYKƏ XANIMI TƏHSİL NAZİRİ TƏYİN ETMƏYİN VAXTI COXDAN CATIB.BƏZİ QEYRİ-ADİ MƏMURLAR ALLAHDAN QORXMAYARAQ GƏLƏCƏYİMİZ OLAN ÖVLADLARIMIZA NECƏ STRESLƏR YAŞADIRLAR.ALLAH SİZLƏRİ İSLAH EDƏRƏK BİR AZ DA İNSAF VERSİN.AMİN.

yalçın 2019-06-05 10:20:01

100 faizlik nəticə heç bir sahədə mümkün olan şey deyil..testdə 700 bal toplanması onun qüsurlu bir sistem olduğuna dəlalət edir..bu - yaddaş kopyalaması, əzbərçilikdir..

Son yazılar