“UÇUŞ ZOLAĞINI DRONLARLA DAĞITMAQ LAZIMDIR!” - "İşğalçını öldürərlər də..."

Qüdrət Həsənquliyev: “Torpaqlarımızdakı işğalçıya rahatlıq vermək olmaz!”

Ermənistanın danışıqları pozmaq istiqamətində atdığı təxribatçı addımlar davam edir. Xüsusilə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə səfərindən sonra işğalçı ölkənin təxribatları davam etdirməsi, zabitimizin snayperlə vurulması, Ağdam ərazisində hərbi təlimlərin keçirilməsi, Qarabağda separatçılar arasında futbol “çempionatı”nın təşkili, həmçinin işğal zonasında qanunsuz məskunlaşmanın, turizm obyektlərinin tikintisinin aparılması beynəlxalq hüquqa meydan oxumaqdır. Bu mənada əksər ekspertlər hesab edir ki, işğalçı ölkənin qətlə yetirdiyi bir hərbçimizin əvəzində düşmənin onlarla itki verməsinə nail olmaq lazımdır.

Deputat, BAXCP sədri Qüdrət Həsənquliyev də hesab edir ki, hər gün işğal zonasından Ermənistana azı 1-2 erməni hərbçisinin cəsədi aparılmalıdır: “Mən demirəm ki, mülki təyyarələr, yaxud helikopterlər vurulmalıdır. Ermənilər terrorçulardır, bu, aydındır. Hətta Xocalıdakı aeroportun özünü vurmaq olmaz ki, orada dinc insan ola bilər. Biz dinc insanlarla müharibə aparmırıq. Amma Xocalı aeroportundakı uçuş zolağını dronlarla dağıtmaq lazımdır. Yaxud baxırıq ki, ərazilərimizdə məktəb, xəstəxana tikirlər. Gündüz fəhlələr işləyir, dinc insanlardır. Amma gecə oranı bombalamaq lazımdır, səhər gəlib görsünlər ki, yerlə bir olub. Yəni işğal altındakı torpaqlarda işğalçıya rahatlıq vermək olmaz! Mən əvvəl də demişəm, əgər biz Rusiya ilə anlaşmamışıqsa, o halda Paşinyanla əldə olunan anlaşmalar ermənilərin xeyrinədir. İndi mən arxada nə anlaşma olduğunu bilmirəm. Əgər başqa razılaşma yoxdursa, ictimaiyyətə açıqlanan razılaşmalardan söhbət gedirsə, bu, faktiki surətdə Ermənistanın xeyrinədir”.

Q.Həsənquliyev bir daha vurğulayıb ki, Azərbaycan Ermənistanla mənasız danışıqlara son verib məhz Ermənistanın ağası ilə, Rusiya ilə danışmalıdır: “Azərbaycan açıq şəkildə ruslara deməlidir ki, əgər siz yenə də etimadsızlıq siyasətini davam etdirəcəksinizsə, artıq biz seçim etmək zorunda qalacağıq. Amma indiki siyasətlə - tarixdə ingilislərlə fransızlar arasında yüz illik müharibə olub – biz yeni rekord müəyyənləşdirəcəyik: yüz illik sülh danışıqları. Fələstinlilər İsrailə rahatlıq vermir, bütün günü Fələstin problemi beynəlxalq aləmin diqqətindədir. Amma Qarabağ dünya birliyinin diqqətində olmayan məsələdir. Mən reallığı bilmirəm, ola bilsin ki, hökumətin bildiyi məsələlər var, böyük müharibə etməyə çəkinirik, amma o halda hər gün düşmən hərbçisi öldürülməlidir! Bizim torpaqlarımıza işğal üçün gələn öldürülməlidir! Mən Xankəndidə ömrü boyu yaşayan hansısa erməninin öldürülməsinə qarşıyam, bu, müharibə qanunlarına ziddir. Amma hansısa erməni Qarabağda, bizə aid torpaqlarda əkin-biçin işləri aparırsa, mən artıq bunu mülki sakin saymıram. O, artıq bizim torpağımıza gəlmiş işğalçıdır, terrorçudur, mənim torpağımı zəbt edib, orda yaşamaq istəyir, demək, onu öldürmək lazımdır. Cəbrayıldakı, Füzulidəki, Qubadlıdakı ermənini öldürmək lazımdır. Çünki orada qanunsuz məskunlaşıb. Onların hamısına hərbçi gözü ilə baxmaq, öldürmək lazımdır, istəyir torpaq şumlayan, istəyir əkin əkən, istəyir inək sağan olsun. İşğalçını öldürərlər də, başını tumarlamazlar ki. Azərbaycan da bunu etməlidir”.

“Yeni Müsavat”

635x100

Şərhlər

kecmiş döyüşcü 2019-06-05 13:05:00

azərbaycan ərazilərini işgal edərək qarabagda yaşayan bir qurup erməni millətindən olan azərbaycan vətəndaşının millətlərin öz hüququnu təyin etməsi haqda sərsəm fikirlər ortaya atmaqla 2ci erməni dövləti yaradıb onu legitimləşdirmək istəyən ermənilər bəs bu hüquqlarını rusiya amerika iran suriya fransa gürcüstan kimi dövlətlərin ərazisində yaşayan ermənilər niyə həyata kecirə bilmirlər.onlar niyə hüquqlarının pozulmasına dözürlər.

kecmiş döyüşcü 2019-06-05 13:05:00

hansı olmayan işləməyən hüquqdan danışmaq olarki azərbaycan xalqını acıq aşkar dünya dövlətlərinin közü qarşısında amerika fransa rusiya vəs dövlətlərdəki erməni lobbisinin dəstəyi və iqtisadi köməyilə qırıb dogma ərazilərindən qovub onu işgal etmiş bir dövlətə özlərinin dogduqları ikili standartlara uygun olaraq işgalcı deməyən işgal etmiş işgalcı dövləti işgala məruz qalmış bir dövlətlə eyni sıraya qoyanlardımı hüquq beynəlxalq hüquqa bmt qanunlarına coxdan tüpürmüş ermənistanamı qarşı tanınmalıdı hüquq

kecmiş döyüşcü 2019-06-05 13:05:00

xahiş edirəm hər şeyi siyasiləşdirib öz arşınınızla ölcməyin. bu danışdıqlarımızda torpaqlarımızı azaq etməkdən azərbaycan xalqının cörəyini yeyib ona qənim kəsilib ərazilərini işgal etmiş yagı düşməniməhv etməkdən başqa hec bir fikir yoxdur və olada bilməz.burada hüquqa zidd nə varki. nə vaxtdan torpaqlarımızı hansı yolla olursa azad etmək fikri hüquqa zidd olub. bəs niyə bu hüqüqa zidlik torpaqlarımızı zorla işgal etmiş etnik soyqırım təmizləmə aparmış ermənilərə aid deyil. ay hüquqdan danışan yoldaş.

Keçmiş D.yə 2019-06-05 13:05:00

Başçı-Ali Baş Komandandan qeyri-vətəndaşın siyasi, hərbi və s. mülahizəsi hüquqa zidd və boşuna(x.kəşfiyyata) gedir. Hər hansı müraciət xaricə yox, aid daxili dövlət orqanına ünvanlana bilər.

Azad Qarabağlı 2019-06-05 13:05:00

Prezidentlərdən rica edirəm ki, yubatmadan bütün partiyaları buraxsınlar. Siyasi fərli və səhih məramı görünməyən partiyalar, QHTlər, bəzən deputatlar belə siyasi-iqtisadi ixtisas və sual doğuran çıxış edirlər. Ay parta sədri, digər ŞÜARLI özbaşına siyasilər, işğalçı erməni, Kreml(RF) və digərləri ilə nə işiniz? İyulun 1-dən bütün SƏRHƏDLƏRİNİZİ MÖHKƏM BAĞLAYIN və yalnız kimin icazəsi var onu buraxın! Hər Dövlətin heç bir beynəlxalq aləmə dəxli olmayan ilkin borcu budur!

Qarabağlılar 2019-06-05 13:05:00

Digər hər şəxsin Konstitutsion cavabdehlərin əvəzinə boş görünən çıxışları işğalçıya FORA və məcazi qeydə uyğun bəhanələrə əlavə zaman verir.

fikrət 2019-06-05 13:05:00

Qarabaq haminindi qeyrət məsəlidi yuxarida oruranlarin hələ başi acilmayib dollar evrodan torpaq yada düşmür xalq sizdən cörək pul istəmir siz işinizdə olun hec olmasa xalqi buraxin torpaqlari azad edək silah verin .....

kecmiş döyüşcü 2019-06-05 13:05:00

bizdə külli sayda müharibə veteranı var dövlətin verdiyi üstünlüklərdən bəzən həqiqətən vuruşub əziyyət cəkmiş döyüşcülər yox bəzi satqın məmurların fırıldaqla pul müqabilində veteranlıq verdiyi saxta veteranlar satqın vətənpərvərlər məharətlə istifadə edirlər. insan belə şeyləri görəndə xəcalətindən yerə girmək istəyir. bax bizim ən agrılı məsələlərimizdən biridə budur.biz başa düşməliyikki dövlətin xalqın millətin mənafeyi şəxsi mənafedən həmişə üstün olmalıdır. əfsuslar olsunki bisdə belə deyil

yengibar 2019-06-05 13:05:00

Bu deputat deyesen indi bilib dron nedir , yeqin toyda zadda görüb.Od qiymetine aldıqları silahlar qalıb oyuncaqla müharibe aparacaq.Yazıqlar olsun !

Mux 2019-06-05 13:05:00

Qüdrət bəy deputatlığına hörmət edirəm.Deputat olmaq şərəfli məmur olmaqdır.Ancaq bəzi məmurlar bu adı millətin qabağında hörmətdən salır.Sən Qüdrətə gözəl məsləhətim var.Yaxşı olar ki,öz işlərinlə məşqul olasan,səni deputat seçən soydaşların problemlərini həll edəsən.Qaldı uçuş zolağına,dronlara,ya da Qarabağ məsələsinə?Bu sənlik deyil. Bunun həlli üçün cənab prezident və cənab MN var...Sənin zərrə qədər hərbidən anlayışın olsaydı yerli-yersiz belə məsəllərdən danışmazdın...

hərbici döyüşcü 2019-06-05 13:05:00

ddəysinüzdü əjdər bəy sizin dediyinizdədə həqiqət var. ancaq qacqınların hamısı ev torpaq mal dövlət xəstəliyinə tutulmayıb.lap elə olsada bu xalq kimlərəsə acıq edib torpaqlarımızı düşmən tapdagından azad etməkdən vaz kecməməlidir və kecədə bilməz.öz torpaqlarının azadlıgı ugrunda onilliklərlə mübarizə aparan əfqan xalqının vuruşan dəstələrində varlılarda kasıblarda qocalarda uşaqlarda mollalarda qadınlarda vardı. hamı mücahid idi. ancaq bizdə xata məndə uzaq olsun kimə dəyir

S.H. 2019-06-05 13:05:00

. Zarafat - Zarafat ay Ejder qaqa deyesen. LAZIMIN ayaq sesleri Milli. Metbexte catireeee.

EJDER 2019-06-05 13:05:00

MALADES,27 ILDEN SONRA BU QERARE GELMISINIZ.CAQIRIN LAZIMI BOMBALASIN,,WOHRET ,,ALEF...QAJQINLARDAN MUQYAT OLUN.,YOLLARI BAQLIYARLAR...ANCAQ EV ISTEYIRLER,TORPAQ YADDAN CIXIB

kecmiş döyüşcü 2019-06-05 13:05:00

hansı yollarla olursa olsun qarabag torpagı kicik miqyaslı döyüşlərlə ermənilərin ayagının altında od tutub yanmalıdır.cünki bu torpaq bizim torpaqdır onun üstündə hiyləgər düşmənə qarşı vuruşmaq bizimcün qat qat asandır cünki hər bir döyüşcü ana torpaqdan güc alır erməni isə daim vahimədə olmalıdı necəki hələ intensiv döyüşlər getmir onla hər dəqiqə hər şeyi atıb qacmaga hazırdı cünki onları qarabaga hec nə baglamır.onlar işgalcılardı. onlar öz gorbagor ata babalarının yuxusunu cin etmək istəyirlər. oda ol

kecmiş hərbici 2019-06-05 13:05:00

ay mənim hörmətli millətim üzr istəyirəm pazı pazla cıxararlar. ermənilər cox böyük ustalıqla hər şeydən istifadə edərək beynəlxalq qanunlara və hüquqa tüpürərək bizim 20 faiz ərazimizi işgal ediblər indidə min cür oyun oynayaraq vaxt uzadıb 2ci erməni dövlətini və işqal edilmiş ərazilərimizi legitimləşdirməklə məşguldur. bu yol erməniləri və onların havadarlarını qane edir. bizdə onlara qarşı ən azından sürünən müharibə partizan müharibəsi və ola bilən bütün vasitələrdən istifadə edib torpaql. qarış qarış

kecmiş döyüşcü 2019-06-05 13:05:00

hörmətli qarabaglılar.qarabagın azad edilməsi kimliyindən harada dogulub yaşamasından asılı olmayaraq hər birimizin qan borcudu.və belədə olacaq. oki qaldı torpaqları azad etmək ücün müxtəlif fikirlər deməyimiz bunun hec bir ziyanı yoxdur. əlbəttəki biz bütün fikirlərimizi deyərkən hamı və hər şeyi hörmətli ali baş komandanımızınrəhbərliyi altında dövlətimizin mnnin kamandanlıgı ilə qanunlar cərcivəsində nəzərdə tutub deyirik. bəzən kicik bir məsləhətdə böyük bir qələbəyə kömək edir.təki qələbə qazanaq.

Son yazılar