“ERMƏNİSTANI CƏZALANDIRIB, ZƏNGƏZURU GERİ ALMALIYIQ!” - "Tərədüd etsək, Naxçıvanı itirməmək haqda düşünməyə məcbur edəcəklər"

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə son səfərinə Ermənistan növbəti təxribatlarla qarşılıq verib. Vaşinqton görüşü ərəfəsində işğalçı ölkə Azərbaycan zabitini snayperlə vurmaqla sülh prosesinə zərbə vurub. Bir sıra ekspertlər danışıqların ya dayandırılmasını, ya da birbaşa Rusiya ilə aparılmasını təklif edirlər.

Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Eldar Namazovun mövcud durumla bağlı “Yeni Müsavat”a maraqlı müsahibəsini təqdim edirik:

– Eldar bəy, Qarabağ ətrafındakı durum, son gərginliklər proseslə bağlı sizdə hansı qənaəti formalaşdırır. Rəsmi Bakının bundan sonrakı siyasəti necə olmalıdır?

– Ümumiyyətlə, bizim Qarabağla bağlı həm siyasətimizə, həm də informasiya işlərimizə yenidən baxmalıyıq.  Allah şəhidimizə rəhmət eləsin, onun qanı yerdə qalmayacaq! Biz həm ermənilər, həm beynəlxalq təşkilatlar tərəfindən saxta görüntülərdən ibarət olan manipulyasiyalara gərək son qoyaq. Bizim Qarabağ məsələsi ilə bağlı milli gündəliyimiz olmalıdır. Buna da uyğun olaraq həm siyasi sahədə, həm də təbliğat sahəsində addımlar atılmalıdır. O milli gündəlik də nə beynəlxalq təşkilatların təsiri altında, nə ermənilərin informasiya təxribatları ilə formalaşmalı deyil. Bizim vacib, düzgün saydığımız bir yol xəritəmiz olmalıdır və heç kim bizi o yol xəritəsindən yayındıra bilməməlidir.

– Siz bir beyin mərkəzinin rəhbərisiniz. Konkret planınız, konsepsiyanız, yol xəritəniz varmı?

– Mən hesab edirəm ki, yeni milli gündəlik üçün bir neçə vacib və hamının dərk etdiyi istinad nöqtələri ondan ibarətdir: birincisi, danışıqlar yolu ilə heç bir nəticə əldə olunmayacaq və Dağlıq Qarabağ, həmçinin ətrafdakı işğal olunmuş əraziləri danışıqlar yolu ilə qaytarmaq mümkün olmayacaq.

Digər tərəfdən, Azərbaycan güc tətbiq etməyə və torpaqlarımızı azad etməyə məhkumdur! Artıq ermənilər tərəfindən bizə başqa seçim qoyulmayıb. O cümlədən də beynəlxalq təşkilatların yaranmış duruma münasibəti bizə başqa yol qoymur.

Üçüncüsü, Azərbaycanın güc tətbiq etmək hüququ çoxdan var. BMT Təhlükəsizlik Şurasının qətnamələrindən sonra BMT Nizamnaməsinə görə, əgər təcavüz faktı təsdiqlənibsə, BMT Təhlükəsizlik Şurası bunu təsdiqləyibsə və işğalçı qarşısında tələblər qoyulubsa, işğalçılara qarşı müəyyən hansısa ölkələr sanksiyalar tətbiq edibsə – məsələn, Azərbaycan və Türkiyə sanksiya tətbiq edib – bunlar heç bir nəticə verməyibsə, həmin ölkənin güc tətbiq edib ərazi bütövlüyünü bərpa etməyə tam haqqı çatır. Bu hüquq bizdə var. Danışıqlara müəyyən ümidlər olduğu üçün biz o hüquqdan bu günə kimi istifadə etmirdik. İndi danışıqlara ümidlər “0” nöqtəsindədir. Ona görə də bizim problemi həll etməklə bağlı yeganə çıxış yolumuz güc tətbiq edib torpaqları azad etməkdir.

Bizi burada düşündürən məsələlər, ordu sahəsində atılan addımlar, təbii ki, nə səsvermə ilə, nə mətbuatda müzakirələrlə həll olunmur. Hərbi plan, təbii ki, mövcuddur, aprel döyüşləri də bunu göstərdi. Bu, bir kəşfiyyat döyüşləri idi. Ermənilərin yaratdıqları müdafiə sistemlərinin nə qədər güclü, etibarlı olduğunu aprel döyüşləri çılpaqlığı ilə ortalığa qoydu. Ermənistan Müdafiə Nazirliyinin rəhbər işçilərinin yarısı işdən qovuldu, nazir başda olmaqla, bir qisminə də cinayət işi açıldı. Hərbi əməliyyat nə vaxt keçiriləcək, bu, təbii ki, Ali Baş Komandanın, müdafiə nazirinin verdiyi qərarlardan asılıdır. Bizim təbliğatımız buna yönəlməlidir. Diplomatik addımlarımızda və təbliğatımızda dünya ictimaiyyətini  buna hazırlamalıyıq. Burada günahkar kimdir, kimin hərəkətləri bu müharibənin yenidən alovlanmasına gətirib çıxartdı, diqqəti buna yönəltməliyik.

Bir sıra digər məqamlar var. Bu da ondan ibarətdir ki, adətən, qonşuya qarşı müharibə, təcavüz edən ölkə müharibədə məğlub olandan sonra onu bir cəza gözləyir. Məğlub olmuş ölkənin zavod, fabrikləri sökülür, aparılır ziyan çəkmiş ölkələrdə yerləşdirilir. Ya da ki, ərazi itkiləri olur. İkinci Dünya müharibəsindən sonra Almaniyanın bir sıra əraziləri Polşaya, SSRİ-yə birləşdirildi, yaponlar da müharibədən sonra ərazi itkilərinə məruz qaldılar. Hesab edirəm ki, gündəliyimizdə bunu açıq şəkildə dünyaya elan etməliyik ki, torpaqlarımız azad olunandan sonra erməniləri bir cəza da gözləyəcək – bu müharibəni başladıqlarına, bizə təcavüz etdiklərinə, bizə bu qədər ziyan vurduqlarına görə. Nəzərə alsaq ki, təzminat ödəmək üçün ermənilərin iqtisadi potensialı yoxdur. Ermənilərin əsas sənaye obyektlərinin hamısı artıq Rusiyanın sərəncamında, rus şirkətlərinin mülkiyyətindədir. Ermənistanın atdığı bu addımlara və 25 ildir bizə qarşı təcavüzkar siyasətinə görə onların cəzası qədim Azərbaycan ərazisi Zəngəzurun Azərbaycana qaytarılmasından ibarət olmalıdır. Bolşeviklərin vaxtında Naxçıvanı Azərbaycandan ayırmaq üçün Zəngəzur ermənilərə verilib. Həmin torpaqlar Azərbaycana qaytarılmalıdır. Ermənilər bilməlidirlər ki, Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edəndə həmişə onlar belə itkilərə məruz qalacaqlar.

– Maraqlı fikirlərdir…

– Digər məsələlər də var. Bizə qarşı informasiya müharibəsi aparan qurumlara da münasibətimizi dəyişməliyik. İllərlə Rusiya telekanallarından ermənipərəst aparıcılar Azərbaycana qarşı təbliğat aparırlar. Məsələn, “Rossiya-1″ kanalında Solovyov açıq-aydın erməniləri müdafiə edir, onun Azərbaycanın ərazi bütövlüyünə qarşı qoyduğu mövqe heç Rusiyanın rəsmi mövqeyi ilə də üst-üstə düşmür. Serj Sərkisyan açıq dəstəyə görə bu adamı Ermənistanın orden-medalları ilə təltif edib. Belə kanalların rəhbərliyi məsuliyyət daşımalıdır. Bu adam ekspert deyil ki, gəldi, öz mövqeyini dedi, çıxıb getdi. Həmin kanalda çalışan bir işçidir. Ona belə bir şərait yaradırlarsa, bizim müvafiq qurumlarımız əvvəlcə sınaq dövrü üçün telekanalın Azərbaycanda yarımillik-birillik yayımlanmasını dayandırmalıdır. Həmin dövr ərzində bu hadisələr təkrarlansa, onda, ümumiyyətlə, o telekanalın Azərbaycanda yayınlanması daimi dayandırılmalıdır. Yəni bizim gündəliyimiz fərqli olmalıdır. Bizim informasiya gündəliyimizi ermənilər formalaşdırır. Bizim öz gündəliyimiz olmalıdır: o torpaqları qaytarmalıyıq, Ermənistan cəzasını almalıdır, Zəngəzur Azərbaycana qayıtmalıdır, bizə qarşı kampaniya aparan telekanalların Azərbaycanda yayımı dayandırılmalıdır. Biz bu addımlarla öz gündəliyimizi formalaşdırmalıyıq.

– Eldar bəy, çox ciddi təkliflərdir. Amma bəlkə qarşımızdakı minimum vəzifələrdən başlasaq, daha doğru olar. Məsələn, biz Zəngəzurun qaytarılmasından danışırıq, amma ermənilər Qarabağda futbol yarışı keçirir. Sizcə, buna Bakının reaksiyası necə olmalı idi?

– Təbii ki, bu məsələlərə reaksiya olmalıdır. Ancaq bu şəraiti, bu problemləri vaxtilə biz özümüz yaratdıq. Siz nəzərə alın ki, biz bu günə kimi Qarabağ məsələsində çoxlu səhvlərə yol vermişik. O cümlədən Minsk Qrupunun yaradılması, ATƏT-ə bu mandatın verilməsi də bizim tərəfimizdən böyük bir səhv idi. O mandatı beynəlxalq təşkilatlara verəndə sən həmin ərazilər üzərindəki suverenliyini özün artıq şübhə altına alırsan.

Rus ordusu birinci müharibədə çeçenlərə məğlub olanda təklif edilirdi ki, ATƏT-in çərçivəsində daimi qrup formalaşsın, onun mandatı da problemin həlli ilə bağlı olsun. Rusiya onda getdi “Xasavyurt sazişi” imzaladı, çeçenlərə  güzəşt elədi, ancaq o mandatı beynəlxalq güclərə vermədi. Bir neçə ildən sonra güclərini səfərbər edib ikinci Çeçenistan müharibəsini uddular.

Yəni bizim bu günə kimi Qarabağ məsələsində o qədər yanlışlıqlarımız olub ki… Minsk Qrupunun yaradılmasından tutmuş, Madrid prinsiplərindəki referendum məsələsinə kimi. Biz bu səhvlərdən nəticə çıxarıb ortalığa yeni gündəlik qoymalıyıq.

– Son vaxtlar belə fikirlər tez-tez səslənir ki, biz Ermənistanla yox, Rusiya ilə danışıq aparmalıyıq. Sizin bu yanaşma ilə bağlı mövqeyiniz necədir?

– Rusiya burada ən çox təsir edən ölkələrdən biridir və Rusiya daim Ermənistana hərbi qarant duran ölkədir, ermənilərlə rəsmi olaraq hərbi bloku var. Ümumiyyətlə, Qarabağ münaqişəsinin özü də Rusiya imperiyasının Cənubi Qafqazda yüz illərlə apardığı siyasətin davamıdır. Ancaq bu, o demək deyil ki, bizim burada təsir imkanlarımız sıfra bərabərdir, bu məsələdə hərəkət etməyə heç bir imkanımız yoxdur. Rusiyanı da bu məsələdə neytral mövqeyə gətirmək üçün imkanlar və arqumentlər kifayət qədər var. Xüsusən də bu gün Rusiyanın Ermənistan hakimiyyəti ilə münasibətlərini nəzərə alsaq… Burada açıq-aydın  düşmənçilik mövqeyini gizlətmək mümkün deyil. Keçmiş prezident Köçəryanın ətrafında baş verən hadisələr də Ermənistanın daxilində birmənalı olaraq Rusiya-Ermənistan qarşıdurması kimi qiymətləndirilir. Həmin o proses dərinləşə-dərinləşə gedir. Artıq İrəvanla Xankəndi arasında açıq qarşıdurma mövcuddur. Ermənistanın son “milli bayram”ında ilk dəfə olaraq Xankəndindən qondarma rejimin heç bir rəhbər şəxsi iştirak və çıxış etmədi. Hətta böyük bir təmtəraqla öz oğlunu Dağlıq Qarabağa hərbi xidmətə göndərən Paşinyan təcili şəkildə onu geri çağırmağa məcbur oldu. Ona görə ki, artıq Paşinyanın oğlu orada girova da çevrilə bilərdi. Dağlıq Qarabağ ermənilərinə etimad göstərmədiyinə və onlarla qarşıdurma kəskin forma aldığına görə, oğlunu İrəvana qaytarmalı oldu. Bu amilləri nəzərə almaq lazımdır. Ancaq əsas gəldiyimiz nəticəni və əsas gündəliyimizi diqqətdən qaçırmalı deyilik: danışıqlar yolu ilə bu məsələdə heç bir nəticə əldə olunmayacaq.

– Deməli, siz də danışıqların Rusiya ilə aparılmasını məqbul sayırsınız?

– Sözsüz. Bunun üçün çox ciddi arqumentlər var. Bir neçə arqument də əlavə edə bilərəm. İndi Rusiya ilə Türkiyə arasında çox sıx strateji müttəfiqlik münasibətlərinin qurulması istiqamətində – həm S-400 silahları, həm Suriya ilə bağlı, həm də Türkiyədə nüvə proqramının inkişafı ilə bağlı – addımlar atılır və bu, Azərbaycan- Rusiya münasibətlərində də çox ciddi amildir. Ona görə ki, Rusiya Azərbaycana qarşı əvvəlki kimi hərəkət etsə, vaxtilə atdığı addımları atsa, artıq Türkiyə ilə bağlı bütün planları artıq havadan asılı vəziyyətdə qala bilər.

Bizim səsləndirmədiyimiz arqumentlər hələ kifayət qədər çoxdur. Biz nəyin bahasına olursa-olsun torpağımızı azad etməliyik! Risklər də, təhlükələr də olacaq. Ancaq belə şeylərdən çəkinib torpaqlarımızı azad etməkdə tərəddüd etsək, onda təbii ki, bizi Qarabağı qaytarmaq yox, Naxçıvanı itirməmək haqqında düşünməyə məcbur edəcəklər. Mənə elə gəlir ki, biz bəhanə axtarmalı deyilik, sadalanan problemlərlə məşğul olub, müəyyən riskləri nəzərə alıb, öz borcumuzu yerinə yetirməliyik.

635x100

Şərhlər

zakir-ordubadli 2019-06-05 15:43:31

bu eldar namazov qedet menasiz danisan adam yoxdur- hem de movqesizdir- cunki 2013-de ilham eliyevin eleyhine idi(guya)20018-de ise onu mudafie etdi- ona gore ki...

Eldar Namazova 2019-06-05 15:43:31

Eldar bəy gec deyilmi? Siz iş başında olanda bu məsələ hansı sbəbdənsə ikinci plana keçirildi,daha 6 rayon işğal olundu.29-30 il keçəndən sonra,bu illər ərzində talançılıq siyasətinə üstünlük verib,vətənpərvərliyi unudanda bu hakimiyyət nə düşünürdü? Sizcə bu torpaqların verilməsində (bunu işğal adlandırmaq bir az çətindir),insanların kütləvi köçürülməsində, cəbhənin silah-sursatsız qoyan,hətta ov silahlarını əhalidən toplayah hakimiyyət nə düşühüb? Niyə belə halları unudub,illüziyalarla çıxış edirsiniz?

Qarabağlılar 2019-06-05 15:43:31

Dəyərli Araşdırmaçı və "Yeni Musavat", ölkənin andlı və məsul şəxslərinin əvəzinə çıxış etməklə işğalçıları əks tədbirlərə çağırırsınız? .... Siz və bizlər ölkəmizin siyasətindən danışa bilərik!

fikrət 2019-06-05 15:43:31

eldar bəy ğözəl müsahibə verdi oxidum amma nə zənğəzur hec qarabaqi ala bilirik ki.... xalq hacansa qarabaqi alacaq ...

fikrət 2019-06-05 15:43:31

biz bu dövlətdən cörək pul istəmirik neft sizin qaz sizin pulunuzu qazanin biz torpaqi Qarabaqi azad etmək istəyirik buraxin bizi ğedək. Qarabaqi azad edək sizdə dollar evro qazanin burda

Cəmşid Dərələyəzli 2019-06-05 15:43:31

Eldar müəllimə bir şəxsiyyət olaraq böyük hörmətimiz var və ölkəmizin düşdüyü durumla bağlı zaman-zaman verdiyi müsahibələr və bu müsahibələrdə irəli sürdüyü fikirlər, daima marağa səbəb olub.. Bəli bizdə Eldar bəyə o qonuda qatılırıq ki, Qarabağ məsələsində çox yanlışlıqlara yol vermişik (xüsusəndə 80-cı illərdən üzü bəri) və bunun da nəticələri bizi fakt qarşısında qoyub. Xüsusən də onun dediyi kimi, Minsk Qrupunun yaradılmasından tutmuş, Madrid prinsiplərindəki referendum məsələsinə kimi. Əslində biz bu səhvlərdən nəticə çıxarıb ortalığa yeni gündəlik qoymalıyıq. Yoxsa illər keçir, biz bir türlü torpaqların qaytarılması yönündə həlledici mərhələyə qədəm qoya bilmirik. Digər yandan da, 31 ildir biz bu məsələ ilə bağlı, düşməndən çox özümüz-özümüzü döyməklə, içimizdə özümüzdən sanki erməni qayırmaqla məşqul olmuşuq və nə yazıq ki bu haylada davam etməkdədir. Bu müsahibədə Eldar müəllimin Qarabağ məsələsinin həlli ilə bağlı irəli sürdüyü konsepsiyaların bəziləri illərlə gündəmə gəlsə də, bir çox fikirləri yenidir və sanıram ölkə rəhbərliyinin bu fikirlərin bəzilərindən yararlanması müsbət nəticələrin əldə olunmasına imkan vermiş olardı. Qaldı Rusiyanın bu məslədəki roluna, elə bilirəm biz bu məsələdə Rusiyanı həddindən artıq çox şişirdirik və həm də ona güvənmək istəyirik. Bu nədən də münaqişə ilə bağlı danışıqların Rusiya ilə aparılmasına bir vətəndaş olaraq müsbət yanaşmıram. Nədəni o ki, Rusiya Azərbaycanın coğrafiyasının son iki yüz ildə parçalanmasında və bizə aid torpaqlarda Erməni dövlətinin qurulmasının ən önəmli aktörlərindəndir. Və təbii ki, bu gün bu münaqişənin həll olunmamasının da bir nömrəli səbəbkarıdır. Biz münaqişənin bu gün hərbi yolla həll olunmasında da, Rusiyanın Ermənistanla strateji mütəffiq olduğunu diqqətə alıb ehtiyat edirik. Hansı ki, Rusiya Yeltsin dönəmində az xalq olan Çeçenistan nümayəndəsinin israrlı təkidi ilə Yeltsin masanın başından durub onun qarşısında oturdu. Sanıram bizim bu mütəffiqlikdən ehtiyat etməyimizin bir anlamı yoxdur. Çünki, biz bu məsələdə yalnız Ermənistana hücum etsək onda ehtiyatlana bilərik. Bununda alternativ yolu, Azərbaycanın bir an əvvəl Türküyə və Pakistanla nəhayyətdə bu sayaq strateji mütəffikliyə girməsidir. Yoxsa biz öz torpaqlarımızı təmizləmək istəsək, Beynəlxalq hüquq normalarından dolayı Rusiya bizə müdaxilə edə bilməz. Müsahibədə o da qeyd edilir ki, biz bu məsələdə Rus-Çeçenstan variantından istifadə edib, zamanında münaqişənin həllinə çalışmalı idik. Belə ki, Rus ordusu birinci müharibədə çeçenlərə məğlub olanda, onlara təklif edilirdi ki, bizim kimi ATƏT-in çərçivəsində daimi qrup formalaşsın., Rusiya onda getdi Xasavyurt sazişi imzaladı, çeçenlərə güzəşt elədi, ancaq o mandatı beynəlxalq güclərə vermədi. Bir neçə ildən sonra güclərini səfərbər edib ikinci Çeçenistan müharibəsini uddular. Deməli biz bu məsələdə, millətin cəsarət və döyüşkənlik ruhunu qaldırıb, məsələnin həllini hərbi yolla həll etməliyik. Digər məsələ, müsahibədə qeyd olunan Zəngəzurla bağlıdır ki, bu illər ərzində Ermənilərin bizə vurduğu zərər qarşılığında onların cəzası qədim Azərbaycan ərazisi Zəngəzurun Azərbaycana qaytarılmasından ibarət olmalıdır. Bolşeviklərin vaxtında Naxçıvanı Azərbaycandan ayırmaq üçün, Dərələyəz mahalı da daxil Zəngəzur ermənilərə verilib. Həmin torpaqlar Azərbaycana qaytarılmalıdır. Ermənilər bilməlidirlər ki, Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edəndə həmişə onlar belə itkilərə məruz qalacaqlar. Bəli bu məsələ illərdir həm Dövlət başçısı tərəfindən bütün rəsmi toplantılarda və həm də o torpaqlardan didərgin salınmış Qərbi Azərbaycan ziyalıları tərəfindən daima dilə gətirilib. Onsuzda görünən o ki, Qarabağın həllini Dərələyəzdən. Zəngəzurdan və Göyçədən başlamağa ermənilər bizi məcbur buraxacaqlar. Yəni başqa çıxış yolu da qalmayıb.

Köhnə azərbaycanlı 2019-06-05 15:43:31

Çox gözəl müsahibədir. Təəssüf edirəm ki, Ermənistandan fərqli olaraq belə müsahibələri bizdə hazırda vəzifədə olan məmurlar deyil ya eks-lər, ya Həsənquluyev, ya da Sülhəddin Əkbər verir. El misalınında yaxşı deyilir "Avazın yaxşı gəlir, oxuduğun quran olsa". Lakin onlar deyir ki, danışıqları biz Rusiya ilə aparmalıyıq, əgər bizi ruslar qəbul etmirlərsə və yəqin ki deyirlər gedin ermənilərlə danışın, onda necə olsun və digər böyük güclər də bizi müdafiyə etmirlər. Bizim təəssüf ki heç bir rəhbərimiz qonşuluqmuzda bu qədər təhlükəli düşmənin olduğunu qiymətləndirməyib və düşmən bizi hazırlıqsız yaxalayıb, bu yolda atdığımız addımlarımız da çox-çox yanlış olub və təəssüf ki indidə də yanlışdır. Xalqın əksər hissəsi başa düşür ki, torpaqlarımızı danışıqlar yolu ilə azad edə bilməyəcəyik, yol ancaq müharibədir. Açığı əvvəllər beynəlxalq qüvvələrin sülh çağrışına əsəbləşirdim, indi isə dərk edirəm ki, iki dava etmək istəyən insana demirlər ki vuruşun. Yenə də xalq misalına görə “Vuran oğul dayısına genişməz”. Marş irəli, ümidimiz sənədir AZƏRBAYCAN ƏSGƏRİ.

Türk 2019-06-05 15:43:31

Eldar müəllim nəinki Zəngəzuru,digər əraziləri də geri malmaq lazımdır.Ancaq bəzi Azərbaycanlılar bunu işğal adlandıracaqlar.Necəki Krımın Rusiyaya birləşdirilməsini bir çox Azərbaycanlı siyasətşunaslar işğal adlandırırlar.Mənim qorxum bir bundandır.

t.ədalət 2019-06-05 15:43:31

Torpaqlarımızı geri qaytarmaq üçün ilk-öncə müdafiə nazirliyini milliləşdirməliyik.Orda milliyyətcə azərbaycanlı olsa da Rusiyaya sədaqətli zabitlər var.Həmin zabitlər Rusiyanın "işarələri ilə" oturub-dururlar.Əməllərində millilik nəzərə çarpmayan bu zabitlər yerlərini Türkiyədə təhsil alan və casusluqdan uzaq olan etibarlı hərbiçilərə verməlidirlər.Təlimlər milləti aldatmağa yox,gizli aparılmalı və erməniləri düşünməyə vadar etməlidir.Çoxsaylı texnikanı göstərməklə aldadıcı təlimlər keçirmək lazım deyil.

Cəmşid Dərələyəzli 2019-06-05 15:43:31

Eldar müəllimə bir şəxsiyyət olaraq böyük hörmətimiz var və ölkəmizin düşdüyü durumla bağlı zaman-zaman verdiyi müsahibələr və bu müsahibələrdə irəli sürdüyü fikirlər, daima marağa səbəb olub.. Bəli bizdə Eldar bəyə o qonuda qatılırıq ki, Qarabağ məsələsində çox yanlışlıqlara yol vermişik (xüsusəndə 80-cı illərdən üzü bəri) və bunun da nəticələri bizi fakt qarşısında qoyub. Xüsusən də onun dediyi kimi, Minsk Qrupunun yaradılmasından tutmuş, Madrid prinsiplərindəki referendum məsələsinə kimi. Əslində biz bu səhvlərdən nəticə çıxarıb ortalığa yeni gündəlik qoymalıyıq. Yoxsa illər keçir, biz bir türlü torpaqların qaytarılması yönündə həlledici mərhələyə qədəm qoya bilmirik. Digər yandan da, 31 ildir biz bu məsələ ilə bağlı, düşməndən çox özümüz-özümüzü döyməklə, içimizdə özümüzdən sanki erməni qayırmaqla məşqul olmuşuq və nə yazıq ki bu haylada davam etməkdədir. Bu müsahibədə Eldar müəllimin Qarabağ məsələsinin həlli ilə bağlı irəli sürdüyü konsepsiyaların bəziləri illərlə gündəmə gəlsə də, bir çox fikirləri yenidir və sanıram ölkə rəhbərliyinin bu fikirlərin bəzilərindən yararlanması müsbət nəticələrin əldə olunmasına imkan vermiş olardı. Qaldı Rusiyanın bu məslədəki roluna, elə bilirəm biz bu məsələdə Rusiyanı həddindən artıq çox şişirdirik və həm də ona güvənmək istəyirik. Bu nədən də münaqişə ilə bağlı danışıqların Rusiya ilə aparılmasına bir vətəndaş olaraq müsbət yanaşmıram. Nədəni o ki, Rusiya Azərbaycanın coğrafiyasının son iki yüz ildə parçalanmasında və bizə aid torpaqlarda Erməni dövlətinin qurulmasının ən önəmli aktörlərindəndir. Və təbii ki, bu gün bu münaqişənin həll olunmamasının da bir nömrəli səbəbkarıdır. Biz münaqişənin bu gün hərbi yolla həll olunmasında da, Rusiyanın Ermənistanla strateji mütəffiq olduğunu diqqətə alıb ehtiyat edirik. Hansı ki, Rusiya Yeltsin dönəmində az xalq olan Çeçenistan nümayəndəsinin israrlı təkidi ilə Yeltsin masanın başından durub onun qarşısında oturdu. Sanıram bizim bu mütəffiqlikdən ehtiyat etməyimizin bir anlamı yoxdur. Çünki, biz bu məsələdə yalnız Ermənistana hücum etsək onda ehtiyatlana bilərik. Bununda alternativ yolu, Azərbaycanın bir an əvvəl Türküyə və Pakistanla nəhayyətdə bu sayaq strateji mütəffikliyə girməsidir. Yoxsa biz öz torpaqlarımızı təmizləmək istəsək, Beynəlxalq hüquq normalarından dolayı Rusiya bizə müdaxilə edə bilməz. Müsahibədə o da qeyd edilir ki, biz bu məsələdə Rus-Çeçenstan variantından istifadə edib, zamanında münaqişənin həllinə çalışmalı idik. Belə ki, Rus ordusu birinci müharibədə çeçenlərə məğlub olanda, onlara təklif edilirdi ki, bizim kimi ATƏT-in çərçivəsində daimi qrup formalaşsın., Rusiya onda getdi Xasavyurt sazişi imzaladı, çeçenlərə güzəşt elədi, ancaq o mandatı beynəlxalq güclərə vermədi. Bir neçə ildən sonra güclərini səfərbər edib ikinci Çeçenistan müharibəsini uddular. Deməli biz bu məsələdə, millətin cəsarət və döyüşkənlik ruhunu qaldırıb, məsələnin həllini hərbi yolla həll etməliyik. Digər məsələ, müsahibədə qeyd olunan Zəngəzurla bağlıdır ki, bu illər ərzində Ermənilərin bizə vurduğu zərər qarşılığında onların cəzası qədim Azərbaycan ərazisi Zəngəzurun Azərbaycana qaytarılmasından ibarət olmalıdır. Bolşeviklərin vaxtında Naxçıvanı Azərbaycandan ayırmaq üçün, Dərələyəz mahalı da daxil Zəngəzur ermənilərə verilib. Həmin torpaqlar Azərbaycana qaytarılmalıdır. Ermənilər bilməlidirlər ki, Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edəndə həmişə onlar belə itkilərə məruz qalacaqlar. Bəli bu məsələ illərdir həm Dövlət başçısı tərəfindən bütün rəsmi toplantılarda və həm də o torpaqlardan didərgin salınmış Qərbi Azərbaycan ziyalıları tərəfindən daima dilə gətirilib. Biz həmişə demişik, ilkin variantda Qarabağın həlli Dərələyəzdən. Zəngəzurdan və Göyçədən keçir.

Muharibe elili 2019-06-05 15:43:31

Bosh boshuna ne qeder cerenleyeceksiniz, bir hell var ey bir bir bir birrrrrrrrrr!!!!!!

Oxucu 2019-06-05 15:43:31

Gozel musahibedir, cox beyndim. Hemisekinden ferqli real teklifler ve tehlillerden ibaretdir.

Иронично настроенный читатель 2019-06-05 15:43:31

Этот человек пишет глупости. Мы не можем вернуть хотя бы один из районов, официально признанных нашими территориями, а вы разглагольствуете о завоевании официально чужих территорий. Комментаторы изощряются в изысканной словесности и хвалят нас. Что за недалекость и белиберда. Провокаторство это. Отнимут и то что осталось у таких тупых соотечественников. Сами же в рот акуле предлагаете залезть. Россию хотите победить?!

Ququs 2019-06-05 15:43:31

Ermeni bugun susada kelbecerde oteller istirahet merkezleri tikirse demeli hec onlari bele vermeyecekler neinki zengezuru.elmar memmedyarov danisir hele qoy danisib qurtarsin gorek ne deyiller belke dediler gelin goturun.madrid prinsipleri ne bilim biskek protokolu bunlar vaxt uzatmaqdan basqa birsey deyil amma narahat olmaga deymez cox hormetli millet vekili elman nesirov dedi axi ermeniler sengerde eyile eyile gezirler bizimkiler amma dikine.demeli umid var helede

Qabil 2019-06-05 15:43:31

siyasi tərəflərini nəzərə alırıqmı? Əgər ermənilər rusların ötürməsilə Naxçıvan, Azərbaycanın Gürcüstan ərazisindən keçən beynəlxalq layihələrə qarşı murdar layihələr hazırlayırlarsa, Qarabağ və 7 rayonun taleyi hələ də qeyri-məlum olaraq qalırsa Zəngəzur məsələsi hələ bir az tez deyilmi, cənablar? Yoxsa KMMT-nin əməli-başlı işə qarışmasını istəyirsiniz. Bu məsələlər barədə xarici siyasət strategiyamızın ciddi tərəddüdlər içərisində olduğu bir vaxtda yenədəmi peyğəmbərlik eşqinə düşənlər var.Risk heç də...

Qabil 2019-06-05 15:43:31

Zaqafqaziyz Seymi dağılıəb hər üç Cənubu Qafqaz respublikası öz müstəqilliyini elan edəndə Ermənistana cəmi 10 min kv.km ərazi düşdü, Paytaxt İrəvanı isə türklərin və ingilislərin təzyiqi ilə ADR güzəştə getdi. Zəngəzur Sovetlərin dövründə ermənilərə verildi.80-ci illərin axırları 90-cı illərin əvvələrində rusların yaxından köməyi ilə daha 20 faiz torpaqlar əldən getdi. Bütün faciələrdə rusların drijor çubuğu öz işini görüb. İndi Ruslarla danışıb Zəngəzuru geri qaytarmaq istəyirik. Məsələnin hərbi-strateji-

Cəmşid Dərələyəzli 2019-06-05 15:43:31

Qarabağlılar adlı soydaşımızın şəhrinə- biz elə bir bəlaya salınmışıq ki, bu məsələ artıq siyasilərdən keçib, ümumxalq məsələsinə çevrilib. Andlılar öz işini və vəzifəsini görsün, onlara deyən yox. Biz millet olaraq, rəsmilərin deyə bilmədiklərini qeyri rəsmi də olsa dilə gətirməliyik ki, erməni anlasın ki Azərbaycan xalı ayaqdadır və o işə müdaxilə etsə onlar daha çox şey iturəcəklər. Bu nədən də, bütün bu şərhlərlə guya onlar erməniləri əks tədbirlərə çağırırlar, bu yanlış.

Son yazılar