Xodorkovski xaricə 51 milyard dollar çıxarıb! – Baş Prokurorluq

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyası Baş Prokurorluğunun (RF BP) müşaviri Salavat Kərimov bildirib ki, milyarder Mixail Xodorkovski və onun YUKOS üzrə həmkarları ölkədən xaricə 51 milyard dollar vəsait çıxarıblar. Bu barədə «Mixail Xodorkovskinin qanlı imperiyası» adlı sənədli filmdə söhbət açılır.

Müşavirin məlumatına görə, YUKOS-un rəhbərliyi elə bir sxem reallaşdırıb ki, orada neft və neft məhsulları şirkətin nəzarətində olan firmalar zənciri üzrə getdikcə artan qiymətə satılıb. Nəticədə, hər şey Xodorkovski ilə əlaqəli olan xarici strukturlara keçib.

Kərimov hesab edir ki, bu sxemin məqsədi böyük miqdarda gəlirin minoritar səhmdarlardan gizlədilməsi və sonradan yalnız Xodorkovskinin yaxın çevrəsi arasında bölüşdürülməsindən ibarət olub. Kərimovun sözlərinə görə, nəticədə, 51 milyard dollar vəsait xarici şirkətlərə ötürülüb.

Filmin müəllifləri bəyan edirlər ki, məhz bu məsələ Baş Prokurorluğun yeni araşdırması üçün əsas rolunu oynayıb - «YUKOS-un Xodorkovski tərəfindən minoritar səhmdarlardan oğurlanmış pulları hara yoxa çıxıb?»

Kərimovun sözlərinə görə, «dividendlərin əhəmiyyətli hissəsi Hollandiyadadır», amma bu, yalnız «2 milyarddan bir qədər çoxudur» ki, barəsində səhmdarların xəbəri var.

«Həmin vaxt oraya 10 milyard dollar ötürülüb. Həmin 10 milyard necə olub? Heç kim bunu bilmir» - Kərimov bildirib. Bu zaman söhbətin hansı zaman kəsiyindən getdiyi də dəqiqləşdirilmir. İndi bu cinayət prosesinin hansı statusda olduğu da bəlli deyil.

Salavat Kərimov bundan əvvəl Baş Prokurorluğun xüsusi əhəmiyyətli işlər üzrə müstəntiqi olub və YUKOS işi üzrə istintaq qrupuna rəhbərlik edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar