Göyçayda avtomobil və ev birlikdə yanıb

Göyçayda avtomobil və ev birlikdə yanıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Şəhadət kəndində qeydə alınıb.

Kənd sakini, 1975-ci il təvəllüdlü Vaqif Əliyev "QAZ-53" markalı yük avtomobili ilə həyətyanı sahəsinə ot gətirən zaman avtomobil həyətyanı ərazidəki elektrik cərəyan xəttinə toxunub və cərəyanın təsirindən yanğın baş verib. Nəticədə avtomobil və onun yük yerindəki 1 ton ot alışıb.

Alov bir qədər sonra ona məxsus evə keçib, bu zaman evin də bir hissəsi yanıb. Əraziyə Göyçay Rayon Dövlət Yanğından Mühafizə hissəsinin 2 avtomobili və canlı qüvvəsi cəlb olunub və alovun qarşısı alınıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar