Ali Rada Zelenskinin daha bir təklifini dəstəkləmədi

Ukrayna Ali Radasının komitəsi prezident Vladimir Zelenskinin müdafiə naziri Stepan Poltorakın vəzifəsindən azad edilməsinə dair irəli sürdüyü təklifini dəstəkləməyib.“Qafqazinfo” bildirir ki, komitə iclasında Poltorak özü də iştirak edib.

Deputatlar hesab edirlər ki, Poltorakın işdən çıxarılması Ukraynanın Müdafiə Nazirliyini “başsız qoyacaq”.

Virtualaz.org xatırladır ki, Ukrayna Ali Radası dünən Vladimir Zelenski tərəfindən təqdim edilən dövlət başçısının impiçmenti haqqında qanun layihəsinin müzakirəsindən imtina etmişdi.

Sənədin parlamentin hazırkı sessiyasının gündəliyinə daxil edilməsi üçün lazım olan 226 səs toplanmamışdı. Layihənin lehinə yalnız 110 millət vəkili səs vermişdi.

Bildirilir ki, Ukraynada prezidentin impiçmenti üçün onun hər hansı cinayət törətməsi və ya dövlətə xəyanəti sübuta yetirilməlidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar