CAVİD QURBANOVDAN "İSLAHAT" -  Ötən il 3 milyon,  bu il 15 milyon...

Bu ilin birinci rübündə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti (ADY QSC) Belarusdan 2 sərnişin vaqonu alıb. İki sərnişin vaqonu üçün isə ADY 30.384.560 (30 milyon 384 min 560) dollar ödəyib. Bu barədə məlumatı isə Dövlət Statistika Komitəsi yayıb.

Maraqlıdır ki, ötən ilin yanvar-mart aylarında Belarusdan 8 sərnişin vaqonu gətirilib. Onların bəyan edilən gömrük dəyəri idə 28.264.440 (28 milyon 264 min 440) dollar olub. Rəqəmlər arasında ciddi fərq var. Belə ki, ötən il hər vaqon üçün 3 milyon 533 min 55 dollar ödənildiyi halda, bu il 1 vaqona görə ADY Belarusiyaya 15 milyon 192 min 280 dollar ödəyib.

Qaynarinfo xəbər verir ki, yayılan məlumatı dəqiqləşdirmək üçün cebhe.info ADY-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova ilə əlaqə saxlayıb. S.Qədirova suallarına sorğu şəklində cavab verəcəyini və cavabı 3 iyun tarixində göndərəcəyini bildirib. Sorğu isə bu şəkildə olub: Yayılan məlumat doğrudurmu? Əgər doğrudursa, iki vaqon üçün niyə bu qədər vəsait ödənilib? Bu vaqonların özəllikləri nədir?

Ancaq ADY yenə də susqunluğunu qoruyub. Qurum bir vaqon üçün niyə 15 milyon dollar ödənildiyinin səbəblərini açıqlamaqdan yayınıb.

635x100

Şərhlər

Maşinist 2019-06-06 17:11:10

Görünən kəndə bələdçi lazımdırmı? Bəs otkat necə olsun?Adamlar razılaşıblar,sökürlər.Bir də ki, Qurbanov yeznədir,kim ona nə deyəcək!

kamran 2019-06-06 17:11:10

BƏS BAŞ PROKURURLUQ YANINDA KORRUPSİYAYA QARŞI MÜBARİZƏ İDARƏSİ BU FAKTI NİYƏ ARAŞDIRMIR, BU Kİ ONLARIN VƏZİFƏ BORCUDUR?C.QURBANOV QAÇIB XARİCƏ GEDƏNDƏN SONRA AYILACAQLAR?YOXSA BURDA BAŞQA MƏQAMLAR VAR?

fikrət 2019-06-06 17:11:10

cavid qurbanovu yenə aldadiblar bu kişinin ürəyi o qədər yumuşaq və xeyir vericidirki 3 millyon o yana 15 millyon bu yana hami aldadir onu belə şey olar dədəsindən qalma pullar səpəliyir a kişi özünü ələ al

t.ədalət 2019-06-06 17:11:10

Danışırlar ki,bir nəfər hakimiyyətdəki qohum bosslardan birinin yanına gəlir və deyir ki,"dolanmaq üçün" ona da qapı açsınlar.Həmin boss siyirtmədən bir dəftər çıxarır və pullu sahələri bir-bir araşdırır.Sonra deyir ki,Türkiyədə filan çayda filan balıq var.Onu ölkəyə gətirmək üçün "boş yer" qalıb.Get,gətir və "dolan"! İndi,Cavid müəllimə də vaqon alqı-satqısını veriblər ki,dolansın.Zarafat deyil,sayını bilmədiyi villaları var.Hərəsində də bir sürü xidmətçi.Onları saxlamaq üçün adama pul lazımdır,ya yox?

Vaqif 2019-06-06 17:11:10

Bu şəxs Azəravtoyala nəzarət etdiyi dövrdə beynəlxalq standartlar üzrə ən yaxşı yol cəklişi qədər pul sərf edilən Azərbaycanda cəkdiyi yola xərclənən vəsaitə "şor puıu" ilə eyniləşdirməsi barədə müsahibə verib. Bu şəxsin rəhbərlik etdiyi dövrdə dəmiryolunun Azərbaycan iqtisadiyyatına xeyir verəcəyi barədə fikirlər absurdur.

sual 2019-06-06 17:11:10

Cavid Qurbanovun Dəmir Yollarına son bir necə ildə göstərdiyi diqqət və qayğı kaşki 20 il bundan əvvəl olaydı. Bilirsiz niyə? Həmin vaxtlar ölkəyə gələn pul kütləsidə cox idi imkanlarda. lakin Dəmir yolunu dəmirinə kimi süpürdülər. Cavid Qurbanov indi-indi hələ sabiqlərin milyonlarla götürülmüş kredidlərini ödəyir.Ziya Arif isə kefdədir. Ondan niyə yazmırsız?

yalçın 2019-06-06 17:11:10

vaqonların qiymətləri istehsalçılarda var..fərqlərin dəfələrlə olduğuna baxıb əmin olmaq olar..istər bu, istərsə də metro vaqonlarının..

fikrət 2019-06-06 17:11:10

cavid müəlllimmm necə oldu qatariniz tapildi it uşaqi latişlar qatarin pulun aliblar vermək istəmirlər qatari belə baxanda 3 millyard o yana 3 milyard bu yana hecnə olmaz

Son yazılar