Zəhranı qaçıran qadını bu cəza gözləyir

Bildiyimiz kimi, iki gündür itkin düşən 3 yaşlı Zəhra Bağırzadə bu gün polis əməkdaşlarının səyi nəticəsində tapılıb. Azyaşlını oğurlayan qadın Təzəgül Nəzərova isə saxlanılıb. Azyaşlının qadın tərəfindən oğurlanması böyük qınağa səbəb olub.

Bəs, bu hadisəni törədən T. Nəzərovanı hansı cəza gözləyir? O, neçə il müddətinə azadlıqdan məhrum edilə bilər?

"AzPolitika"nın məlumatına görə, vəkil Zaur Hüseynov Oxu.az-a açıqlamasında deyib ki, azyaşlını oğurlayan qadın barəsində hələ ki, istintaq aparıldığından, dəqiq fikir söyləmək çətindir. Vəkilin ehtimalına görə, hazırda hadisə ilə bağlı iki maddə ilə ittham irəli sürülsə, T.Nəzərova 15 il müddətinə azadlıqdan məhrum edilə bilər.

"Ona qarşı Cinayət Məcəlləsinin 144.1, yəni, "adam oğurluğu" və 144-2.2.3, yəni "məcburi əmək - yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə" maddəsi ilə ittiham irəli sürülə bilər. Çünki həmin şəxs Zəhranı oğurlamaqla yanaşı, onu məcburi əməyə, dilənməyə məcbur edib. Bu baxımdan Təzəgül Nəzərovanın günahı sübuta yetirilərsə, onu 15 ilədək həbs cəzası gözləyə bilər”, - deyə, vəkil əlavə edib.

635x100

Şərhlər

EJDER 2019-06-06 21:47:36

PAY ATONNAN.BU ANALOQU OLMAYAN HOKUMET GOR NECE ILDI,,UWAQ PULUNU ,,OQURLAYIR.ONA IW DUWMUR.ERRMENISTANDA WAGIRDLERE ISTI YEMEK VERIRLER,UWAQ PULU 120 DOLLARDI...HA HA HA

t.ədalət 2019-06-06 21:47:36

Belə əxlaqsız adamı 15 il yox,ömürlük həbs etmək lazımdır.Həmin qadın,şübhəsiz islah oluna bilməz.

Son yazılar