Amerikalı milyarder "Fiorentina" futbol klubunu alıb

İtaliyalı əsilli Amerika milyarderi Rokko Kommisso "Fiorentina" futbol klubunu alıb.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Kommisso Florensiya təmsilçisinə 2002-ci ildən rəhbərlik edən Andrea Della Valleni əvəzləyib.

O, "Mediacom" şirkətinə rəhbərlik edir. "Forbes" Kommissonun 4,8 milyard dollar əmlaka sahib olduğunu bildirir. Bu sahibkara idman aktivlərindən MLS-də çıxış edən "Nyu-York Kosmos"un səhmlərə nəzarət paketi məxsusdur.

Qeyd edək ki, "Fiorentina" ötən mövsüm İtaliya A Seriyasını 20 komanda arasında 16-cı pillədə başa vurub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar