Bakıda yüzlərlə çətənə kolu yetişdirən şəxs tutulub

Abşeron rayonunda həyətyanı sahəsində yüzlərlə çətənə kolu yetişdirən şəxs tutulub.

Strateq.az xəbər verir ki, Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri Aşağı Güzdək qəsəbəsindəki evinin həyətində narkotik maddə becərən 39 yaşlı Hikmət Nəsirov saxlanılıb.

O, ifadəsində çətənə kollarını özü əkmədiyini, toxumunu Masallı rayonunda yaşayan bibisi oğlundan aldığını, evə gətirdikdən sonra anasının əsəbləşərək toxumun olduğu bağlamanı bağa atdığını, nəticədə belə bir mənzərənin yarandığını bildirib. Ancaq sonradan törətdiyi əməli etiraf edib.

Məlum olub ki, H.Nəsirov toxumu bibisi oğlundan alıb, anası onu əkib, dayısı sulayıb, özü isə yığıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

WhatsAppFacebookFacebook MessengerTwitterРесурс

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar