BAKIDA SİLAHLI İNSİDENT - Qətldə şübhəli bilinənlər saxlanıldı (Yeniləndi + Foto)

Bakıda tapança ilə qətl törədərək hadisə yerindən qaçmaq istəyən Cəlalov Taleh İbrahim oğlu və Hüseynov Səxavət Oruc oğlunun idarəetməsində olan 10-GD-021 qeydiyyat nişanlı “BMW X5” markalı avtomobil Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin 246 saylı YPX avtomobilinin müfəttişləri tərəfindən saxlanılıb.

APA-nın məlumatına görə, müfəttişlər Murad Əzizli, Ramin Əsgərov və Mehdi Hacıyev Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Mərdan Əliyevin göstərişi əsasında yolda süni tıxac yaradaraq silahlı şəxslərin idarəetməsində olan avtomobilin qarşısını kəsiblər.

Qeyd edək ki, qətlə yetirilən Budaqlı Mübariz Mürsəl oğlundan başqa "Mercedes" markalı avtomobildə bir nəfər sərnişin də olub. Ancaq o, hadisədən sonra düşərək qaçıb.

Hazırda fakt üzrə rayon Prokurorluğunda araşdırma aparılır.

***

Bakının Binəqədi rayonunda silahlı insident baş verib.

"Report"un məlumatına görə, hadisə Rəsulzadə qəsəbəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs "Mercedes" markalı avtomobilə atəş açıb. Nəticədə bir nəfər hadisə yerində ölüb, daha bir nəfər isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxs ərazidən uzaqlaşıb. Hazırda cinayəti törədən və dünyasını dəyişən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

t.ədalət 2019-06-07 22:45:35

Artıq sabitlik pozulur.Ölkədəki cəzasızlığın qarşısı alınmasa hakimiyyətə qədər irəliləyəcək.Yiyəsizlik,oğru məmurların öz cinayətlərini gizləmək üçün ortalığı bulandırmaq cəhdləri, tədrici olsa da diqqəti çəkir.İrəli çəkilən məmurların savadsızlığı və səriştəsizliyi hər sahədə hiss olunur.Vaxtı ilə təhlükəsizlik orqanlarında çalışan səbatsız adamların namizədləri etibar edilmiş vəzifələrdə etimadı doğrulda bilmir.İndi hakimiyyəti dağıtmağa müxalifət yox,iqtidar qudurğanları cəhd göstərir.

dadaşyev 2019-06-07 22:45:35

Avtoritet razborkasıdu qaqaş canı.Keçənlərdə Rusiyada bizim bir avtoritet öldü,indi onun yerinə keçən öz pravasını kaçat eliyir strelkada öz zakonuynan.

Son yazılar