Fuad Abbasov aclıq aksiyasına başlayıb

Jurnalist Fuad Abbasov aclıq aksiyasına başlayıb.

"Report"un Rusiya bürosu xəbər verir ki, Rusiyada faəliyyət göstərən jurnalist Fuad Abbasovun ölkədən deportasiya edilməsi ilə bağlı apellyasiya şikayətinə baxılıb, Moskva vilayət Məhkəməsi Ximski şəhər Məhkəməsinin qərarını qüvvədə saxladıqdan sonra bu gün Azərbaycana deportasiya olunacaq jurnalist səs yazısı paylaşıb.

Səs yazısında deyilir: "Mən bu gündən aclıq alsiyasına başladım. Çünki mən bu gün Azərbaycan getməli idim, amma aeroporta getdiyimiz yerde yoldan avtomobili döndərib, məni Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsinə gətirdilər. Mən bununla razı deyiləm. Ya məni Azərbaycana göndərsinlər, ya da sərbəst buraxsınlar. Buna görə də açlıq aksiyasına başlayıram"

Qeyd edək ki, Azərbaycanlı jurnalist Fuad Abbasova 50 il müddətində Rusiya ərazisinə giriş qadağan olunub.

Bu barədə qərar Rusiya Federal Təhlükəsizlik Xidmətinin sorğusuna əsasən çıxarılıb.

F.Abbasov isə bu gecə Moskva-Bakı təyyarə reysi ilə Rusiyadan deportasiya olunmalı idi.

635x100

Şərhlər

TARİX 2019-06-07 21:45:04

POLAD MÜƏLLİM HARDASINIZ,SƏSİNİZ CİXSIN.SİZ RUSİYADA AZƏRBAYCANIN SƏFİRİSİNİZ.

Son yazılar