Şirəliyevin məhkəməyə verdiyi jurnalistin anası rəhmətə getdi

Qan xərçəngindən əziyyət çəkən jurnalist Teymur Kərimovun anası bu gün rəhmətə gedib.

"AzPolitika" xəbər verir ki, bu barədə məlumat jurnalistin dostları tərəfindən sosial şəbəkələrdə yayılıb. Verilən məlumata görə, bu gün həm də jurnalistin məhkəməsi olub. Səhiyyə Nazirliyi Teymur Kərimova qarşı Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) maddəsi ilə cinayət işi qaldırılması iddiası ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edib.

Vəkillərin Səhiyyə Nazirliyinin hüquqi şəxs olaraq fiziki şəxsi xüsusi ittiham qaydasında məhkəməyə verə bilməməsi ilə bağlı qaldırdığı vəsatətdən sonra hakim hazırlıq iclasını iyunun 10-dək təxirə salıb.

Xatırladaq ki, T.Kərimov müalicəyə başlanılan ilk gündən indiyədək rüşvət verməkdən tamamilə müflisləşdiyini bildirərək Səhiyyə Nazirliyinin qarşısında etiraz aksiyası etmişdi. O, etirazını soyunaraq – anasının müalicəsi üçün paltarlarını çıxarıb satışa çıxarmaqla bildirmişdi.

Şirəliyev isə Azərbaycan səhiyyəsinin biabırçı durumunu düzəltmək əvəzinə doğru söyləyənləri susdurmağa çalışmaqla məşğuldur. Görəsən Şirəliyev və ətrafı nə vaxta qədər səhiyyəmizin inkişafının qarşısında bir dağ kimi dayanacaq?

635x100

Şərhlər

EJDER 2019-06-07 22:03:00

OKTAY KIMI QOXUMA ,,WEREF,,ORDENI DUWUR,HAMINI ALLATDIQINA GORE...NEJE DEYERLER...FERASETE BAX,PREZIDENTEDE YALAN DANIWER.SALLAH REHMET ELESIN

Son yazılar