İmişlidə benzin daşıyan avtomaşın partlayıb

İmişlidə benzin daşıyan avtomaşın partlayıb.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 19 radələrində İmişli rayon Qaravəlli kəndində baş verib.

Qaravəlli kənd sakini Zeynalov Abdul Behdulla oğlu idarə etdiyi "Man" markalı benzin daşıyan avtomaşınla evinə gəlib. O, maşını həyətindən kənarda saxlayaraq evinə gedib. Bir qədər sonra avtomaşında yanğın başlayıb, daha sonra isə partlayış baş verib.

Partlayış zamanı xəsarət alan olmayıb. Hadisə yerinə İmişli rayon yanğından mühafizə xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib, alovun qarşısı alınıb.

Faktla bağlı araşdırma başlanılıb.

635x100

Şərhlər

dadaşyev 2019-06-07 22:32:55

Həyətindən kənarda saxlayıbsa məlumdu.Demək yeyib partladıb.Yəni benzini yaxşıca satıb,evinə gəlib,maşını xeyli aralıda saxlayıb ki partlayanda ev-eşiyə zərər olmasın,maşından düşüb,maşının bir yerinə od vurub tüpürüb dabana,gəlib evə,pəncərənin pərdəsini yavaşca aralayıb baxıb görsün yanır ya yox.Görəndə ki adə alov böyüyüb ee,bunnan,telefonu əlinə alıb partlayışı gözləyib ki,fövqəladəyə zəng eləin.Həm benzinin levı pulu cibişdanda,həm də sığorta nə verər verər,min bərəkət halal nemət.Ay can,ay can.

Son yazılar