VƏKİLİ DÖYƏN POLİSLƏRƏ CİNAYƏT İŞİ AÇILDI! - Nazirin əmrindən dərhal sonra (Yeniləndi)

Müvəkkilinin hüquqlarının müdafiəsi üçün Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə gedən vəkil Orxan Kəngərlinin orda döyülməsi faktı ilə bağlı aparılmış araşdırmalar sona çatıb.

"AzPolitika.info"-nun məlumatına görə, Daxili İşlər naziri Ramil Usubov bu işdə günahı olan polis əməkdaşlarını cəzalandırıb. Bu barədə vəkil Anar Qasımlı sosial şəbəkədə məlumat verib.

Vəkil yazır: "Binəqədi RPİ-nin 4-cü Polis şöbəsindən maraqlı məlumatlar gəlir: Deyirlər ki, Azərbaycan Respublikası Daxili İşlər nazirinin 07 iyun 2019-cu il tarixli əmri ilə, Binəqədi RPİ-nin 4-cü PŞ-nin rəis müavini Yalçın Yaqubov DİO-dan xaric olma, təhqiqatçı Elnur Rəşidov vəzifədən azad edilmə, əməliyyatçı və sahə müvəkilinə isə töhmət və xidmətə yararsızlıq intizam məluliyyətinə cəlb etmə tətbiq edilmişdir".

Qeyd edək ki, VK Rəyasət Heyətinin sədri Anar Bağırov da vəkilin döyülməsinə sərt reaksiya vermişdi: "İstənilən vəkilə qarşı təcavüzü şəxsən özümə qarşı təcavüz kimi qiymətləndirirəm! Məsələ tam araşdırılmalı və təqsirkar şəxslər qanunda nəzərdə tutulan ən ciddi cəzaya məruz qalmalıdırlar. Bunun üçün bütün zəruri tədbirlər tərəfimizdən görülür və görüləcək!"

Qeyd edək ki, Orxan Kəngərlinin döyülməsi ilə bağlı məsələni ilk dəfə tanınmış vəkil Adəm Məmmədov ictimailəşdirmişdi.

***

Vəkil Orxan Kəngərliyə qarşı zorakılıq edən 4-cü polis bölməsinin əməkdaşları Daxili İşlər naziri Ramil Usubovun əmri ilə cəzalandırıldıqdan dərhal sonra Bakı Şəhər Prokurorluğunda faktla bağlı AR CM-nin 4 maddəsi ilə cinayət işi açılıb. 

Bu barədə vəkil Adəm Məmmədov məlumat verib.  

"AzPolitika"

635x100

Şərhlər

AMİN 2019-06-09 10:55:44

DİN-yi üzərinə düşəni etdi.Sağolsunlar.Bəs prokurorluq nə vaxt məsələyə müdaxilə edəcək?

semed 2019-06-09 10:55:44

vekili doymeye gore cinayet isi qaldirilmali ve gunahkarlar daha sert sekilde ceza almalidirlar

Türk 2019-06-09 10:55:44

Gülməli şərhlərə gülməyim gəlir.

elsevər muradov 2019-06-09 10:55:44

Nazirə təşəkkürlər ! Qanunsuzluqlara adekvat cəza dövlətimizin xeyrinədir. Qoy heç kəs qdurmasın!

Bashirov Qarib 2019-06-09 10:55:44

Görun nə gunlərə qalmışıq,vəkili vəzifəsini icra edərkən polis şöbəsində döyurlər.Bu da statiskaya duşdu. Butun dunyaya yayıldı ki, vəkili də döyurlər. İndi görun adi vətəndaşın başına hansı oyunlar açılır.Özunə hörmət edən gunahkar şəxslər kutləvi istefalara getməlidir.Sonra da polislər hakimlərə də əl qaldıracaqlar.

EJDER 2019-06-09 10:55:44

MALADES.BU ANALOQU OLMAYAN HOKUMETDE POLIS ,MOLIS BOW WEYDI,KIM KIMEDI.CAMAATA WER ATMAQ,O...NE HAQQ VAR,NE DIVAN.POLIS ANCAQBU HAKIMIYYETI QORUYUR

yusif-1313 2019-06-09 10:55:44

Bəs DİN-in mətbuat idarəsi bir hecə gün qabaq məlumat vermişdi ki günahkar vəkilin özüdür.Bundan sonra DİN-in mətbuat idarəsinin verdiyi hər hansi bir məlumata inanmaq olarmi?

Ilqar 2019-06-09 10:55:44

Bela darabaylik har gun baw verir va vatandawlarimiz muxtalif usullarla alcaldilir, tahqir olunur, doyulur va iwgancaya maruz qalirlar.

Son yazılar