Millimiz Macarıstana uduzub - Yenilənib

Bu gün Avro-2020-nin seçmə mərhələsində növbəti oyunlar keçirilir.

Qol.az xəbər verir ki, yığmamız evdə Macarıstanı sınağa çəkib. Birinci turda Xorvatiyaya uduzan komandamız bu dəfə də məğlub olub - 1:3.

Qeyd edək ki, bu gün E qrupunda millimizin matçı ilə yanaşı, Xorvatiya - Ules oyunu da keçirilib və meydan sahibləri 2:1 hesablı qələbə qazanıb.

Əlavə edək ki, yığmamız növbəti oyunun iyunun 11-i evdə Slovakiyaya qarşı keçirəcək.

E qrupu

20:00. Azərbaycan - Macarıstan- 1:3

Qollar: Orban, 18 (0:1), 53 (0:2), Mahir Əmrəli, 68 (1:2), Holman, 71 (1:3)

Baş hakim: Kevin Blom (Hollandiya)

Bakı, "Bakcell Arena"

***

Macarıstan yığması AVRO-2020 seçmə mərhələsində Azərbaycan milli komandası ilə oyunda hesabda növbəti dəfə önə çıxıb.

"Report" xəbər verir ki, Botond Barat qarşılaşmanın 53-cü dəqiqəsində komandasının ikinci qolunu vurub.

***

AVRO-2020: Azərbaycan - Macarıstan oyununda hesab açılıb.

"Report" xəbər verir ki, rəqib matçın 18-ci dəqiqəsində hesabı açıb. Macarıstan yığmasının heyətində Villi Orban fərqlənib.

635x100

Şərhlər

dadaşyev 2019-06-08 21:55:53

Bizdə nə vaxt futbol olub ki?Ümumiyyətlə,futbolu bizdə ləğv etmək lazımdı.Bizdən futbolçu olmaz.İndi deyəcəklər 66-da məşhur olmuşuq.A balam,o vaxt bizi məşhur edənlər də bizdən deyildilər də.Banişevski-Markarov-Tuayev üçlüyü idi.Bizimki 70-80-ci illərdə Səməd Qurbanov olub,DİN-in mayoru idi deyə camaat onu söyməyə gəlirdi stadiona.Çünki oynamağa yox,ağır işdən sonra stresini atmağa gəlirdi,əylənməyə gəlirdi stadiona Qurbanov.Vəssalam yəni.Bunnan.Başqa kimimiz olub?

Son yazılar