Hacıqabulda yol qəzası olub, iki nəfər xəsarət alıb

Hacıqabulda mikroavtobus aşıb, 2 nəfər xəsarət alıb.

Hadisə Bakı-Qazax magistral avtomobil yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Gəncə sakini Arzu Tanrıverdiyevin idarə etdiyi “Wolkswagen” markalı mikroavtobus yoldan çıxaraq aşıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin – Gəncə sakini Tahir Hüseynov müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (AzərTAc)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar