23 İYUN – TÜRKİYƏNİN GƏLƏCƏK SEÇİMİ - "Gizli ittifaq" Ərdoğanı devirməyi planlayır

“Dərin ABŞ” dedikdə MKİ və Pentaqonu idarə edən Xarici Əlaqələr Şurası (CFR), Üçtərəfli komissiya və Bilderberq klubu nəzərdə tutulur. Bilderberq klubunda Türkiyəyə cavabdeh olan “böyük beyin” – Henri Kissincerdir.

Qlobal sistemin idarəediciləri olaraq onun iqtisadi-siyasi damarlarına nəzarət edən Bilderberq baronları dünyadakı bütün sərmayənin 65%-ni əllərində tutur və öz gizli gündəlikləri ilə ölkələrin daxili və xarici siyasətində ustalıq edirlər.

Bilderberq klubu bu il 30 maydan 02 iyunadək İsveçrənin Montrö şəhərində toplandı. Klubdan sızan xəbərlərə görə, toplantıda S-400, F-35, Şərqi Aralıq dənizinin təbii qaz ehtiyatları və İstanbul seçkiləri barədə dərin fikir mübadiləsi aparılıb. Görəsən, nə üçün? İstanbul seçkiləri “dərin dünya” baronlarını nə üçün maraqlandırır?

Toplantının Montrödə keçirilməsi maraqlı deyilmi?

ABŞ-ın Qara dənizə dalmaq üçün manevrlər etdiyi, NATO-nun Rusiyanı mühasirəyə almaq üçün Qara dənizə göz dikdiyi həssas bir dövrdə Bilderberq klubunun Montrö şəhərində toplanması, əlbəttə, maraqlıdır. Montrö demək (1936-cı ildə imzalanmış Montrö sazişi nəzərdə tutulur – tərc.) Aralıq dənizi, Qara dəniz, Türk boğazları deməkdir.

“Dərin ABŞ-Avropa-NATO” İstanbul seçkiləri ilə çox yaxından maraqlanır. Gizli əlləri İstanbul küçələrində dolaşır. Çünki Prezident Ərdoğanı devirə bilmirlər. Son ümidləri İstanbul seçkilərinədir. CHP-ni mərkəzə oturdaraq, İstanbul vasitəsilə Ərdoğanı yıxmağı xəyal edirlər.

ABŞ, Almaniya, İngiltərə, İsrail, Fransa müstəqil və güclü bir Türkiyə istəmədiyi üçün Rəcəb Tayyib Ərdoğana hücum edir. Xarici kəşfiyyat xidmətlərinin maşası olan FETÖ, PKK, DHKP-C, PYD Türkiyəni qarışdırmaq üçün layihələr hazırlayır. CHP, İYİ Partiya, SP və HDP-ni bir araya gətirən “dərin ABŞ” İstanbul vasitəsilə AKP-ni çökürtmək, Ərdoğanı vurmaq üçün çılğıncasına çalışır.

Əziz İstanbullular, yəqin, diqqətinizi cəlb edib. Sanki CHP sədri Kamal Qılıcdaroğlu və İstanbul vilayət təşkilatının sədri Canan Kaftancıoğlunu geri çəkən bir əl var. HDP həmsədrləri Sezai Təməlli ilə Pərvin Buldan bir anda yox oldu. Bilin ki, CHP-nin İstanbul seçkilərini udması üçün geri çəkilənlərin arxasında “dərin ABŞ-Avropa” durur. Yoxsa Bilderberq klubunun gizli toplantısına qaça-qaça gedən CHP-liyə suflyorluq edilib? Kamal Qılıcdaroğlu İstanbula, İstanbul namizədləri Qara dənizə gedir. İmamoğlu təkbaşına önə çıxarılır.

AKP-ni bölmə fitnələri

“Dərin ABŞ-Avropa”nın Türkiyəyə uzanan əlləri geriçəkilmədən əlavə, başqa bir layihəni də həyata keçirməyə başladılar. Bu, Prezident Ərdoğanla MHP lideri Baxçalı arasına qara pişik kimi girmək və AKP-ni daxildən yıxmaq layihəsidir. Bilirlər ki, AKP-ni xaricdən yıxa, Prezident Ərdoğanı bu yolla neytrallaşdıra bilməzlər. Yevangelist-sionist-neokon beyinlər və daxildəki əlləri AKP daxilinə fitnə salmaq niyyətindədirlər. Yaxın tarixə baxın, Demokrat Partiya, Doğru Yol Partiyası və Ana Vətən Partiyasını daxildən yıxdılar. Böldülər, Türkiyəni çoxparçalı koalisiya hökumətlərinə məhkum etdilər.

AKP içindən yeni partiya çıxarmağa hazırlaşanları qara gözlərinə görəmi sevirlər? Xeyr. AKP daxilinə girmək üçün giriş yeri açaraq, Ərdoğanı zəiflətməyi xəyal edirlər.

Türkiyənin gələcək seçimi

İstanbulu İmamoğlunun idarə etməsi “dərin ABŞ-Avropa”, Bilderberq klubu, tampliyerlər və yevangelist-sionistlərin veclərinə də deyil. Onların istəyi İstanbulda CHP-nin qalib gəlməsilə Ərdoğana öldürücü zərbə vurmaqdır.

23 iyunda verəcəyimiz səslər ya “dərin ABŞ-Avropa” layihələrinə, ya da müstəqil Türkiyə layihəsinə yarayacaq. Və Şərqi Aralıq dənizində “mavi vətəni” qoruyan Türkiyənin seçkisiz keçəcək 4 il içində struktur islahatları aparması prosesinə can suyu verəcəkdir.

Göründüyü kimi, 23 iyun seçkiləri sadəcə bir İstanbul seçkisi deyil, Türkiyənin gələcək seçimidir.

Bülent Erandaç

“Takvim”, Türkiyə, 08 iyun 2019-cu il

Tərcümə Strateq.az-ındır

635x100

Şərhlər

“Takvim”-ə 2019-06-09 16:13:56

Bu cəfəng yazılarla Türkiyədəki cahilləri, camaatçıları, cüppəliləri, birsözlə Atatürkçülərin düşmənlərini inandıra bilərsən. Bizdə isə bir nəfər Ərdoğan-Baxçəli tandemini anlamasa da beka-beka deyə sözügedən məsələ ilə bağlı bir səhifəlik cızma-qarasını hara gəldi yapışdıran biri var. Yapışdır qardaş yarışdır, böyük maarifçiliklə məşğulsan!

Şahin 2019-06-09 16:13:56

Başaramayacaksınız, Milletimizi Bölemeyeceksiniz, Bayrağımızı İndiremeyeceksiniz!!

Xalid 2019-06-09 16:13:56

Piri babanın nağılları silsiləsindən... Nə sirri-xudadırsa, Qərbin gözü Türkiyənin, Azərbaycanın inkişafını götürmür. Ayıb olsun onlara!

dadaşyev 2019-06-09 16:13:56

Türkiyə İnönüdən bu yana seçim xəstəliyinə tutulub.Hər il haralarasa seçim var deyə bütün millət yanvarın birindən ilin axırında,ortasında olası seçimə hazırlaşır,ilboyu televiziyalarından seçim söz-söhbıti düşmək bilmir.Adam bəzən hayqırmaq istəyir "yetər yau kardeşim,bir az da iyirmi birinci əsrdə yaşayın ki,əsrlə ayaqlaşasınız.Allah Allah!".Keçən ilin əvvəlindən iyundakı seçimə hazırlaşdılar,seçki bitər-bitməz bu ilin mart seçkilərinə hazırlaşdılar,martdan indiyə qədər də bu seçimlərə hazırlaşırlar.

Qoca Molla 2019-06-09 16:13:56

Fantastikaya söykənən yazı. Ərdoğan Türkiyəni müasirlikdən geriyə tullayır. Onu məhz Türkiyə xalqı dayandıracaq. Seçkilərdə uduzacaqlarını gördüklərindən indidən belə boş təxəyyülə söykənən şayiələr buraxırlar

Obıvayel 2019-06-09 16:13:56

Nə dalay-dalaydı e bu? Bəsdi də. Ərdoğan varsa Türkiyə var, yoxdurda yoxdur? Xoruz yox idi, sabah açılmırdı?

DE-FAKTO: 2019-06-09 16:13:56

ƏSL SOYADI KATIKOĞLU OLAN RƏCƏB TAYYİB .... TÜRKİYƏNİ-TÜRK DÖVLƏTİ KİMİ SÜQUTA UĞRATDI-erməni-XAİESLƏRİN HÖKMRAN-DOMİNAT OLDUĞU COĞRAFİYAYA ÇEVRİLMİŞDİR TÜRKİYƏ!!!

Cəmşid Dərələyəzli 2019-06-09 16:13:56

Məhz bu nedenle de, tüm Erdoğan əlehdarları olan və bir anda olsun Türküyə sevdasından vaz keçməyən, Tüküyədəki qardaş və bacılara səslənirəm. Öncə unutmayın ki, Türküyəyə bu oyunu yapanların yaşı kadar Siz Türklərin devlet kurup, 3 kıtaya hakim olmuşluğunuz var. . Bir şeyi də fark edin ve anlayın ki, bu gün Türküyenin BEKASI namına Cümhur İttifakında yer alan və bütün siyasi davranışları ilə Türküyənin dərin devleti missiyasını üstlənən MHP, AKP -nin heç bir siyasi yanlışına müsaidə etməz. Bir de bilmenizi icab ederem ki, aslında MHP ve xususende onun başkanı sayın Devlət Bahçeli heç kimin tarafında deyil, o uca Türk milletinin ve onun sahib olduğu Devletin tarafındadır. Çünki, hakimiyyetler geldi gederdi, qalıcı ise Devletdir. Lütfən hansı tarafda duracağınızı bir daha gözdən keçirin. İstanbulun təkirar seçgisinə artıq sayılı günlər qalıb.. Bu seçgi təkirar edirəm, məhz Türküyənin BEKASI üçün çox önəmli. Xüsusən də Qərbin və ABD-nin hər vəhclə Türküyəni əvvəlki itaətkar vəziyyətinə qaytarma çabalarının gücləndirildiyi bir dönəmdə. Unutmayın ki, Atatürkdən sonra Erdoğan tək liderdir ki, bu gün Türküyənin dünyada baxımsızlığı və həqiqi söz sahibi olmasının mücadiləsini verir. . Onu da bilmenizi isterem ki, Azəri Türkləri olaraq bizlər, Türküyenin içinde ve dışında baş verən olaylardan dolayl çox əndişə edirik. Çünki, Türküyə bütün Türk dünyasının, xüsusən də Azərbaycanın tək dayanağı, tək güvəndiyi kardeş bir ölkə. Bu nədən də Türküyə bizim canımız, Azərbaycanla bir sevdamızdır. İstanbul Əmanəti, Türküyə əmanəti. Onu da bilin ki, Qazi Mustafa Kamal Paşa bu gün sağ olsa idi, hazırki dünyanın deyişen dengelerinden dolayı qurucusu olduğu partiyanın indiki halində ona yox, hər şeydən öncə bir Türk vətəndaşı olaraq Cümhur İttifakının yanında yer alardı.

Türk 2019-06-09 16:13:56

Bəli,bunu mən dəfələrlə yazmışam.ABŞ heç vaxt Türkiyənin güclü dövlət olmasını istəməyib və bu gün də istəmir.ABŞ-a və Avropaya zəif Türkiyə lazımdır.Ona görə də Türkiyəyə qarşı bir savaş açıblar.Möhkəm dayan möhtərəm Ərdoğan.Türkiyəni sevən hər bir türk sizinlədir.Bu gün Türkiyənin müstəqil siyasət aparmasını şeytan yuvası olan ABŞ və NATO həzm edə bilmir.Rədd olsun imperialist ABŞ və onun Avropada ki,əlaltıları.Yaşasın Türkiyə və bütün türk xalqları.

O Brayn 2019-06-09 16:13:56

Cəfəngiyyat.Propaqanda.Saçma sapan.

Elçin 2019-06-09 16:13:56

Güldürməyin insanları, axır vaxtlar sayt giydirmə qəzetlərin, bəzi ölkələrin seperatçı informasiya agentliklərinin, dəfələrlə feyk xəbərlər yaymaqda isbatlanan itar-tars,ria-novosti kimi yalançı xəbər ağenliklərinin informasiya xəbərlərinin yaymaqla məşğuldur. Belə getsə eynullanı qabaqlayacaqsız. təqvim qəzetini kim oxuyur, bir onu deyin dinçi yobaz qəzetidir.Hələ o biri jurnalistinizi demirəm Azərbaycanda adan yoxdurki gedib sələfilərdən müsahibə alır. Ax mətbuat nə günlərə qaldın!

Son yazılar