Qaloşu başlarına sürtüb mədət umurlar - Azərbaycanda “pir” biabırçılığı + VİDEO

Sosial şəbəkələrdə Azərbaycanda çəkilən görüntülər rezonans doğurub.

Videoda “Qaloş piri” deyilən yerə gələn insanlara şəfa tapmaları, niyyətlərinin qəbul olunması üçün başlarına qaloş sürtdürürlər.

Məsələni Oxu.Az da araşdırıb.

Məlum olub ki, video Goranboy rayonu Qurbanzadə kəndində çəkilib. Yerli sakinlər seyid kimi tanınan və 30 il əvvəl iyunun 7-də vəfat etmiş Miribiş ağanın evinə yığışıblar. Onun qaloşunu başlarına sürtərək şəfa tapacaqlarına inanırlar. Əvəzində isə pul və qiymətli əşyaları həmin evə qoyurlar.

635x100

Şərhlər

Azad 2019-06-09 23:02:04

Heç olmasa bu cahilliyi-rüsvayçılığı çəkib sosial şəbəkələrdə göstərməyin. Avropaya "inteqrasiya" edən bir ölkənin vətəndaşlarının nəyə inanclı olmaların, göydə balonlarla gəzən avropalılar bilməsinlər.Yekə eşşəy boyda "kişi", Məmmədhəsən kişilərin arvad-uşaqlarının başlarına qaloş sürtüb sonra sığal çəkir və piştaxta arxasında duran digər birisi isə dilənir. Budurmu bizim əxlaqımız.....?

Gorun çatlasin ay Cəlil 2019-06-09 23:02:04

Cəddivə qurban ay Qaloş! səndən başqa ayyaqqabi yoxdur! vetnamkaya şəpitə inanlara qaloş qənim olsun!

yusif 2019-06-09 23:02:04

bu kisi camaatin arvadina niye elini vurur ki...soxum sizin cahil boyunuzu yere

Sedaqet 2019-06-09 23:02:04

İcra bashçısı hara baxir? Biyabir olasan seni ay başçı!!! Eger göz yumursa demək ki onun obyekti kimi her gün pul gəlir ordan başçıya....əks halda dağıdardı o cahilləri. Gör hər gün ordan yığılan oula baxeeee VERGİ NAZİRİ hara baxır???

dadaşyev 2019-06-09 23:02:04

Babək yazıq ona görə deyib,nəsibiniz köləlik,səfalət,rəzillik olsun.30 il əvvəl ölən adamın qaloşu.Pay atonnan.Adamın ayağının iyinə məst olublar görəsən?Yerə soxaq boyunuzu.Bunlar ərəbdən də cahil imişlər ki.Yığın gətirin ərəbləri tökün respublikanın şəhər və qəsəbələrinə ki,özlərinə oxşayanların sayı artsın.

Son yazılar