PSJ-dən Neymara yeni müqavilə

PSJ Neymarı komandada saxlamaq istəyir.

Qol.az-ın "Telefoot" nəşrinə istinadla yaydığı xəbərə görə, Paris klubu braziliyalı hücumçuya 1 illik yeni müqavilə təklif edib. Ancaq 27 yaşlı futbolçunun hələlik buna cavab vermədiyi bildirilir.

İddiaya görə, son vaxtlar PSJ-dəki gələcəyi haqda düşünməyə başlayan Neymar komandada qalmağı əvvəlki qədər istəmir. "Real" və "Barselona"nın gündəmində olan təcrübəli forvard yenidən La Liqada oynamaqda maraqlıdır.

Qeyd edək ki, Neymarın PSJ ilə 2022-ci ilin yayına qədər müqaviləsi var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar