"NAXÇIVAN KLANI" MÜDAFİƏ NAZİRİ POSTUNA ÖZ ADAMINI GƏTİRDİ - ORDU RƏHBƏRLİYİ ŞOKDADIR

Seçkidən QALİB çıxan "köhnə qvardiya" ölkədə REAL hakimiyyəti tam ələ keçirir

Zakir Həsənovun təyinatı Azərbaycan hakimiyyətinin gələcək siyasi kursunun anonsu da hesab edilə bilər

Prezident İlham Əliyev bir qədər əvvəl yeni hökumətin tərkibini təsdiqləyib. Yeni tərkibdə ən önəmli dəyişikliklərdən biri müdafiə naziri vəzifəsinə Səfər Əbiyevin yox, bundan əvvəl Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı olan Zakir Həsənovun təyin edilməsidir.

İlkin məlumatlara görə, bu dəyişikilk ordu rəhbərliyində, yüksək rütbəli zabitlər arasında şok effekti yaradıb. Səfər Əbiyevin vəzifəsindən çıxarılması, "yad adam" olan Zakin Həsənovun müdafi naziri təyin olunması qərarı hər kəs ücün gözlənlməz olub. MN-dəki mənbə AzPolitika.info-nun əməkdaşı ilə söhbətində deyib ki, hec kim müharibə vəziyyətində olan ölkənin müdafiə naziri postuna bir gün də ön cəbhədə xidmət etməmiş generalın gətiriləcəyini gözləmirdi. Səfər Əbiyevin gedəcəyi halda onun yerinə təyin olunaçağı gözlənilən şəxslərin arasında da onun adı yox idi.

Bəs belə bir qərarın verilməsinə səbəb nə olub?

"AzPolitika.info"ya daxil olan məlumata görə, prezidentin bu qərarı verməsində "Naxçıvan klanı"nın xüsusi rolu olub. Belə ki, general Zakir Həsənovun "Naxçıvan klanı"na yaxın şəxs olduğu sirr deyil. Hətta onun Azərbaycanda vəzifəyə gətirilməsində Prezident Administrasiyasının rəhbəri, "Naxçıvan klanı"nın "xaç atası" Ramiz Mehdiyevin xüsusi rolunun olduğuna dair məlumatlar var. Bu haqda daha geniş məlumatları saytımızda təqdim edəcəyik.

Hələliksə onu qeyd edək ki, Zakir Həsənovun təyinatı uzun müddətdir müdafıə naziri postunu öz nəzarəti altına almaq istəyən "Naxçıvan klanı"nın istəyinin reallaması deməkdir.

Bu həm də prezident seçkilərindən məhz "Naxçıvan klanı"nın güclü çıxması, ölkədə real hakimiyyətin tam şəkildə bu qruplaşmanın əlinə keçməsinin göstəricisi sayıla bilər. Məsələ ondadır ki, müdafiə naziri postuna hakimiyyət daxilində "Naxçıvan klanı"na rəqib olan "Paşayevlər"in də öz namizədi vardı. Onun adı bizə məlum olsa da, indiki şəraitdə çəkməyi düzgün hesab etmirik. Zatən buna ehtiyac da qalmad. Prezident seçimini "Naxçıvan klanı"nın istəyinə uyğun etdi. 

Elə Mehdiyevlə münasibətləri yaxşı olmayan, "Paşayevlər"ə yaxın şəxs sayılan Füzuli Ələkbərovun nazir postundan götürülməsi, onun yerinə "Naxçıvan klanı"nın başqa bir nümayəndəsinin - Səlim Müslümovun gətirilməsi də bunu təsdiqləyir.

Qeyd edək ki, Qərbbərəst, NATO ilə yaxşı münasibətləri olan nazir kimi tanınan Səfar Əbiyevin vəzifəsindən götürülərək, onun yerinə daha çox Rusiya meyilli general kimi tanınan Zakir Həsənovun gətirilməsini həm də Azərbaycan hakimiyyətinin gələcək siyasi kursunun anonsu da hesab etmək olar. Görünür, seçkidən sonra Qərbdən ancaq tənqid eşidən hakimiyyət üzünü birmənalı olaraq Şimala tutmaq niyyətindədir. Bu isə Putinin seçkidən az öncə Bakıya elə-belə gəlmədiyini bir daha təsdiqləyir.

Sonda qeyd edəki, Zakir Həsənov 6 iyun 1959-cu ildə Astara rayonunda anadan olub. 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib, həmin ildən 1985-ci ilədək Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət edib.

1985-ci ildən 1993-cü ilədək SSRI Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışıb. 1993-2003-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş Idarəsində xidmət edib, daha sonra Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə irəli çəkilib.

Azərbaycan Respublikası prezidentinin 17.01.2003-cü il tarixli 1130 N-li sərəncamı ilə Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı vəzifəsinə təyin edilib, 17.05.2003-cü il tarixli 869 N-li Fərmanı ilə isə general-mayor, 06.05.2005-ci il tarixli 802 nömrəli sərəncamı ilə general-leytenant ali xüsusi rütbəsi verilib.

Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. Prezidentin 16.08.2002-ci il sərəncamı ilə “Hərbi xidmətlərə görə“ medalı, 30.06.2004-cü il tarixli 294 N-li sərəncamı ilə “Azərbaycan Bayrağı“ ordeni ilə və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin 15.12.1998-ci il tarixli 0294 N-li əmri ilə “Sərhəddə fərqlənməyə görə“ medalı ilə təltif edilib.

Ailəlidir. İki övladı var.

Murad Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar