“EGE” HOSPİTALDA DAHA BİR ÖLÜM HADİSƏSİ - Əməliyyat masasında

Bakıda xarici vətəndaş cərrahiyyə əməliyyatı zamanı ölüb.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonunda yerləşən “Ege” hospitalında qeydə alınıb.

Bu özəl klinikada müalicə alan Rusiya vətəndaşı 1958-ci il təvəllüdlü Lyüdmila Timofeyevna Yardşinko əməliyyat masasında dünyasını dəyişib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

635x100

Şərhlər

AAgahuseyn 2019-06-10 10:35:23

Belə HOSPİTALLAR coxdur bunlar cən.nazirin xidmətidir.Hələ keyfiyətsiz dərmanlar qiymətindən 10-dəfə baha satılması bunlar hamısı nazirin nəzarətindədir.

t.ədalət 2019-06-10 10:35:23

Görəsən,ölüm hadisəsindən Oqtay Şirəliyevin xəbvəri varmı?

Samir 2019-06-10 10:35:23

Atlas medical center cox pisdir ALDADIRLAR

Vüqar 2019-06-10 10:35:23

Adamın dili də gəlmir bura hospital deməyə.Adı dəyişsə də xisləti dəyişməyib.Bəlli bir canlının quyruğun kəsəndə dönüb qoyun olmur (canlının adın yazmadım ki,Azpolitikanın senzurasından keçməz).Məlumatsızlığım üzündən burda əməliyyat olundum.Pulu da öncədən plastik kartla hesablarına köçürtdüm.Əməliyyata girəndə şəxsi əşyalarımı təhvil verdim,geri alanda 443 manat nağd pulun oğurlandığını gördüm.Həkimlərədən biri dedi ki,bu 1ci hal deyil.Polisə müraciət etməyə də qoymadılar.Şükr edirəm ki,hələ sağ çıxmışam

Son yazılar