İcra nümayəndəsi “Qaloş pirindən” danışdı - “O qaloş deyil, seyidin papağıdır, şəkk eləməyin!”

Sosial şəbəkələrdə Goranboyun Qurbanzadə kəndindəki pirdə çəkilən görüntülər səs-küylü müzakirələrə səbəb olub. Müzakirələrin səbəbi isə insanların nicat tapmaq üçün gəldiyi pirdə başına qaloş sürtdürməsidir. İddialara görə, qaloş burada yaşayan Seyid Miribiş ağaya məxsusdur.

Goranboy rayon İcra Hakimiyyətinin Qurbanzadə kənd icra nümayəndəsi Mehman İbrahimov məsələ ilə bağlı Modern.az-a açıqlama verib.

M.İbrahimov deyilənlərin həqiqətə uyğun olmadığını bildirərək, müzakirələri yersiz adlandırıb:

“Orada insanların başına çəkilən qaloş deyil. Qaloşdan söhbət də gedə bilməz. Seyid Miribiş ağa 1972-ci il iyunun 8-də dünyasını dəyişib. Hər il iyunun 8-də Seyidin ildönümü qeyd edilir, nəvələri ona ehsan süfrəsi açırlar. Ehsan süfrəsinə ətraf kəndlərdən insanlar gəlir. O görüntülər də ildönümündə çəkilib. Ehsan süfrəsi açılır, insanlar bir tikə yeyib gedirlər. Burada pis heç nə yoxdur. İnsanlardan ocağa hörmətlə yanaşmağı xahiş edirəm, şəkk edib pis-pis şeylər yazmaq düzgün deyil”.

M.İbrahimov qeyd edib ki, insanların başına çəkilən mərhumun papağı olub:

“Sadəcə baş geyimini sellafona büküb nümayiş etdirirlər. Eyni zamanda, istəyə uyğun olaraq, insanların başına çəkirlər. Bu məlumatları kim yayıb, niyə yayıb - onu deyə bilmərəm. Amma görünür ki, süni ajiotaj yaratmaqdan başqa bir şeyə xidmət etmir”.

Rayon rəsmisinin sözlərinə görə, hazırda Seyidin evində onun nəvələri yaşayır:

“Evdə yaxınları, ailə üzvləri yaşayırlar. Seyidin oğlu rəhmətə gedib. Videoda büstün yanında papağı nümayiş etdirən nəvəsi Seyid Xəlildir. Seyidin babaları keçmişdə İrandan gəliblər. Özləri Goranboyda doğulub, burada boya-başa çatıblar. Seyid özü də, oğlu da rayonda rəhmətə gedib”.

635x100

Şərhlər

Mehman İbrahimov-a 2019-06-10 11:08:30

Yəqin o qaloşun (və ya papağın) və ziyarətgaha yığılan puldan sənə də çatır. Kefli İsgəndər demişkən "Lotusan ayə vur bura". Hamı cibində buddistlərin ixtirası olan "ayfon" telfon gəzdirir və "Tayota" maşın və ya xiristianın ixtirası olan "Mersedes" sürür, biz isə qaloşdan əl çəkə bilmirik. Yazıq Sabir biz millətin dərdindən axırda vərəm oldu, M.Hadi qan qusdu, C.Məmmədquluzadə hansı əzablar çəkdi, bizsə düzəlmirik ki düzəlmirik...

dadaşyev 2019-06-10 11:08:30

Fəzlullah Nəimi deyib ki,gedən cismimdi,ruhum sizinlədi.Miribiş ağa da ola bilsin deyib ki,gedən cismimdi,ruhum qaloşumdadı.Ona görə kişinin qaloşunu müqəddəs əmanət kimi,Süleyman peyğəmbərin dəsti-xəttiylə yazılmış dua ilə birlikdə sanduqəyə qoyub gələcək nəsillərə saxlayıblar.Təklif edirəm ki,ildə azı bir dəfə o qaloşu böyük bir taxta üstündə çiynimizə qaldıraraq respublikanın şəhər-kəndlərini gəzdirək.Yəhudilər çiyinlərindəki sanduqədə Tövratı gəzdirirdilər haa,bax onnan.

Samil 2019-06-10 11:08:30

Savadsızlıq,avamlıq böyük bəladır.Allah Seyyidi rəhmət etsin.Allah yanında məqam sahibi olanlar həmişə olub və olacaq.Allah məhəbbəti qəlbində olan insanın məhəbbətini Allah insanların qəlbinə salar amma bu məhəbbətdir deyil.İndi bəziləri özlərini çox bilmiş kimi aparıb seyyidi söyür və təhqir edir.Kim olursan ol.Kiminsə haqqına girib onu təhqir etdinsə bilki Qiyamət günü Allah bütün günahları bağışlasada həqqun nası bağışlayamacaq!Seyyidi təhqir edənlə onun papağını götürüb başına sürtənin fərqi varmı??!!!

gülşən 2019-06-10 11:08:30

O papağı başa düşdüm, ancaq özgə bir kişinin qadınların kürəyinə çiyninə, başına əl vurmağı azərbaycanlıya, türkə, müsəlmana yaraşan bir iş deyil, həmçinin o qadınlar da çox nahaq yerə naməhrəmə imkan verirlər ki, onlara əlvursun

dadaşyev 2019-06-10 11:08:30

A balam,İrandan ya ölüdirildən Şeyx Nəsrullah gələr,ya Parisi partladan dərviş Məstəlişah,ya tiryaki barıqa,ya da demokrat.Güman ki bu müqəddəs qaloşun sahibi 46-nın dekabrında Culfadan şurəviyə pənah gətirən Allahsızlardan olub,Pişəvəri 47-də öldürüləndən sonra başsız qalıblar,farsca yazdıqlarını görən bizlər elə bilmişik ərəb yazısıdu,demişik molla əmi,bir cadu yazqınan,yansın qızın dədəsi.O da baxıb ki,aaa,bu yolla hərifləmək olar milləti,onsuz da İran yolu bağlıdı,başlayıb dua yazmağa,olub cindar Qaloş.

yusif 2019-06-10 11:08:30

senin icra numayendesi boyuvu yere soxum bu adam derhal istefa versin

dadaşyev 2019-06-10 11:08:30

Səfəvilər 1538-də min ilin Şirvanşahlığını ləğv edib şirvan camaatını zorla şiələşdirəndən sonra İranda nə ki molla ibrahimxəlillər,şeyx nəsrullahlar vardı hamısı axın etdi Nizamilər,Nəsimilər yurdu olan mədəniyyət beşiyi Şirvana,çoxdan ölmüşlərin adının sonuna "ağa","baba" yapıdırıb "seyiddi,ağır cəddi var" deyib pirə çevirdilər qəbrini,pul qırmağa başladılar.Qarşı çıxanlara da "gədaaa,hərzə-mərzə danışmaaa","şəkk eləməaa,babaaa" deyib susdura bildilər "şahsevən"dilər deyə

Son yazılar