ƏSGƏRİMİZİ VURMAQ ƏMRİNİ ŞƏXSƏN MÜDAFİƏ NAZİRİ VERİB! - Cəza əməliyyatının vaxtı çatmadımı?...

Xəbər verildiyi kimi ötən gün təmas xəttinin Tərtər istiqamətində düşmən ordusu tərəfindən Azərbaycanın daha bir əsgəri vurulub. 2000-ci ildə anadan olan çağırışçı əsgər, Gədəbəy rayonunun Köhnəqışlaq kənd sakini Xəlilov Elşən Vüqar oğlu Ermənistan silahlı qüvvələrinin atəşkəs razılaşmasını pozması nəticəsində şəhid olub. Bundan əvvəl isə təmas xəttinin Ağdam istiqamətində düşmən snayperi Azərbaycan ordusunun mayor rütbəli tabor komandiri Aqil Omarovu vurmuşdu.

Mayorun vurulmasından sonra düşmən tərəf açıqladı ki, iyunun 1-də təmas xəttinin Xocavənd istiqamətində əsgər Sipan Melkonyan Azərbaycan ordusunun mövqelərindən açılan atəşlə vurulub. Və Ermənistan Müdafiə Nazirliyi bu hadisəyə görə “qisas alınacağını” açıqlamışdı.

İndi Ermənistanın müdafiə naziri David Tonoyan təmas xəttinin Tərtər istiqamətində Azərbaycan əsgərinin vurulması üçün şəxsən əmr verdiyini təsdiqləyib. Belə ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə David Tonoyan “Azərbaycan Silahlı Qüvvələrinin açdığı atəşlə vurulmuş hərbi qulluqçu Sipan Melkonyanın ölümünə görə cəza tədbirlərini həyata keçirən” hərbçilərə yüksək mükafatlar təqdim edib. Məlumata əsasən hərbçilər onlara verilmiş tapşırığı “yüksək səviyyədə” yerinə yetiriblər.

Bu məlumat təmas xətti boyu son günlər düşmən qüvvələrinin bir-birinin ardınca həyata keçirdiyi təcavüzkar əməllərin məhz Ermənistan rəhbərliyinin şəxsi göstərişləri ilə baş verdiyini birbaşa təsdiq edir. Belə ki, müdafiə naziri Tonoyan Azərbaycan əsgərinin vurulması, yaxud “cəza tədbirlərinin görülməsi” üçün şəxsən tapşırıq verib və indi bu tapşırığı yerinə yetirənləri mükafatlandırıb.

Hansı ki, baş nazir Nikol Paşinyan ötən həftə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edərkən təmas xəttindəki təcavüzkar əməllər, Azərbaycan ordusunun zabitinin vurulması barədə xatırladaraq ondan Düşənbə razılaşmalarının pozulması barədə soruşan azərbaycanlı jurnalistə cavabında bu əməlləri inkar etməyə çalışmışdı. Paşinyan demişdi ki, guya zabitin vurulması faktı ilə bağlı təmas xəttinin həmin istiqamətində dayanan erməni əsgərlərinin hamısının silahları yoxlanılıb, videomüşahidə kameralarının görüntüləri izlənilib və “atəşin erməni əsgərləri tərəfindən açılmadığı” təsdiqlənib. Və həmin dəlillər Azərbaycan tərəfinə də verilib.

Əlbəttə, Ermənistan baş nazirinin bu dedikləri absurd idi və söhbət xüsusi təyinatlı snayper tərəfindən həyata keçirilmiş təcavüz aktından getdiyi üçün “silahların yoxlanılması” barədə deyilənlər məsuliyyətdən yayınmağa hesablanmışdı.

İndi isə budur, Paşinyanın müdafiə naziri Azərbaycan əsgərinin vurulması üçün əmri şəxsən verdiyini təsdiqləyir, üstəlik həmin əmri icra edənləri mükafatlandırır. Bu da düşmənin həyasızlığının dozasının getdikcə artması deməkdir. Belə vəziyyətdə Azərbaycan təmas xəttində gərginliyin azaldılmasına dair ötən il Paşinyanla Düşənbədə əldə edilmiş şifahi razılaşmaya daha nə qədər sadiq qala bilər? Düşmənə qarşı müdafiə naziri Zakir Həsənovun bu yaxınlarda qoşunlara verdiyi göstərişdə deyildiyi kimi, bütün silah və vasitələrdən istifadə etməklə əsl qisas, cəza əməliyyatı həyata keçirməyin vaxtı çatmayıbmı?

F.Məmmədov

Virtualaz.org

635x100

Şərhlər

hərbici döyüşcü 2019-06-10 13:42:57

bir az siyasətdən və hərbidən başı cıxanlar başa döşərlərki uzun illərdir danışıqları uzadan ermənilər niyə qəfildən belə fəallaşıblar və bizi acıq acıgına müharibəyə başlamaga sövq edirlər. onlar cox gözəl bilirlərki fırıldaq məkr qucagında oturduqları ərlərinin dəstəyi olmasa onlar üz üzə döyüşdə azərbaycanın qabagında bir gündə duruş gətirə bilməyəcəklər.bütün əlamətlər göstərirki ortada nəsə ərlərilə razılaşdırılmış erməni fahişəliyi var. bunu isə azərb rəhbərliyicox gözəl bilir və uygun hərəkət edir.

hərbici döyüşcü 2019-06-10 13:42:57

olacaq.cünki azərbaycan dövləti və xalqı uzun müddət səbr sülhlə hər şeyi həll etmək əzmi göstərdi. və həmin bu saman kəsiyində ermənilərin məkri əsas məqsədləri özünü bütün cılpaqlıgı ilə göstərdi.indi artıq torpaqlarımızı hərb yolu ulə azad etməyin vaxtı deyəsən gəlib catıb.və bu amansız müharibədə qalib gəlmək ücün dövlət nə mümkünsı edib və edir.azərbaycan xalqı müdrik xalqdı döyüşkən xalqdıvə hər şeyə qadir xalqdı. yoxsa o erməni təbligatının və onun muzdlu nökərlərinin dedikləri kimi deyil.

hərbici döyüşcü 2019-06-10 13:42:57

hörmətli yoldaşlar.müharibə cagırışı etmək yaxşıdır və asandı. ancaq onun arxasında nələrin durdugunu ermənilərin arxasında kimlərin durdugunu bilənlər ücün lazımi şərait yetişməmiş bu işlərin müəllifi rusiyanın hec olmasa müəyyən müddətə neytrallıgı təmin olunmamış müharibə etməyin nə oldugunu ali baş komandan bilir və ona görədə lazımi səbr və təmkin köstərir.yoxsa bu cagırışlar müharibə görmədən donqili veteran almışların müharibə nagıllarına bənzəyir. əgər döyüşlər başlasa bu ya olum ya ölüm müharibəsi

fikrət 2019-06-10 13:42:57

zakir hardasan eşidirsən deyirdin bir şəhid əsğərə ğörə 10 erməni öləcək nə oldu yoxsa sən sülh sevənsən şöhrət ordeni aldin ??

vuqar 2019-06-10 13:42:57

Bzimkiler indide basa dusmurlerki,ermeni niye qana-qan deyir>sarkisyanin vaxtinda bizim orduda gecegorme cihazlari ,kameralar ise dusende ermenilerde bular yox idi,ona gorede heftede 3-4 ermeni meyidi gedirdi yerevana indi ise onlarda hercur silahlarla techiz olunublar,bizim kesfiyyat hereket eden kimi onlar xeber tutur,bu variantlar artiq ise yaramir,buna gorede teze nese fikirlesmek lazimdir! Tezede odurki ancaq irimiqyasli total muharibe,bunada cesaret lazimdir! Oda bizde varmi? ORDUMUZA QUVVET VER!

Türkoğlu 2019-06-10 13:42:57

Hörmətli Az Politika vallah billah atan kazaklardır.Hərbidə ermənilərlə üz-üzə olmuş bir əsgər mənə danışmışdı ki,bizimlə qarşı səngərdə olan ermənilər qışqıraraq bizə xəbər verirdilər ki,rus snayperlər sabah gələgəklər başınızı çıxartmayın vuracaqlar.Əlbətdə onlar bizim əsgərin qədrini bildikləri üçün yox, qisas tətbirindən qorxduqları üçün bizimkiləri xəbərdar edirdilər.Düşmən düşməndir.Amma burada da rus barmağı var.

Bashirov Qarib 2019-06-10 13:42:57

Erməni əsgəri qisas aldıgına görə mukafatlandırılır, bizdə isə,qisas almadıgına görə mudafiə naziri mukafatlandırılır.

Son yazılar