SABİQ BAŞ NAZİR MƏXFİ PROTOKOLU NİYƏ YAYDI? – “Mənim məqsədim...”

“Mən yaydığım sənədlə bağlı hər hansı bir şərh vermirəm. Çünki sənəddə aydın olmayan bir şey yoxdur və mənim də ona şərhim yoxdur”.

Bunları AXC hökumətində baş nazir vəzifəsini tutmuş Pənah Hüseyn bugünlərdə 26 may 1993-cü il tarixində keçirilən Dövlət Müdafiə Komitəsinin qapalı iclasının protokolunu yaymasının səbəbi haqda “AzPolitika.info”-nun sualına cavabında deyib.

Xatırladaq ki, həmin protokolda xüsusən Prezident Əbülfəz Elçibəyin qiyamçı polkovnik Surət Hüseynovla bağlı qəti tapşırığı diqqəti çəkir – “YA HƏBS, YA DA MƏHV OLUNSUN!”

Sabiq baş nazir Prezident Elçibəyin mövqeyinin konkret olduğunu xatırladaraq əlavə edib ki, bu istiqamətdə müəyyən hərəkətlər olub, ancaq bu addımlar uğursuzluqla nəticələnib.

Pənah Hüseyn məxfi iclasın protokolunu yaydığına görə ittiham olunmasına da münasibət bildirib. Belələrindən biri də sabiq deputat Alqış Musayevdir. “Mənim diqqətimi Alqış adlı şəxsin fikirləri cəlb etməyib. Mən məsuliyyətimi başa düşürəm və istənilən səviyyədə də buna cavab verməyə hazıram”.

Sabiq baş nazir əlavə edib ki, bu sənədi yaymaqda məqsədi 26 il əvvəlki ictimai-siyasi vəziyyət, Azərbaycanın siyasi-hərbi rəhbərliyinin mövqeyi və Prezident Elçibəyin ölkədəki vəziyyət, konkret olaraq Gəncə hadisələri ərəfəsində baş verənlərə münasibəti haqqında daha bir həqiqəti diqqətə çatdırmaq olub.

Pənah Hüseyn söyləyib ki, Dövlət Müdafiə Komitəsinin 26 may 1993-cü ildə keçirilən toplantısında şəxsən onun özü iştirak etməyib: “Mən o vaxt Londonda rəsmi səfərdə olmuşam və bu səbəbdən də iclasda iştirak etməmişəm”.

Qiyamın üzərindən artıq 26 il zaman keçdiyini xatırladan Pənah Hüseyn hesab edir ki, zaman keçdikcə Azərbaycan xalqı və ictimaiyyətinə hər şey daha açıq aydın olur.

“AzPolitika”

635x100

Şərhlər

analitik 2019-06-10 15:45:00

Subyektiv qənaətimizə görə, Pənah bəy bu protokolu indi yaymaqla öz ziddiyyətli personasına ictimai maraqı artırmaq və bununla da gündəmdə qalmaq istəyir. Axı qarşıdan seçkilər gəlir...

Rahib 2019-06-10 15:45:00

Pənah Hüseynovo vaxtkı baş nazir Rəhim Hüseynovun istefa səbəblərin açıqlaya bilərmi? " (İran-Kodrodan alınan 100 avtobus). Bu onun kimliyinə necə təsir edir?

Soltan 2019-06-10 15:45:00

Pənah bəy, “Əbülfəz Elçibəyin 07 iyun 1993-cü ildəki tarixi çıxışı-MƏTN” başlıqlı yazınızdan bir sitata diqqət edək, Bəy deyir:"...Bu yolda sonacan mübarizə aparacam. Bir başım var, onu da qurban verməyə hazıram..." Bəli bunları deyən mənim prezidentim, şəxsən o illərdə mənim idealım olan bir hərəkat rəhbəri, xalqın lideri, cəmisi 10 gün dediyi bu sözlərdən sonra məni və yüz minlərlə mənim kimi Rus tankının qabağına çıxan və təsadüfən sağ qalan, heç bir təmənna ummadan onun prezident seçilməsi yolunda xeyli əmək qoymuş silahdaşlarını, tərəfdaşlarını başsız qoyub, lakin öz başını salamat götürüb Bakını tərk etdi! Təəssüf! Təəsüf! Tahir Kərimli o vaxtlar yazırdı: “getdik Bəyin yanına onu ziyarət etdik, dedik a Bəy Bakıya qayıtmağın lazımdır! Bəy də gah bu yaxınlarda qayıdacam, gah lap bir aya qayıdacam deyirdi lakin qayıtmadı…” Bəli xalqı allada-allada, xalqı qızışdırıb mitinqlərə çıxarda-çıxarda 1997-ci ildə nəhayət ki, Bəy qayıtdı. Baho Bəy qayıtdı nə qayıtdı! Gəlib aranı elə qarışdırdı, dedi ki, Sem dayı belə məsləhət görür… Xalq birdəfəlik ümüdünü, inamını itirdi... Bəy yenidən prezident olmaq istədi... Mirmahmud ağa televizorda Bəyin bu niyyətini elan edəndə tamaşaçılar sual verdi ki, Bəy bizi çətin anda qoyub getdi, biz onu yenə prezidentmi seçək? Mirmahmud ağa cavab verdi ki, bu dəfə elə prosedurlar, nə bilim nələr, nələr… yartatmışıq ki, daha gedə bilməyəcək!!!….Allah! Allah! ... Pənah bəy maaşaallah, göz dəyməsin sağlamlığın əladır. Pənah, canına qulluq elə! 2045-2050-ci illərə kimi yaşa! Pənah bəy, bax o vaxt 1988-1992-ci illərdəkiləri böyük dövlətlər yenidən təkrarlayacaqlar. Hə bax o vaxt yenə kefinizi sürərsiz! Pənah bəy, o vaxt başqa bir Eəçibəy də yardacaqlar! Əla olacaq! Canına qulluq et! Gözlə! İndi heç nə alınmayacaq! Özünü biabır etmə. Bəlkə hətta bəzilərinin əsəbi dözməyib Sizinlə gəlib ayrı formada danşar.Faktları təhrif etmə! Get bala! Gözlə! O vaxt çıxarsız meydana!!! 2045-də! Pənah bəy, nə vaxt istəniz, harda istəsəniz Sizinlə debata hazıram!

Soltan 2019-06-10 15:45:00

Salam! Pənah bəy, Sizin təqdim etdiyiniz heç bir sənədin, heç bir məlumatın dəqiqliyinə, orijinallığına heç bir vaxt inanmaq olmaz! Ancaq və ancaq sadəlövhlər, məlumatsızlar yaxud özün kimi tarixi faktları saxtalaşdırmaqla öz karyerasını və s. şəxsi ambisiyalarına çatmaq istəyən siyasətbazlar bunalra inana bilər və öz qaralamalarında, çıxışlarında onlara istinad edə bilərlər. Pənah, 28 ildir ki, Nemət Pənahlı Sizi inandıra bilmir ki, o( N.Pənahlı) rəhmətlik Heydər Əliyevin yanında olarkən Primakov H.Əliyevə zəng edib ondan İsa Qəmbəri azad etməyi xahiş etmişdir. Pənah, Sizin dəliliniz görün nədir: Nemət rusca bilmir, yalan danişır, elə şey ola boilməz.... Pənah, ay mənim baş nazirim, ay mənim siyasi analitikim, məyər elə hal ola bilməzmi ki, H.Əliyev Primakovla danışıb rusca, sonda da Nemətə deyib ki, Primakov idi zəng edən, Primakovla danışırdım, xahiş edir ki, İsa Qəmbəri həbsdən azad edim. Pənah 4 iyun qiyamında Gəncəyə göndərdiyiniz president qvardiyasının üzvlərinin silahlarını alıb, əli silahsız qoymusuz quldurların qabağında, boynuna almırsan ki, bəli hansı səbəbdənsə belə bir iş olmuşdu. Qızıl-qırmız həmin qvardiyadan sağ qalmış döyüşçü deyir silahımızı almışdılar, bir ayrı iştirakçı da deyir silalarımızı almışdılar ancaq Pənah bəy Siz elə iddia edirsiniz ki, xeyr elə deyil və s. Pənah bəy, şəxsən mən Rəsul Quliyevə məktub yazıb, ondan bu haqda soruşdum və Rəsul Quliyev təsdiq etdi ki, bəli Primakov Heydər Əliyevə zəng edib İsa Qəmbəri həbsdən azad etməyi xahiş etmişdi. Pənah 4 iyun qiyamında Gəncəyə göndərdiyiniz president qvardiyasının üzvlərinin silahlarını alıb, əli silahsız qoymusuz quldurların qabağında, boynuna almırsan ki, bəli hansiı səbəbdənsə belə bir iş olmuşdu. Qızıl-qırmız həmin qvardiyadan sağ qalmış döyüşçü deyir silahımızı almışdılar, bir ayrı iştirakçı da deyir silalarımızı almışdılar ancaq Pənah bəy Siz elə iddia edirsiniz ki, xeyr elə deyil və s.

Hörmətli t.ədalət bəyə. 2019-06-10 15:45:00

Azərbaycan Xalq Cəbhəsi milləti ayıltdı, müəyyən yeniliklər etdi.Kadr siyasətində səhvlərə yol verdi.Nadr Şah Böyük Turan Dövləti yaratmaq azusu ilə yaşayan bir hökümüdar oğlunun gözünü çıxatdığından təəssüflə peşman olaraq demişdi:-” Mən oğlumun yox Azərbaycanın bir gözünü çıxardım”. Uzunçuluq olmasın deyə, bir misal: - Hörmətli Yaqub Məmmədovu səhiyyə naziri təyin etməməklə bu sahənin bir “gözünü”çıxardilar; Digər tətəfdən S.Abbasbəylini proteksionzm yolu ilə Rabitətə naziriri qoymaqla da rabitə sahəsinin bir “gözünü”çıxardilar; Bu bəy Rabitə nazirlyini savadzız fəaliyyətsiz bir kolxoz sədiri kimi idarə edilirdi.Rabitənin bütün sahələrində tənəzzülə uğamışdır. , AZƏRBAYCANIN BÖYÜK ŞAİRİ MƏMMƏDHÜSEYİN ŞƏHRİYAR YAZIRDI: BİZDƏN İRƏLİDƏDİR AVROPALILAR, CÜNKİ İŞİ İŞ BİLƏNƏ TAPŞIRIR ONLAR. ”. Zaman ədalətli hakimdir. Ölkəni xoşbəxt etmək üçün, qızıl-gümüşdən çox ədalət lazımdır.

TARİX 2019-06-10 15:45:00

CƏNAB P.HÜSEYİNOV HESAB EDİRƏM Kİ,DÖVLƏTƏ MƏXSUS SƏNƏDİ DÖVLƏTİN ÖZÜ YAYA BİLƏR.ELƏDİYİNİZ HƏRƏKƏT MƏSULİYYƏTSİZLİKDİR.

Arif Əliyev 2019-06-10 15:45:00

Çox təssüf edirəmki o dövürdə həmin əməlyat baş tutmayıb Elçibəy hakimiyətində Pənah Hüsenov qədər ədalətli vətənsevən dövlətinə millətinə sadiq qalan az adam tapılar neyləyəsənki o dövürdə sən demə vor-zakonlarıda siyasətə qoşaraq sürət kimi saxta vətənşüvənləri hakimiyətə itələyirdilər inanmıramki o torpağlarda şəhid olanların ruhu sürət və onun kimilərinə haçansa qənim kəsilməsin.

t.ədalət 2019-06-10 15:45:00

Qiyamçı polkovnik Surət Hüseynovun ortaya çıxması,Dadaş Rzayev kimi arvadı qeyri millət olan,özü isə Rusiyanın adamı kimi tanınan (Lebedin 20 Yanvarla əlaqədar müsahibəsində Dadaşın onlar üçün etibarlı şəxs olduğu vurğulanır) birisinin rüşvət müqabilində müdafiə naziri təyin edilməsi AXC hakimiyyətinin başında duranların,ya səriştəsiz,ya da Rusiyanın casusları olduğunu göstərir.Boş-boş keçmişin sənədləri ilə oynamaq heç kimin məsuliyyətini azaltmır.

Son yazılar