Üzərinə benzin tökülərək yandırılan 2 uşaq atası öldü - YENİLƏNİB

Üzərinə benzin tökülərək yandırılan İsmayıllının Mücəftaran kənd sakini Rəcəbəliyev Ramil Nazim oğlu dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, həyat yoldaşından ayrılan 1984-cü il təvəllüdlü Ramil uşaqlarını görmək üçün rayon mərkəzinə qayınatasıgilə gedib. Mərhumun qardaşı Elşən Rəcəbəliyevin açıqlamasına görə, orada mübahisə yaşanıb və gəlinin bibisi oğlu Natiq onu vurub.

Daha sonra isə Ramilin üzərinə benzin töküb yandırıblar.

Qeyd edək ki, əvvəlcə R.Rəcəbəliyevin intihar etmək məqsədilə özünü yandırdığı iddia edilirdi.

Faktla bağlı araşdırma aparılır.

***

"Qardaşım intihar etməyib, onu qaynı və qayınatası yandırıb”.

"Qafqazinfo”nun məlumatına görə, bunu İsmayıllı rayon Mücəftaran kənd sakini Elşən Rəcəbəliyev deyib. O bildirib ki, qardaşı 1984-cü il təvəllüdlü Ramil Rəcəbəliyev hazırda ölüm ayağındadır və özünü yandırması ilə bağlı yayılmış informasiyalar yanlışdır:

"Qardaşım həyat yoldaşını başqa biri ilə danışan zaman tutub. Buna görə bir-iki sillə vurub. Həmin gün işdən qayıdan zaman qadının uşaqları götürüb atasıgilə getdiyini görüb. Açarı almaq üçün o da həmin evə gedib, döyüb göndəriblər.

1 İyun Uşaqların Müdafiəsi Günündə övladlarını görmək üçün qayınatasıgilə gedib. Bu zaman mübahisə yaşanıb və gəlinin bibisi oğlu Natiq onu vurub. Daha sonra isə benzin töküb yandırıblar. Qardaşım deyir, heç kim onun köməyinə yetməyib.

Məsələylə bağlı polisə müraciət etsək də, İsmayıllı Rayon Polis Şöbəsindən hələ də bu işlə bağlı gələn olmayıb”.

Xatırladaq ki, ilkin məlumatda 2 uşaq atası olan Ramil Rəcəbəliyevin uşaqlarını görə bilmədiyi üçün bu adımı atdığı qeyd edilmişdi.

635x100

Şərhlər

AAgahuseyn 2019-06-10 22:40:16

Polisin başı qarışıb-ayılsa və maraqı olsa gələr.İNİŞALLA.

Son yazılar