Bakıda gənc qızı avtomobil vuraraq qaçıb

Paytaxtın Nəsimi rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın xəbərinə görə, rayonun Bakıxanov küçəsindən yolun piyadalar üçün nəzərdə tutulmuş hissəsindən keçərkən 1995-ci il təvəllüdlü Hüseynova Jalə Tapdıq qızını naməlum markalı avtomobil vurub. Sürücü hadisə yerindən qaçıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar