ABŞ prezidenti Serbiyaya səfərə dəvət olunub - Kosova böhranını müzakirə etmək üçün

Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət katibinin köməkçisinin müavini Mettyu Palmer Belqradda Serbiyanın prezidenti Aleksandr Vuçiçlə görüşüb və Kosova böhranının kəskinləşməsini müzakirə edib.

Görüşün gedişində Vuçiç ABŞ preidenti Donal Trampı ölkəsinə növbəti dəfə dəvət etdiyini bildirib. Qeyd edib ki, Serbiya üçün onun dəstəyi çox dəyərlidir.

Bununla bərabər, serb lider etiraf edib ki, Ağ Evin başçısı çətin ki, Kosovaya yönəlik öz mövqeyini dəyişsin. O, ABŞ-ın Serbiyanın maraqları nəzərə alınmaqla, daha balanslaşdırılmış münasibətinə ümid etdiyini bildirib.

Palmer də öz növbəsində, Serbiya və Kosova dialoqunda münasibətlərin normallaşdırılması məsələsində ABŞ-ın dəstəyini vəd edib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar