Müharibələrdə 17 il ərzində 10 min ABŞ hərbçisi həlak olub - Bu, Amerika xalqına lazımdırmı?

Hal-hazırda 15 minə yaxın amerikalı hərbi qulluqçu və Pentaqonun mülki qulluqçusu Əfqanıstanda, 7,2 mini Suriya və İraqda döyüş əməliyyatlarında və hərbi missiyalarda iştirak edir.

Daha 65,6 min amerikalı hərbçi və Pentaqonun mülki qulluqçusu «Dənizin o tayında fövqəladə əməliyyatlar» çərçivəsində, daha geniş missiyalarla Yaxın Şərq bölgəsində və onun xaricində işləyir. Bu məlum kateqoriyadan başqa, bir də kontraktçılar var və onlar ABŞ hökuməti ilə bağlanan müvəqqəti kontrakt əsasında işləyirlər.

Yaxın və Orta Şərq bölgəsindəki kontraktçılar ayrıca kateqoriya təkil edirlər və Pentaqonun hərbçilər və mülki qulluqçuların uçotu çərçivəsində qeydiyyatda olurlar. 2018-ci maliyyə ilində bu rayonda orta hesabla 48 min kontraktçı hərəkətə gətirilib. Onlar amerikalılardan, yerli və əcnəbi vətəndaşlardan ibarətdir.

Beləliklə, kontraktçılar Yaxın və Orta Şərqdəki hərbçilərin təxminən, 65 faizini təşkil edir - onların cəmi sayı 74 min nəfərdir.

2001-ci il sentyabrın 11-dən 2018-ci ilin sonuna qədər «Terrorla qlobal müharibə» əməliyyatlarında 6967 amerikalı hərbçi və Pentaqonun mülki qulluqçusu həlak olub, 52 800 nəfəri isə yaralanıb.

Ümumi itkinin təxminən 62 faizi (36 885 nəfər) İraqın, 38 faizi (22 884 nəfər) Əfqanıstanın «payına düşür». Həmin dövrdə 383 amerikalı hərbçi fövqəladə əməliyyatlar zamanı Afrikada, Cənubi Asiyada, Mərkəzi Asiyada, Avropada, ABŞ-da, Yaxın Şərqin digər ölkələrində və ya dənizdə həlak olub.

Kontraktçıların itkilərini müəyyən etmək çətindir. Pentaqon sistematik olaraq kontraktçıların ölüm və yaralanma hallarını qeydiyyata almır. Ancaq ABŞ Əmək Nazirliyinin topladığı məlumatlara görə, 2001-ci ilin sentyabrından üzübəri ABŞ hökuməti ilə bağlanmış kontrakt əsasında işləyən 3411 kontraktçı həlak olub, 38 min 953 nəfəri isə yaralanıb.

Beləliklə, ABŞ-da dərc olunmuş statistikaya görə müəyyən etmək olar ki, hazırda kontraktçıların sayı Əfqanıstanda, İraqda və Suriyada yerləşdirilmiş hərbçilərin sayına uyğun gəlir.

Buradan aydın olur ki, sözügedən muzdlular İraqda, Əfqanıstanda və Suriyadakı anti-partizan və anti-terror müharibəsində daha əhəmiyyətli rol oynayırlar.

Belədə, məntiqi sual yaranır: Bütün bunlar Amerika xalqına lazımdırmı?

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar