BADAMDARDA POLKOVNİKİN TORPAĞINI SATANLAR... - "Bu dəstə ilə bağlı niyə tədbir görülmür?"
Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi 3, mənzil 14-də yaşayan Hürnisə Bağırova hakimyyet.com saytına müraciət edərək, onlara məxsus torpaq sahəsinin bir dəstə dələduz tərəfindən saxta yollarla mənimsənilməsindən şikayət edib.
Bildirib ki, torpağının sənədləşdirilməsi üçün 10 ildən artıqdır müvafiq orqanlara etdiyi müraciətlər cavabsız qalıb. Şikayətçinin bu işdə əsas gühahkar hesab etdiyi Badamdar Bələdiyyəsinin sədri Bəybala Hüseynov işdən kənarlaşdırılsa da, məsələ öz həllini tapmayıb.
Mərhum ədliyyə polkovniki Şahkişi Bağırovun həyat yoldaşı olan Hürnisə Bağırova həmin torpaqdan 1996-cı ildən bu yana bağ-bostan sahəsi kimi istifadə etdiklərini bildirib. Ancaq sonradan bu torpaq sahəsini saxta sənədlə özəlləşdirib satıblar.
Bəs hüquq-mühafizə orqanları bu dəstə ilə bağlı niyə tədbir görmür? Şikayətçi Hürnisə Bağırova da bu suala cavab axtarır.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.