ABŞ Hindistanı da “sıxmağa” başladı - S-400 almaqdan imtinaya sövq edir

Birləşmiş Ştatlar Hindistanın Rusiyadan S-400 zenit-raket kompleksi almasına qarşı çıxır və Dehliyə də Ankaraya olduğu kimi təzyiq göstərir. Hindistan KİV-nin məlumatına görə, ABŞ Dövlət Departamentinin nümayəndələri Cənubi Asiya ölkələrinin jurnalistlərinə xəbər veriblər ki, Dehlinin S-400 almaq qərarı ABŞ və Hindistan arasında hərbi əməkdaşlığa neqativ təsir göstərəcək.

Bundan başqa, qeyd olunur ki, Hindistanın Rusiya sistemi alması Rusiyaya qarşı ABŞ sanksiyalarının («Sanksiyalar vasitəsilə Amerikanın düşmənlərinə qarşı durmaq») tələbinin pozulması kimi qiymətləndiriləcək. Bu barədə bu gün Türkiyənin «Anadolu» dövlət informasiya agentliyi xəbər verib.

«Türkiyənin S-400 almasına yönəlik ABŞ-ın narahatlığına diqqət yetirmək lazımdır. Məlumdur ki, ABŞ NATO üzrə Türkiyənin müttəfiqidir. Belə narahatlıq Hindistanla da yer alacaq - əgər o da S-400 almaq qərarına gələcəksə» - deyə, ABŞ xarici siyasət idarəsindəki mənbələr hindistanlı jurnalistlərin nəzərinə çatdırıblar.

Onların sözlərinə görə, S-400-ün tərkib hissəsi olan radiolokasiya sistemi beşinci nəsil F-35 təyyarələrinin məlumat bankının məxfiliyini təhlükə altına alacaq. «S-400 digər sistemlər üçün də təhlükə ola bilər. Türkiyə ilə fikir ayrılığı da məhz buradan qaynaqlanır» - deyə, Dövlət Departamentində qeyd ediblər.

Hindistanın təkrar Baş naziri seçilmiş Narendra Modi müdafiə sahəsindəki siyasətinə görə, ABŞ-ın təzyiqlərinə məruz qalır. Hindistan 2018-ci ilin oktyabrında S-400 ZRK almaq barədə kontrakt imzalayıb. S-400-ün 5,5 milyard dollar dəyrində olan 5 alaydan ilkinin tədarükünə 2020-ci ilin noyabrında başlanmalı və proses 2023-cü ilin aprelinə qədər davam etməlidir.

Hindistan hökumətinin nümayəndəsi «Anadolu» agentliyinə bildirib ki, Rusiyanın müdafiə şirkətlərinə qarşı qoyulmuş sanksiyalar səbəbilə, Dehli gələcək tədarük üçün yalnız qismən ödəniş edə bilib. Hindistanın rəsmi şəxsləri ümid edirlər ki, Donald Tramp administrasiyası Çinin Asiya-Sakit okean bölgəsində artan roluna qarşı durmaq üçün bu məsələdə Dehliyə istisna imkanı verəcək.

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar